Təhsil 365 - Logo Mobile

Qadının gücünə və dözümünə poetik baxış - Aləmzər Sadıqqızı

11010.10.2025 - 17:55
Qadının gücünə və dözümünə poetik baxış - Aləmzər Sadıqqızı

Azərbaycan ədəbiyyatının duyğusal və ilhamlı qadın şairlərindən biri olan Aləmzər Sadıqqızı “Yenə gözlərindən şeir tökülür” adlı əsərində qadının daxili aləmini, onun sükutda gizlənən fırtınasını, dərdlərlə yoğrulmuş, lakin yenə də ümidə sarılan ruhunu poetik dillə təsvir edir.

Tehsil365” xəbər verir ki, şairin misralarında qadın həm qırılmış, həm də dirənişli bir simadır. İlk bənddə “Yenə gözlərindən şeir tökülür” ifadəsi ilə duyğuların dərinliyi vurğulanır. Qadın susur, amma onun baxışları danışır, şeirlə doludur. “Ay üzü baharlı, könlü qış qadın...” misrası isə ziddiyyətlərin harmoniyasını göstərir — zərif görünüş arxasında gizlənən qış kimi soyuq, yorğun bir ürək.

“Yenə gözlərindən şeir tökülür

Ay üzü baharlı, könlü qış qadın...

Hərdən bax güzgüyə bir lal baxışla,

Niyə gülmədiyin bir soruş, qadın...

Səni ki, bu qədər yedi dərdlərin,

Yayda da üşüdü yazıq əllərin,

Bu qədər gül əkdin, özün gülmədin...

Sən də gül...güllərə bir qarış, qadın.

Günəşin gizlənsə bulud köçündə,

Ən gözəl günəşi yarat içində,

Payız yağmurunda, qışın içində,

Bir çınqı od yarat, yan, alış , qadın!

Axı kim dəyibdi belə xətrinə,

Heç vaxt bürünmədin sevinc ətrinə,

Allahın xətrinə, ömrün xətrinə,

Bir azca dünyayla gəl barış, qadın!”

Bəndlərdə şair qadına özünə qayıtmağı, yenidən gülməyi, dünyayla barışmağı tövsiyə edir. “Bu qədər gül əkdin, özün gülmədin...” misrası qadının fədakarlığını, başqalarına sevinc bəxş edib, amma özü o sevinci yaşamamasını təsvir edir.

Əsərin kulminasiyasında “Günəşin gizlənsə bulud köçündə, ən gözəl günəşi yarat içində” deyə səslənən şair qadını həyatın çətinliklərinə qarşı içindəki işığı yenidən alovlandırmağa çağırır. Bu, həm ruhun oyanışı, həm də qadın iradəsinin simvoludur.

Son bənddə isə müəllifin çağırışı bir dua kimidir:

“Allahın xətrinə, ömrün xətrinə,

Bir azca dünyayla gəl barış, qadın!”

Bu sətirlər yalnız bir qadına deyil, həyatın yükünü səssiz daşıyan bütün qadınlara ünvanlanmış səmimi, ruh oxşayan bir müraciətdir.

Nəticə olaraq, Aləmzər Sadıqqızının bu şeiri qadın varlığının həm incəliyini, həm də möhkəmliyini poetik bir dillə ifadə edir. Şeir həm təskinlik, həm də motivasiya qaynağı kimi dəyərləndirilə bilər - yaralı, amma yenilməyən qadının hekayəsi kimi.

