Azərbaycan ədəbiyyatının nəhəng simalarından olan Xəlil Rza Ulutürkün yaradıcılığı bu gün də aktuallığını qoruyur. Onun “Sanki günəşi də oğurlayıblar...” misraları ilə başlayan şeiri sosial mediada geniş şəkildə paylaşılıb və oxucular tərəfindən mənəvi dirənişin simvolu kimi qəbul olunub.
“Tehsil365” xəbər verir ki, şairin bu əsəri dövrün çətinliklərinə qarşı mənəvi təmizlik və insanlıq dəyərlərini qorumağın vacibliyini bir daha xatırladır. Ulutürkün poeziyası həm mübariz ruhu, həm də saf düşüncəsi ilə gənc nəslə örnək olmağa davam edir.
“Sanki günəşi də oğurlayıblar,
Qaranlıq nə qədər qatıdır,sıxdır.
Bu çirkab içində təmiz yaşamaq,
Bəlkə də ən böyük qəhrəmanlıqdır.”

