Azərbaycan romantizminin görkəmli nümayəndəsi Hüseyn Cavidin yaradıcılığı insan ruhunun dərin qatlarına enən poetik fəlsəfəsi ilə seçilir.
“Tehsil365” xəbər verir ki, şairin “Həm gülümsər, həm ağlarım” misrası üzərində qurulan bu şeiri də onun duyğusal ziddiyyətlərə, eşqin həm sevinc, həm iztirab doğuran təbiətinə bədii baxışını əks etdirir.
“Eşq atəşi can yıxıyor,
Ürəkdən qanlar axıyor.
Tale mənə yan baxıyor,
Həm gülümsər, həm ağlarım.
Gönül həp sızlar, həp inlər,
Xəzan fəryadını dinlər.
Anıldıqca keçən günlər
Həm gülümsər, həm ağlarım.
Hər səfada cəfa buldum,
Açmadım saraldım-soldum.
Sərbəst ikən əsir oldum,
Həm gülümsər, həm ağlarım.”
Hüseyn Cavid bu şeirdə insan taleyinin, sevgi və həsrətin birləşdiyi nöqtədə yaranan daxili faciəni poetik dildə təsvir edir. Onun misraları oxucunu həm düşündürür, həm də hiss etdirir.
Hüseyn Cavidin əsərləri bu gün də Azərbaycan ədəbiyyatında romantik düşüncənin təməl daşı kimi oxunur və yeni nəsillərə mənəvi dərinlik, estetik zövq aşılayır.

