Təhsil 365 - Logo Mobile

Universitetlərdə inklüziv təhsilin təşkili: “Səsli” resurslar, danışan kitabxanalar

4719.10.2023 - 19:00
Universitetlərdə inklüziv təhsilin təşkili: “Səsli” resurslar, danışan kitabxanalar

Məlumdur ki, cəmiyyətin ən həssas və daha çox sosial müdafiəyə ehtiyacı olan təbəqəsi əlilliyi olan şəxslərdir. Onların hüquqlarının təmin edilməsi qarşıda duran vacib məsələlərdəndir. BMT-nin statistikasına əsasən, dünya əhalisinin 15%-ini, Azərbaycan Respublikası əhalisinin isə 6%- ini əlilliyi olan şəxslər təşkil edir. Uzun müddət cəmiyyətdə əlilliyi olan şəxslərə qarşı münasibət tibbi yanaşma modeli baxımından, yəni “cəmiyyətə yararlı olmayan üzv kimi” olmuşdur ki, bu da onların cəmiyyətə hüquq və imkan bərabərliyi prinsipi əsasında inteqrasiyasını məhdudlaşdırmışdır.

Eyni zamanda, cəmiyyətdə əlilliyi olan şəxslərə qarşı belə bir münasibət formalaşmışdır ki, onlar evdə oturmalı və içtimai yerlərdə görünməməlidirlər. Çünki onlar müvafiq iş yerlərində və təhsil müəssisələrində digər şəxslərlə birgə işləyə və ya təhsil ala bilməzlər. Bu yanaşma isə cəmiyyətdə onlara qarşı xeyriyyəçi yanaşmanın deyil, mənəvi modelin formalaşdırılmasını zəruri edir (“Regional İnkişaf” İctimai Birliyi Bakı şəhəri, Mikayıl Müşfiq küçəsi 2H, Bakı 2018).

İnklüziv təhsildə təlimin təşkili prinsiplərinin əsas məqsədi xüsusi pedaqoji-psixoloji üsullarla sağlamlıq imkanları məhdud şəxslərdə kommunikativ bacarıq və vərdişləri inkişaf etdirməklə, müvafiq biliklərə yiyələnməsinə nail olmaq və onları müstəqil həyata hazırlamaqla cəmiyyətin bərabərhüquqlu vətəndaşına çevirməkdir (Azərbaycanda inklüziv təhsilin vəziyyətinə dair araşdırma sənədi, Bakı 2018). Sağlamlıq imkanları məhdud uşaqların təsnifatlaşdırılması işindəki sistemsizlik inklüziv təhsildə təlimin təşkili prosesini ləngidir. Bunun baş verməməsi üçün sağlamlıq imkanları məhdud olan uşaqların cəmiyyətə adaptasiyası məqsədilə müəllim-valideyn əməkdaşlığı təmin olunmalı, ilk növbədə valideynlərlə maarifləndirici söhbətlər aparılmalıdır. Dünya praktikasında sağlamlıq imkanları məhdud uşaqların problemləri erkən yaşlarda aşkar edildiyindən, onların məktəb dövründə öz problemlərinə uyğun təhsil müəssisəsində oxuması təmin edilir.

Bu isə uşaqların öz bilik və bacarıqlarını daha yaxşı inkişaf etdirməsinə, gələcəkdə ali təhsil müəssisələrində təhsillərini davam etdirməsinə imkan verir və onların cəmiyyətin önəmli fərdinə çevrilməsinə şərait yaradır (Azərbaycan məktəbi Azerbaijan Journal of Educational Studies 2021: 53-54, 56). Sağlamlıq imkanları məhdud şəxslərin gələcəkdə hər hansı bir peşəyə yiyələnməsinin həyatının valideynlərsiz dövründə də müstəqil şəkildə yaşamasına kömək etdiyini nəzərə alsaq, ali təhsil müəssisələrinə onların cəlb olunması daha vacib və təxirəsalınmaz məsələdir. Belə şəxslər ali təhsil pilləsində təlim-təhsil prosesinə cəlb olunmaqla təkcə müvafiq bir peşəyə yiyələnmir, həm də onların intellektual səviyyəsi artır, iradəli, sağlam düşüncəli, dünyagörüşlü, həyatda öz məqsəd və məramını bilən şəxsiyyətə çevrilirlər. İnklüziv təhsildə asudə vaxtın düzgün təşkili məqsədilə kompüter texnologiyalarından və internetdən məqsədyönlü istifadənin əhəmiyyətini bildirməklə, sağlamlıq imkanları məhdud şəxslərə öyrədici video-çarxlar göstərməklə, dünyanın müxtəlif yerlərində həyatı örnək olan bu cür insanları tanıtmaqla belə şəxslərin özlərinə inamını artırmaq, onların karyera qurmaq planlarını gerçəkləşdirməsinə nail olmaq mümkündür.

