Azərbaycan poeziyasının sevilən şairi Nüsrət Kəsəmənlinin “Mən sənə sevməyi necə öyrədim?!” adlı şeiri sevgi, məyusluq və ruhi təlatümləri əks etdirən dərin lirik nümunədir.
“Tehsil365” xəbər verir ki, şeirdə şair sevgidəki səmimiyyətin, qarşılıqlığın və anlayışın önəmini vurğulayır. “Mən sənə sevməyi necə öyrədim?!” ritorik sualı əsərin əsas məğzini təşkil edir və insanın verdiyi dəyərin qiymətləndirilməməsinin acısını ifadə edir.
“Könlümü üşüdən külək deyilsən,
Mənə mənim qədər uzaq deyilsən,
Sən körpə deyilsən, uşaq deyilsən,
Mən sənə sevməyi necə öyrədim?!”
“Məhəbbət bir sığal, öpüş deyil ki” misrası ilə Kəsəmənli, sevginin sadəcə fiziki yaxınlıq yox, mənəvi bağ olduğunu oxucuya çatdırır.
Əsər, şairin yaradıcılığında geniş yer tutan emosional səmimiyyət və dərin hisslərin davamıdır. Onun lirikasında olduğu kimi, bu şeirdə də sözlər sadədir, amma hər misra oxucunun qəlbinə toxunur.

