Təhsil 365 - Logo Mobile

Məktəbəqədər təhsil uşaqların inkişafında vacibdir

27105.10.2025 - 14:18
Məktəbəqədər təhsil uşaqların inkişafında vacibdir

Məktəbəqədər təhsil uşaqların məktəb həyatına daha asan uyğunlaşmasına, sosial və idrak bacarıqlarının formalaşmasına mühüm təsir göstərir. Bu təhsil mərhələsini keçən uşaqların 1-ci sinfə hazırlığı, oxuma-yazma bacarıqları və sosial münasibətləri digərlərindən əhəmiyyətli dərəcədə fərqlənir.

Mövzu ilə bağlı “Tehsil365”ə 128 nömrəli tam orta məktəbin müəlliməsi Vəfa Əmirova müsahibəsində məktəbəqədər təhsilin uşaqların dərsə hazırlığına, sosial münasibətlərinə və tədris prosesindəki fəaliyyətlərinə təsirindən danışıb.

Öncə məktəbəqədər təhsili olan və olmayan uşaqların 1-ci sinfə başlaması zamanı hansı fərqləri müşahidə etdiyini soruşduq. Müəllimə qeyd edir ki:

“Mən hər zaman demişəm ki, hər il uşaqlar daha fərqli düşüncəli olurlar. Məktəbəqədər təhsili xüsusi olaraq yüksək qiymətləndirirəm. Keçən ildən məktəbimizdə icma əsaslı 4 yaşlılar qrupu yaradılıb. Əvvəlcə 5 yaşlılar qrupu açılanda açığı, bunu bəyənməmişdim, amma praktikasında olduqdan sonra bunun əslində çox faydalı olduğunu gördüm. Hətta mənə qalsa, 3 yaşlılar qrupu açmağı da təklif edərdim.

Çünki uşaqlar 1-ci sinfə başladıqda artıq daha yaxşı dərketmə qabiliyyətinə sahib olurlar. Bəzən deyirlər ki, bu, uşaqlar üçün yüklənmədir, amma qətiyyən belə deyil. Məktəb elə bir icmadır ki, uşaqlar aşağı sinifdən etibarən formalaşırlar. Müəllim nəzarətində uşaqlar proqram çərçivəsində müəyyən bilik və bacarıqlara yiyələnirlər.

Məktəbəqədər hazırlığa getməyib birbaşa 1-ci sinfə gələn şagirdlərlə müqayisə aparanda fərqlər tez hiss olunur. Xüsusilə kommunikasiya və konstruktiv bacarıqlarda bu fərqlər özünü daha çox göstərir. Bu da məktəbəqədər təhsilin nə qədər önəmli olduğunu bir daha sübut edir.”

Bəs oxuma, yazma və riyaziyyat bacarıqlarında şagirdlər arasında hansı fərqlər görünür?

“Nəzər yetirsək görərik ki, oxuma, yazma və riyaziyyat bacarıqlarının hamısının eyni anda bir uşaqda olması çox nadir haldır. Çünki hər bir uşağın qavrama bacarığı fərqlidir. Bunun əsas səbəblərindən biri valideynlərin uşaqları ilə nə dərəcədə məşğul olmasıdır - bu, bacarıqların inkişafında mühüm rol oynayır. Eyni zamanda bu hal uşağın genetikası ilə də bağlıdır.

Bəzilərinin yazısı gözəl olur, bəziləri daha yaxşı oxuyur, digərləri isə riyaziyyatda üstünlük göstərirlər. Amma bir məsələni qeyd etmək istəyirəm ki, gözəl xəttə malik olmaq və ya yaxşı oxumaq hələ uşağın ağlının yüksək inkişaf göstəricisi demək deyil. Mənə görə, riyazi bacarıqlar məntiqi təfəkkürün inkişafını ifadə edir. Əgər uşaq riyaziyyata meyillidirsə, bu, onun artıq zehni qabiliyyətinin gücünü göstərir.”

Sosial münasibətlər və sinifdə uyğunlaşma baxımından uşaqlar necə fərqlənir?

“Sosial münasibətlərə gəldikdə isə biz uşaqları aşağı siniflərdən öyrətdiyimiz üçün onların tərbiyəsi, sosial bacarıqları və mühitə öyrəşməsi daha rahat olur. Məktəb, uşaqlar üçün ailədən sonra gördükləri ilk cəmiyyətdir və bu, onların həyatında dəyişən dönüm nöqtəsidir.

Bu müddətdə onlara empatiya qurmağı, bərabərliyi, paylaşmağı və mənəviyyatı öyrədirik. Sosial münasibətlərin inkişafında ilk təməl müəllimlərdən asılıdır. Müəllim sinif daxilində hər bir şagirdin potensialını nəzərə alaraq uyğun strategiyalar qurmağı bacarmalıdır. Uşaqlar arasında sağlam rəqabət mühiti formalaşdırmaq da onların sosial bacarıqlarının inkişafına xidmət edir.”

Ümumilikdə, məktəbəqədər təhsil uşaqların intellektual, sosial və emosional inkişafında vacib rol oynayır və onların məktəb həyatına uğurlu adaptasiyasını təmin edir.

