Azərbaycan ədəbiyyatının böyük maarifçi şairi Əhməd Cavad bu şeirində xalqın bir dövrdə yaşadığı elmsizlik və cəhalət zülmətini poetik dillə təsvir edir.
“Tehsil365” xəbər verir ki, şairin misraları bir tənqid deyil, həm də oyanışa səsləyən bir xəbərdarlıq kimi səslənir.
“Ey qardaşlar bir zamanlar elmsizlik dumanı,
Cəhalətin kor pəncəsi qaplamışdı hər yanı...
"Quran" nədir? Anlamadıq,
Vətən nədir? Bilmədik!
Qarşımızda yetimlərin göz yaşını silmədik.
Ağlanacaq bir hal idi, kəndimiz də görürdük,
Dilimizin, dinimizin getməsinə gülürdük...”
“Quran nədir? Anlamadıq, vətən nədir? Bilmədik!” deyən şairin bu sətirləri cəmiyyətin milli və mənəvi dəyərlərini unutmasının ağrısını ifadə edir. Əhməd Cavad bu şeirlə oxucunu öz köklərinə dönməyə, elmə, maarifə və vətən sevgisinə çağırır.
Bu gün də Əhməd Cavadın ideyaları aktuallığını qoruyur. Onun yaradıcılığı xalqın düşüncəsində maarifin və milli şüurun simvolu kimi yaşayır.

