Təhsil 365 - Logo Mobile

Qadının gücünə və dözümünə poetik baxış - Aləmzər Sadıqqızı

11710.10.2025 - 17:55
Qadının gücünə və dözümünə poetik baxış - Aləmzər Sadıqqızı

Azərbaycan ədəbiyyatının duyğusal və ilhamlı qadın şairlərindən biri olan Aləmzər Sadıqqızı “Yenə gözlərindən şeir tökülür” adlı əsərində qadının daxili aləmini, onun sükutda gizlənən fırtınasını, dərdlərlə yoğrulmuş, lakin yenə də ümidə sarılan ruhunu poetik dillə təsvir edir.

Tehsil365” xəbər verir ki, şairin misralarında qadın həm qırılmış, həm də dirənişli bir simadır. İlk bənddə “Yenə gözlərindən şeir tökülür” ifadəsi ilə duyğuların dərinliyi vurğulanır. Qadın susur, amma onun baxışları danışır, şeirlə doludur. “Ay üzü baharlı, könlü qış qadın...” misrası isə ziddiyyətlərin harmoniyasını göstərir — zərif görünüş arxasında gizlənən qış kimi soyuq, yorğun bir ürək.

“Yenə gözlərindən şeir tökülür

Ay üzü baharlı, könlü qış qadın...

Hərdən bax güzgüyə bir lal baxışla,

Niyə gülmədiyin bir soruş, qadın...

Səni ki, bu qədər yedi dərdlərin,

Yayda da üşüdü yazıq əllərin,

Bu qədər gül əkdin, özün gülmədin...

Sən də gül...güllərə bir qarış, qadın.

Günəşin gizlənsə bulud köçündə,

Ən gözəl günəşi yarat içində,

Payız yağmurunda, qışın içində,

Bir çınqı od yarat, yan, alış , qadın!

Axı kim dəyibdi belə xətrinə,

Heç vaxt bürünmədin sevinc ətrinə,

Allahın xətrinə, ömrün xətrinə,

Bir azca dünyayla gəl barış, qadın!”

Bəndlərdə şair qadına özünə qayıtmağı, yenidən gülməyi, dünyayla barışmağı tövsiyə edir. “Bu qədər gül əkdin, özün gülmədin...” misrası qadının fədakarlığını, başqalarına sevinc bəxş edib, amma özü o sevinci yaşamamasını təsvir edir.

Əsərin kulminasiyasında “Günəşin gizlənsə bulud köçündə, ən gözəl günəşi yarat içində” deyə səslənən şair qadını həyatın çətinliklərinə qarşı içindəki işığı yenidən alovlandırmağa çağırır. Bu, həm ruhun oyanışı, həm də qadın iradəsinin simvoludur.

Son bənddə isə müəllifin çağırışı bir dua kimidir:

“Allahın xətrinə, ömrün xətrinə,

Bir azca dünyayla gəl barış, qadın!”

Bu sətirlər yalnız bir qadına deyil, həyatın yükünü səssiz daşıyan bütün qadınlara ünvanlanmış səmimi, ruh oxşayan bir müraciətdir.

Nəticə olaraq, Aləmzər Sadıqqızının bu şeiri qadın varlığının həm incəliyini, həm də möhkəmliyini poetik bir dillə ifadə edir. Şeir həm təskinlik, həm də motivasiya qaynağı kimi dəyərləndirilə bilər - yaralı, amma yenilməyən qadının hekayəsi kimi.

