Təhsil 365 - Logo Mobile

Məktəbli avtobusları ilə bağlı narazılıq

10106.10.2025 - 18:10
Məktəbli avtobusları ilə bağlı narazılıq

Cəmi bir neçə gündür tətbiqinə başlanılan məktəbli avtobusları ilə bağlı pilot layihə (“2School”) sosial şəbəkədə narazılıqlara səbəb olub. 

“Tehsil365“
“Qafqazinfo”ya istinadən xəbər verir ki, ödənişlərin orta büdcəli ailələrə uyğun olmaması, avtobuslar üçün ayrılan zolaqlara giriş imkanlarının yaradılmaması, qeydiyyatdan keçən şagirdlərin müvafiq şəkildə ünvana çatdırılmaması və digər məsələlər mübahisə mövzudur.  

Xidmətdən yararlanmaq istəyən yazar Çingiz Özgür də övladı üçün qeydiyyatdan keçdiyini və əvvəlcədən ödəniş etdiyini deyir. Onun sözlərinə görə, bütün planlarını ona uyğun qursa da, yeni tətbiq olunan layihə övladının işini yarıda qoyub: “2School” tətbiqini yüklədim, ev ünvanını, məktəbi, gediş-gəliş saatını yazdım. Dərhal hesablayıb dedilər ki, 137 manat edir. Elə indi ödə, oktyabrın 6-dan uşağı aparıb gətiririk. Dərhal ödənişi elədim, tətbiqlə kifayətlənməyib nömrələrinə zəng etdim. Təsdiqlədilər ki,  uşağı həmin vaxtda götürəcəklər. Lakin indi zəng ediblər ki, biz o məktəbdən saat 13:00, ya da 14:00-da götürə bilərik uşağı...”

Yazarın sözlərinə görə, şirkətin öz münasib bildiyi vaxtda şagirdləri aparıb-gətirməsi əvvəlcədən təsdiqlənən qrafiklə üst-üstə düşmür: “Əgər ancaq həmin saatlarda apara bilirdinizsə, orada qrafiki niyə qoymusunuz? Bəs bizdən niyə soruşursuz uşaq saat neçədə çıxır? Bəs niyə 10 gün əvvəldən pul ödətdirirsiz? Axı 10 gündür arxayın olmuşam ki, servis tapmışam, ağ günə çıxmışam.

Dedilər qəbzinizi atın, pulunuzu geri qaytaraq. Cavab isə belə oldu “qeydə alındı, biz sizin ödənişinizi yönləndiririk banka, bank da 10-12 gün ərzində ödənişinizi geri qaytaracaq...” 

Cəmi bir neçə gündür fəaliyyətə başlayan məktəbli avtobuslarının abunə qiymətləri də sosial şəbəkədə əsas müzakirə mövzusudur. Qiymətlərin 100 manatdan başlandığı açıqlansa da, real rəqəmlərin daha çox olduğu narahatlıq yaradıb. Məsələn, Xırdalan şəhərindən - 132-134 nömrəli məktəbə gediş-gəliş olmaqla aylıq qiymət 240 manat təşkil edir. Ay ərzində şagirdlərin ortalama dərsə 20 dəfə gedib gəldiklərini nəzərə alsaq, Xırdalan şəhərində yaşayan şagird üçün günlük 12 manat yol xərci deməkdir. Yasamalda qalan üçün isə günlük 8,4 manat xərc yaranmış olacaq. 

Valideynlər özəl servislərin 100-150 manata apardığı yolun sözügedən xidmətlər təxminən 170-250 manata başa gəldiyini bildirirlər. 

Sözügedən layihə ilə bağlı məsələni müğənni Xuraman Şuşalı da gündəmə gətirib. Məktəblilər üçün təşkil olunan avtobusların 240 manat olmasından gileylənən ifaçı onların pulsuz olmasını istəyib: “Pulsuz olsa, çox az adam uşağını şəxsi maşını ilə məktəbə aparar. Tıxaclar da azalar”.

Bəs məktəbli avtobuslarının qiymət siyasəti hansı meyarlar əsasında tərtib olunub? Bu xidmətin digər özəl xidmətlərdən üstünlüyü nədədir? 

Bu suallarla bağlı layihə rəhbərliyinə suallar ünvanlasaq da, cavab ala bilmədik. 

Xatırladaq ki, Bakıda məktəbli avtobuslarının tətbiqi üzrə pilot layihəyə oktyabrın 1-dən etibarən start verilib. Layihə ilkin mərhələdə 8 dövlət və 3 özəl məktəbi, ümumilikdə 1250-dən çox şagirdi əhatə edəcək. Şəhərdə nəqliyyat sıxlığını azaltmaq məqsədilə həyata keçirilən bu layihə çərçivəsində 100-dən çox avtobus ayrılıb. 

Pilot layihənin tətbiq olunacağı məktəblər sırasına Bakı şəhərində yerləşən İlyas Əfəndiyev adına Elitar Gimnaziya, 6 nömrəli məktəb-lisey, general-leytenant K.A.Kərimov adına 8 nömrəli tam orta məktəb, A.Hüseynzadə adına 20 nömrəli məktəb-lisey, Tahir Həsənov adına 23 nömrəli tam orta məktəb, Xətai rayonu 27 nömrəli tam orta məktəb, 132-134 nömrəli Təhsil Kompleksi və 189-190 nömrəli tam orta məktəb daxildir. Avtobus xidmətindən istifadəyə görə aylıq abunə haqqı məsafəyə əsasən müəyyən olunacaq. Qazi və şəhid ailələrinə, eləcə də ikinci övladı məktəbdə oxuyan ailələrə endirimlər nəzərdə tutulub.

