Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Türkiyənin “Şəhid Erol Olçok” Peşə və Texniki Anadolu Liseyinin əməkdaşları tərəfindən “Turizmdə idarəetmə və xidmət standartları” mövzusunda təlim proqramı uğurla icra olunur.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzindən “Tehsil365”ə məlumat verilib ki, təlimlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı və Azərbaycan-Türkiyə Qardaş məktəblər əməkdaşlığı çərçivəsində keçirilir.
Təlimlərdə Bakı və regionların peşə təhsili müəssisələrinin turizm ixtisası üzrə fənn müəllimləri və istehsalat təlim ustaları iştirak edir. Sessiyalarda otelçilikdə idarəetmə, qida və içki xidmətləri, turizm məhsullarının xüsusiyyətləri və Azərbaycan-Türk mətbəxinin sintezi mövzularında bilik və bacarıqlar ötürülür.
Qonaqlar üçün infoturlar təşkil olunaraq mərkəzin infrastrukturu, tələbə sərgiləri, Qafqaz Tufandağ Hotel və Qəbələnin turizm obyektləri ilə tanışlıq təmin edilib.