Fatimə Quliyeva

Xəbər Lenti

Azərbaycan cüdoçuları Avropa çempionatına hazırlığı davam etdirirlər09.04.2026 - 15:00
Cəfər Həsənovun solo konserti - Nağaranın sədası09.04.2026 - 14:49
Şəki Regional Elmi Mərkəzinin əməkdaşları Balakən və Zaqatalada monitorinq aparıblar09.04.2026 - 14:37
Milli Qəhrəman “Məktəbdə...” layihəsinin qonağı olub09.04.2026 - 14:25
ADNSU qlobal təhsil platformasında: İndoneziyanın BİNUS Universiteti ilə əməkdaşlığa dair razılıq əldə olunub09.04.2026 - 14:11
Aşıq yaradıcılığı və milli-mənəvi dəyərlərimiz mövzusunda elmi-praktik seminar reallaşacaq09.04.2026 - 13:59
“Muzeydə musiqi” layihəsi çərçivəsində növbəti konsert09.04.2026 - 13:47
Həyat məqsədini tapmaq: metodlar və yollar09.04.2026 - 13:47
Yaradıcı düşüncə necə inkişaf edir?09.04.2026 - 13:42
Özbəkistanlı qonaqlar Milli Kitabxananı ziyarət edib09.04.2026 - 13:35
Liderlik bacarıqları necə formalaşır?09.04.2026 - 13:35
Ailə tərbiyəsinin uşağın şəxsiyyətinə təsiri09.04.2026 - 13:31
Sumqayıtda "44 gün – Tarixi zəfər” kitabının IV cildinin təqdimatı olub09.04.2026 - 13:24
Xarici və yerli təhsil arasındakı əsas fərqlər- Təhsil eksperti Elçin Əfəndi 09.04.2026 - 13:20
Daşkənddə beynəlxalq konfrans çərçivəsində zəngin mədəni proqram təqdim edilib09.04.2026 - 13:11
Azərbaycanda əqli mülkiyyət üzrə mütəxəssis hazırlığına böyük diqqət yetirilir09.04.2026 - 12:59
ADAU və Qazaxıstanın Satbayev Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanacaq09.04.2026 - 12:47
Gənc alimlər ADAU-da elmi nailiyyətlərini bölüşüblər 09.04.2026 - 12:38
DİM müəllimlər üçün qiymətləndirmə və monitorinq üzrə seminarlar təşkil edib09.04.2026 - 12:26
ADPU-nun Quba filialında şəhid kapitan Aqil Məlikovun xatirəsi yad edilib09.04.2026 - 12:11
TIMSS 2027 beynəlxalq qiymətləndirmə tədqiqatının sınaq mərhələsi başladı 09.04.2026 - 10:00
Arif Əliyev: Şagirdlər riyaziyyatı anlamağa yönəlməlidir09.04.2026 - 09:55
BSU-da Beynəlxalq Türkoloji Tədqiqatlar Konfransı keçirilib 09.04.2026 - 09:46
15 000 illik sirr açıldı: Qədim insanların ticarət izləri tapıldı09.04.2026 - 09:40
Allergiyanın müalicəsində yeni standartlar09.04.2026 - 09:32
BDU-da Xəzər dənizinin səviyyə tərəddüdlərinin yaşayış məntəqələrinə təsirinə dair ustad dərsi09.04.2026 - 09:25
ADU-da Memarlar İttifaqının sədri Elbay Qasımzadənin iştirakı ilə elmi seminar keçirilib09.04.2026 - 09:16
Mədə problemlərinin gizli səbəbləri məlum oldu09.04.2026 - 09:08
“WhatsApp”a yeni funksiya əlavə olunacaq09.04.2026 - 09:00
“Yeni Üfüq” layihəsinin iştirakçıları BMU ilə tanış olub09.04.2026 - 08:50
Qarabağ Universiteti “Study in Azerbaijan” beynəlxalq təhsil sərgisində təmsil olunub09.04.2026 - 08:40
Azərbaycan mədəniyyəti Belçikada təbliğ olunur09.04.2026 - 08:29
BDU-nun Tələbə Gənclər Təşkilatı “5 Days Urban Weeks” layihəsinə başlayıb09.04.2026 - 08:19
BDU tələbələri ADA Universitetində praktik dərsdə09.04.2026 - 08:08
ADNSU-da qadın sahibkarlığı və innovasiyalar üzrə təlim keçirilib09.04.2026 - 08:00
BDU rektoru Almatıda Satbayev Universitetində keçirilən görüşlərdə iştirak edib09.04.2026 - 07:51
ADU-da akademik Muxtar İmanov tərəfindən ustad dərsi keçirilib09.04.2026 - 07:40
ADU-da TələbəPlus kartı ilə bağlı infosessiya keçirilib09.04.2026 - 07:31
ADU və Astana Beynəlxalq Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb09.04.2026 - 07:20
Bu günün hava proqnozu 09.04.2026 - 07:11
Böyük Britaniyada xarici tələbələr üçün həyatın çətin reallığı09.04.2026 - 07:00
İngiltərədə məktəblərdə bıçaq cinayətlərinə qarşı yeni hədəfli proqram tətbiq olunacaq09.04.2026 - 06:36
Böyük Britaniyada tələbə kreditləri üzrə faiz dərəcəsi azaldılıb09.04.2026 - 06:18
PragerU gənclər arasında təsirini genişləndirir09.04.2026 - 06:00
“Çitra” baletinin premyerası səhnəyə qoyuldu09.04.2026 - 05:42
Zirəddin Tağıyev – səhnə sənətinə ömrünü həsr edən aktyor09.04.2026 - 05:18
Teymur Bünyadov – Azərbaycan hərb tarixində iz qoyan general09.04.2026 - 05:06
Məmmədəli Mehdiyev – Azərbaycan cüdosunun güclü təmsilçisi09.04.2026 - 04:54