Kitabxanalar qədim zamanlardan bəllidir ki, bəşəriyyətin mənəvi sərvətlərini toplayıb saxlayan, onu mühafizə edən, cəmiyyətin ictimai istifadəsini təşkil edən sosial inistut, sivilizasiyanın informasiya bazasızıdr. Onun əsas vəzifəsi cəmiyyətə xidmət etməkdən ibarətdir. Məhz buna görə də bəşər sivilizasiyası öz inkişafına görə kitabxanalara borcludur. Bütün dünya ölkələrində kitabxanalar ümumi cəmiyyətə xidmət etməklə yanaşı cəmiyyətin bütün kateqoriyalarını məsələn gözdən əlil şəxslərə xidmət etməyi diqqətdən kənarda qoymamışdır. Dünyanın istənilən yerində görmə məhdudiyyətli şəxslərin maariflənməsi, hər hansı bir fəaliyyət sahəsində bilik və bacarıqlarını aşkarlayaraq nümayiş etdirmək üçün yüksək səviyyədə müstəqil kitabxanalar mövcud olmuşdur. Universitet kitabxanaları da kalleksiyalardakı məlumat mənbələrindən bütün istifadəçilərin ən Rahat şəkildə istifadə etməsi imkanı yaradaraq bir universitet kitabxanasından gözdən əlillərin ən yaxşı formada təqdim edilməsini hədəfləməkdədir (Hüseynov, 2018). Kitab oxumaq deyəndə gözdən əlillər çox çətinlik qarşısında dururdular. Orta məktəbdə, ali təhsil müəssisələrində, yaxud bədii əsərlərin oxunmasında böyük problemlərlə üzləşirdilər. Dərslikləri dəftərə köçürtmək və yaxud başqasından xahiş edərək oxutdurmaq məcburiyyətində qalırdılar. Bütün bu çətinlikləri nəzərə alaraq 1981-ci il 01 iyun tarixində Azərbaycan Korlar Cəmiyyətinin nəzdində Mərkəzi Korlar Kitabxanası yaradıldı.

Tipoqrafiyada Brayl əlifbası ilə kitablar, jurnallar və s. çap olunaraq, kitabxananın istifadəsinə verildi. Bununla yanaşı, səsyazma studiyasında yerli və xarici ədiblərin əsərləri, müxtəlif mövzularda olan kitablar teleradio şirkətinin aparıcı diktorlarının ifasında oxunmaqla lentə köçürülərək, oxucu kütləsinin istifadəsinə verilmişdir (4). Gözdən əlilliyi olan şəxslərin ali təhsil müəssisələrində tədris prosesində səsli mühazirələrin, səsli dərslik və ya dərs vəsaitlərinin olmasına çox böyük ehtiyac vardır. Brail şriftləri ilə yazılan kitabların oxunması və daşınması müəyyən problemlərə səbəb ola biləcəyini düşünərək səsli kitbların yaradılması və dərs prosesi zamanı onlara daha çox üstünlük verilməsi məqsədə uyğundur.

