Azərbaycan ədəbiyyatının sevilən nümayəndəsi, romantik poeziyanın parlaq siması Mikayıl Müşfiq yenə oxucuların yaddaşında canlanıb. Onun “Həyat nədir? Ölüm nədir?” misraları bu gün də insanın varlıq suallarına cavab axtarışını simvolizə edir.
“Tehsil365” xəbər verir ki, gənc nəsil tərəfindən sevilərək oxunan şairin əsərləri azadlıq, sevgi və insana inam duyğularını təbliğ edir. Müşfiqin “əməkdən öyrəndim” fəlsəfəsi bu gün də cəmiyyətin inkişafında dərin mənəvi çağırış kimi dəyərləndirilir.
Ədəbiyyat mütəxəssislərinin fikrincə, Mikayıl Müşfiq həm poetik dilinin axıcılığı, həm də mənəvi təmizliyi ilə Azərbaycan poeziyasının əbədi simvoluna çevrilib.
“Həyat nədir? Ölüm nədir? Boş sual!
Sevda nədir? Hicran nədir? Bir xəyal!
Mən bunların əsasını, iştə al:
Hep çəkdiyim əməklərdən öyrəndim...”