Fatimə Quliyeva

Xəbər Lenti

Vokal sənəti ixtisasına qəbul şərtləri yeniləndi03.03.2026 - 08:29
Həmkarlar İttifaqı üzvləri həftəsonu istirahətə qatılıblar03.03.2026 - 08:21
“Dəyərlərimizi qoruyaq!” layihəsinə start verilib03.03.2026 - 08:11
Bu qədər şagird buraxılış imtahanı üçün qeydiyyatdan keçib03.03.2026 - 08:00
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət etdi - VİDEO03.03.2026 - 07:49
DİM bu şəxslərə müraciət etdi03.03.2026 - 07:38
Bu gün hava necə olacaq? 03.03.2026 - 07:30
Bu gün Od çərşənbəsidir03.03.2026 - 07:21
BSU-da “Dil-dialoq məkanı kimi: Azərbaycan - Polşa münasibətləri” mövzusunda konfrans keçirilib03.03.2026 - 07:10
1992-ci il: Qarabağ müharibəsində Mi-26 helikopteri vuruldu03.03.2026 - 07:00
2010-cu il: Şəmkirdə Su-25 təyyarə qəzası03.03.2026 - 06:36
Əliheydər Ələkbərov haqqında xəbər03.03.2026 - 06:18
Əşrəf bəy Tağıyev haqqında xəbər03.03.2026 - 06:00
İlham Zəkiyev haqqında xəbər03.03.2026 - 05:42
Novruz Əliyev haqqında xəbər03.03.2026 - 05:18
Fərman Kərimzadə haqqında xəbər03.03.2026 - 05:06
Fəzilə Səmədova haqqında xəbər03.03.2026 - 04:54
Həkimə Billuri haqqında xəbər03.03.2026 - 04:36
Manaf Süleymanov haqqında xəbər03.03.2026 - 04:18
Abbas Rzayev haqqında xəbər03.03.2026 - 04:00
Naxçıvanda 17 yeni STEAM otağı yaradılıb rn 02.03.2026 - 19:56
Dünyanın ən qədim mağara rəsmləri tapıldı: 67.000 il yaşı var02.03.2026 - 19:50
"Grok" səsinizi kopiyalayacaq: "iOS" üçün yeni funksiya üzə çıxdı02.03.2026 - 19:44
İranda məktəblər distant təhsilə keçirildi02.03.2026 - 19:40
Alimlərdən xəbərdarlıq: Süni intellekt sürətlə inkişaf edir, amma risklər artır02.03.2026 - 19:35
Dubay aeroportu günün ilk reysini həyata keçirib02.03.2026 - 19:30
Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanı Pakistanda nəşr olunub02.03.2026 - 19:24
25 ölkədən 300-dən çox tədqiqatçı MDU-da keçirilən elmi platformada bir araya gəlib02.03.2026 - 19:18
Məşhur türk aktyoru Akademik Milli Dram Teatrının dəvəti ilə Bakıya gəlir02.03.2026 - 19:12
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” keçirib02.03.2026 - 19:05
Güclü geomaqnit qasırğası gəlir - Bu tarixlərdə02.03.2026 - 19:00
Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək02.03.2026 - 18:52
Sabah bəzi yerlərdə 15 dərəcə şaxta olacaq02.03.2026 - 18:46
Fənn Olimpiadalarının 7 fənn üzrə yarımfinal turu keçirilib02.03.2026 - 18:40
Nevroloq Röyanə Quluzadə: “Sinir sisteminin sağlamlığı gündəlik vərdişlərdən başlayır”02.03.2026 - 18:35
DİM TOEFL iBT imtahanı keçirəcək02.03.2026 - 18:30
Dünya çempionu Hacı Əliyev “Məktəbdə...” layihəsinin qonağı olub02.03.2026 - 18:21
İmmunitet zəifliyini necə bilmək olar? - Nazirliyin mütəxəssisi AÇIQLADI02.03.2026 - 18:20
Fevralda BŞTİ-yə minə yaxın müraciət daxil olub02.03.2026 - 18:15
Azərbaycan və Suriya peşə təhsilində əməkdaşlığı genişləndirir02.03.2026 - 18:08
Abituriyentlərin DİQQƏTİNƏ! - DİM imtahanla bağlı vacib qaydaları AÇIQLADI02.03.2026 - 18:05
Tibbi sığortaya dair qanunda dəyişikliyin MAHİYYƏTİ AÇIQLANDI02.03.2026 - 18:00
ADNSU əməkdaşlıq əlaqələrini gücləndirir02.03.2026 - 17:56
Politoloq Əziz Əzizbəyli: “Dezinformasiyanı ayırd etmək üçün mənbəyə və təqdimat formasına diqqət etmək lazımdır”02.03.2026 - 17:53
İranda məktəblər distant təhsilə keçirildi02.03.2026 - 17:50
Ötən ay Elm və Təhsil Nazirliyinə 19 006 vətəndaş müraciəti olub02.03.2026 - 17:50
FHN Humanitar Kollecdə təlim keçirib02.03.2026 - 17:40
Milli Qəhrəmana həsr olunan mahnı: “Hökumə – Səma ulduzu”02.03.2026 - 17:40