Əli Ələkbərov

Elmina Muxtarlı

Xəbər Lenti

Nigeriyada dini məktəbdə YANĞIN: 17 şagird öldü05.02.2025 - 17:49
Keçmiş rektor Ali Məhkəmədə UDUZDU05.02.2025 - 17:35
BDU-nun tələbə jurnalı Kaliforniya Universitetinin Berkli kitabxanasının fonduna daxil edilib05.02.2025 - 17:18
Qulaqlarda cingiltinin səbəbləri nələrdir? - Həkimdən AÇIQLAMA05.02.2025 - 17:05
15 yaşlı məktəbli niyə ölüb?05.02.2025 - 16:38
Gömrük Akademiyasında təqüdlər ödənilmir?05.02.2025 - 16:26
Mobil tətbiqlər reklam daşıyıcısı hesab olunacaq05.02.2025 - 16:12
"ChatGPT" yaradıcısından möhtəşəm yenilik: Smartfonları əvəz edəcək qadcet hazırlanır05.02.2025 - 15:59
BDU-nun tələbə jurnalı Kaliforniya Universitetinin Berkli kitabxanasının fonduna daxil edilib05.02.2025 - 15:45
Mədəniyyət və incəsənət xadimləri dahi bəstəkar Qara Qarayevin xatirəsini anıblar - FOTO05.02.2025 - 15:34
MTV və Dünya TV-nin yayımı 3 saatlıq dayandırıldı05.02.2025 - 15:20
"Daha sərbəst" akademik müzakirə layihəsinə start verildi05.02.2025 - 15:05
Akademik Yusif Məmmədovun 75 illik yubileyi qeyd olunub - FOTO05.02.2025 - 14:54
Davos 2025: Texnologiya əsrində ali təhsilin transformasiyası 05.02.2025 - 14:39
Yeni qeyri-adi tipli kvant hissəcikləri kəşf edilib05.02.2025 - 14:26
Şəki-Zaqatalada 2 məktəbin binası yenilənəcək05.02.2025 - 14:14
Azərbaycanda professor vəfat etdi - FOTO05.02.2025 - 14:03
Məktəbdənkənar təhsilə elektron qeydiyyat başa çatıb05.02.2025 - 13:50
AzMİU-da Məzunlar Assosiasiyasının təsis yığıncağı keçiriləcək05.02.2025 - 13:36
Agentlik: Əlilliyi olan 121 gənc peşə hazırlığına cəlb olunub 05.02.2025 - 13:22
DİM imtahan rəhbərləri və nəzarətçiləri mükafatlandırıb - FOTO05.02.2025 - 13:13
Mərkəzi Elmi Kitabxananın 100 illiyinə hazırlıq məsələləri müzakirə olunub05.02.2025 - 13:00
Samux məktəbindəki davamiyyətlə bağlı AÇIQLAMA05.02.2025 - 12:48
Builki magistratura imtahanının modelində dəyişiklik varmı?05.02.2025 - 12:39
BDU-da qış imtahan sessiyası başa çatdı05.02.2025 - 12:26
Azərbaycanın turizm imkanları Türkiyədə keçirilən beynəlxalq sərgidə nümayiş olunur05.02.2025 - 12:14
Dendrologiya İnstitutu şagirdlər və tələbələr arasında “Bilik yarışı” elan edib05.02.2025 - 12:05
Dərs zamanı halı pisləşən şagird öldü05.02.2025 - 11:56
İraqda 9 yaşlı uşaqların evlənməsi ləğv edildi 05.02.2025 - 11:49
Şuşada STEAM Mərkəzi fəaliyyətə başlayıb05.02.2025 - 11:35
Dövlət qulluğu vəzifələri üzrə müsabiqənin test imtahanına qeydiyyat aparılır05.02.2025 - 11:23
UNEC ilə “AWE Consulting” şirkəti arasında memorandum imzalanıb - FOTO05.02.2025 - 11:12
Şagirdlərin 8 layihəsi “Sabahın alimləri” müsabiqəsinin finalına vəsiqə qazanıb05.02.2025 - 11:02
Televiziya verilişlərində işarət dilinin istifadəsi nəzərdə tutulur05.02.2025 - 10:47
Azərbaycan Universiteti ilə QS Agentliyi arasında müqavilə imzalandı - FOTO05.02.2025 - 10:34
Doktorantura və dissertantura səviyyəsində qəbul üçün hansı imtahanlar keçirilir?05.02.2025 - 10:23
Xarici diplomla dövlət qulluğunda iştirak etmək mümkündürmü? - CAVAB05.02.2025 - 10:11
Buraxılış imtahanında şagirdlərə xarici dil seçimində sərbəstlik verilirmi? - RƏSMİ05.02.2025 - 09:58
Magistraturaya qəbul olan oğlanların NƏZƏRİNƏ05.02.2025 - 09:45
İlon Mask ABŞ Təhsil Nazirliyini nəzarətə götürür05.02.2025 - 09:31
“Azərbaycan ədəbiyyatı tarixində Gəncə” mövzusunda respublika elmi-nəzəri konfransı keçiriləcək05.02.2025 - 09:20
Milli Kitabxanada “Xalq artisti Polad Bülbüloğlu” adlı sərgi istifadəçilərə təqdim olunub05.02.2025 - 09:09
Eksternat imtahanlarının nəticələri AÇIQLANDI05.02.2025 - 08:58
Yaqub Mahmudovun 86 yaşı tamam olur05.02.2025 - 08:48
Əlibaba Məmmədovun doğum günüdür05.02.2025 - 08:34
Şotlandiyanın Aberdin Universitetində Azərbaycan mədəniyyəti tanıdılıb05.02.2025 - 08:20
Niderlandın ən yaxşı layihəsi BANM tələbələri tərəfindən təqdim olunub05.02.2025 - 08:08
BDU-nun kafedralarında boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edilir05.02.2025 - 07:45