Raul Qarayev

Xəbər Lenti

Gəncədə simfonik orkestrin konserti keçirilib19.03.2026 - 19:55
Balakəndə alovlanan Novruz tonqalı: Azsaylı xalqların birlik və bərabərlik rəmzi19.03.2026 - 19:48
Şuşada bahar təravətli bayram konserti19.03.2026 - 19:45
WUF13 çərçivəsində 600-dən çox ağac əkilib19.03.2026 - 19:42
İdman Akademiyasının tələbələri Bakıdakı avarçəkmə bazasında19.03.2026 - 19:38
"Qala" qoruğunda "Novruz Qalası" adlı bayram şənliyi keçirilib19.03.2026 - 19:33
Şuşada Novruz və Ramazan bayramları münasibətilə konsert proqramı keçirilib19.03.2026 - 19:30
Yeni əməkhaqqı sistemi dövlət idarəetməsini asanlaşdıracaq19.03.2026 - 19:27
Yaz fəslində və bayram tətillərində xəstəliklərdən necə qorunaq?19.03.2026 - 19:24
Şagirdlərin obrazlarla empatiya qurması onların psixologiyasına necə təsir edir? – Psixoloq açıqladı19.03.2026 - 19:18
Ədəbiyyat dərslərinin rolu və şagirdlərin inkişafı – Yazarla müsahibə19.03.2026 - 19:15
Ədəbiyyat dərsləri şagirdlərin düşüncə tərzinə necə təsir edir? – Yazar açıqladı19.03.2026 - 19:12
İngilis dili tədrisində əsas problemlər – Müəllimə açıqladı19.03.2026 - 19:08
Azərbaycan dili fənnində mövcud problemlər – Müəllimə ilə müsahibə19.03.2026 - 19:05
Şeir və gənclərin emosional inkişafı – Şairlə müsahibə19.03.2026 - 19:02
Şirin qidaların azaldılması sağlamlığa təsir etmir 19.03.2026 - 18:56
Bəzi rayonlarda külək güclənəcək19.03.2026 - 18:54
Daxili müsahibələrin keçirilmə qrafiki açıqlanıb19.03.2026 - 18:48
Bakı İllüziya Muzeyi - reallıqla illüziyanın kəsişdiyi məkan19.03.2026 - 18:45
Yazın Azərbaycana daxilolma vaxtı AÇIQLANDI19.03.2026 - 18:44
Azərbaycandakı dini konfessiyaların rəhbərləri Gürcüstan səfirliyində başsağlığı veriblər19.03.2026 - 18:40
11 yaşlı uşaq kənd təsərrüfatı qəzasında həyatını itirdi19.03.2026 - 18:38
Wi-Fi-ni hakerlərdən qorumaq üçün 10 dəqiqəlik prosedur19.03.2026 - 18:35
Buraxılış imtahanı iştirakçıları üçün SORĞU19.03.2026 - 18:32
Prezident Ramazan bayramı münasibətilə xalqı təbrik edib19.03.2026 - 18:26
Şəkidə Novruz şənliyi - Milli adət-ənənələr gənc nəslə təbliğ olunur19.03.2026 - 18:22
Həkimdən mühüm məsləhət: Bu idman növü ömrü uzadır19.03.2026 - 18:20
Bahar fəsli Kürdəmirdə coşqu ilə qarşılanır: Novruz tonqalı qalandı19.03.2026 - 18:17
Gənc yaşda yaddaş problemlərinin gizli səbəbləri19.03.2026 - 18:15
Novruz bayramı Aberdində qeyd olunur19.03.2026 - 18:11
Tələbə yataqxanaları ilə bağlı konkret təkliflər təqdim ediləcək - Nicat Məmmədli19.03.2026 - 18:10
“Baharın rəngləri”ndə uşaqlar çıxış ediblər19.03.2026 - 18:06
Şagirdlərin maliyyə savadlılığının artırılmasına yönəlmiş maarifləndirici sessiya keçirilib19.03.2026 - 18:05
Sosial Xidmətlər Agentliyinin əməkdaşlarına uşaq qayğı mərkəzlərinin rolu haqqında məlumat verilib19.03.2026 - 18:02
“Texniki fənlər mənim üçün daha rahatdır” – Nizami rayon Zəngi lisey şagirdi Heybət Əzizli ilə müsahibə19.03.2026 - 17:55
Akademik saxtakarlığa qarşı qaydalar sərtləşdirilir19.03.2026 - 17:55
“Yeni adlar” layihəsi çərçivəsində növbəti konsert19.03.2026 - 17:54
Tarixi səhnədə Novruz: Romada Azərbaycan mədəniyyətinin ecazkar təqdimatı19.03.2026 - 17:48
Profilə uyğun olmayan yazılarda müəllifliyə icazə verilməyəcək – Yeni qayda 19.03.2026 - 17:45
İndoneziyanın Atma Jaya Universitetində təqaüdlə təhsil imkanı19.03.2026 - 17:44
Bayram tətilindən sonra ilk dərs günü tarixləri açıqlanıb19.03.2026 - 17:38
Elmi mühitdə etik qaydalara nəzarət artırılır19.03.2026 - 17:35
BDU-da təlim: “Web of Science” platformasında tədqiqat analitikası19.03.2026 - 17:33
Azərbaycan Dillər Universitetinin tələbəsi Əhmədzadə Ebru jurnalistika haqqında danışdı19.03.2026 - 17:31
DİM buraxılış imtahanları iştirakçıları arasında sorğu aparır19.03.2026 - 17:29
Böyük Bəhmənli kənd məktəbində “Kimya gecəsi” təşkil olunub19.03.2026 - 17:25
Elm və təhsil: müasir çağırışlar - seminar19.03.2026 - 17:24
UNEC-də tələbələrin iştirakı ilə Novruz bayramı qeyd olunub19.03.2026 - 17:18