Fatimə Quliyeva

Xəbər Lenti

Heydər Əliyev Fondu ilə ICESCO arasında saziş imzalanıb08.12.2025 - 19:45
MDU-da Davamlı İnkişafa həsr olunmuş Beynəlxalq Konfransın ikinci günü08.12.2025 - 19:45
''Müəllimlərin təxminən 58%-i əmək müqaviləsində öz məsuliyyət və hüquqlarını tam bilmir''08.12.2025 - 19:30
Elm və Təhsil Nazirliyinin tabeliyində üç elmi istehsalat birliyi ləğv edilib08.12.2025 - 19:15
1700-dən çox taksi sürücüsü imtahan vermək üçün qeydiyyatdan keçib08.12.2025 - 19:00
“Qarabağ” poeması “İlin ən yaxşı kitabı” seçilib08.12.2025 - 18:00
Nazir müavini: "Süni intellektlə bağlı data mərkəzləri yaradılmalıdır"08.12.2025 - 17:44
“Uşaqlarda dərsə marağı artırmaq üçün ilk növbədə təhlükəsiz psixoloji mühit yaradılmalıdır"08.12.2025 - 17:30
Azərbaycanda süni intellekt həlli təqdim edilib08.12.2025 - 17:29
Azərbaycan əsərləri Vyanada beynəlxalq festivalda səslənib08.12.2025 - 17:15
“Arşın mal alan” Türkmənistan mətbuatında08.12.2025 - 17:14
Azərbaycanlı alim Ramazan Qafarlının monoqrafiyası nəşr olunub08.12.2025 - 17:00
Əməkdar artist Sahib Paşazadə Pakistanda fəxri medalla təltif edilib08.12.2025 - 16:59
Azərbaycanda süni intellektlə bağlı xüsusi standartlar hazırlanır08.12.2025 - 16:44
Nazir müavini: "Süni intellektin inkişafı üçün infrastruktur lazımdır"08.12.2025 - 16:29
“İmtahanın məqsədi şagirdin biliklərini praktikada yoxlamaqdır”08.12.2025 - 16:25
Deputat: "Süni intellekt sahəsində müasir qanunvericilik bazası olmalıdır"08.12.2025 - 16:14
Müəllimlərin maaşları və iş günü-Açıqlama08.12.2025 - 16:00
ADU-da BƏƏ qadınlarının cəmiyyətdəki rolu haqqında seminar keçirilib08.12.2025 - 15:59
ADU-nun müəllimləri Türkiyədə akademik mübadilə proqramında iştirak edib08.12.2025 - 15:44
ADU əməkdaşına dosent elmi adı verilib08.12.2025 - 15:29
“Hər kəs üçün bərabər dünya” mövzusunda maarifləndirici tədbir keçirilib08.12.2025 - 15:14
Kamal Abdullanın 75 illik yubileyinə həsr olunan "Sehrbazlar dərəsi" tamaşası nümayiş olunub08.12.2025 - 15:00
"WhatsApp"da böyük yeniləmə: milyonların işini asanlaşdıracaq funksiya08.12.2025 - 14:45
İsmət Səttarov: Teleradiolardakı reklam çarxlarında əcnəbi sözlərin istifadəsinin qarşısını almışıq08.12.2025 - 14:30
"Fərdi jurnalist müsabiqəsi"nin nəticələri açıqlanıb08.12.2025 - 14:15
"Global Media Group"un altı əməkdaşı MEDİA-nın müsabiqəsində qalib gəlib08.12.2025 - 14:00
BDU-da Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib 08.12.2025 - 13:10
ATMU tələbələrinin Lənkərana tədris-təcrübə səfəri baş tutub08.12.2025 - 12:55
Özbəkistan səfiri Bakı Ali Neft Məktəbində özbək tələbələrlə görüşdü08.12.2025 - 12:40
Qarabağ Universiteti Serbiyada keçirilən beynəlxalq konfransda təmsil olunub08.12.2025 - 12:25
Mingəçevir Dövlət Universitetində III Beynəlxalq Konfrans çərçivəsində bölmə iclasları keçirilib08.12.2025 - 12:10
Bu ölkədə təhsilin təməli yenidən qurulur08.12.2025 - 11:55
Dil Elmləri İnstitutunun əməkdaşlarının seminarları keçirilib 08.12.2025 - 11:45
"Fərdi jurnalist müsabiqəsi"nin nəticələri açıqlandı08.12.2025 - 11:35
“Həyat bəxş edən donorluq” mövzusunda tədbir keçirildi08.12.2025 - 11:25
LDU-da “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib08.12.2025 - 11:15
"8 minə yaxın müəllimin fəaliyyəti peşəsinə uyğun olmadığına görə xitam vermişik"08.12.2025 - 11:00
“Azərbaycan sənət və ədəbiyyat günləri” çərçivəsində möhtəşəm konsert keçirilib 08.12.2025 - 10:40
Yeni təyinatlar olunub08.12.2025 - 10:20
Qəbulla bağlı qabiliyyət imtahanında dəyişiklik edilib 08.12.2025 - 10:10
NDU-da ali təhsildə beynəlxalq akkreditasiyanın təsir mexanizmləri üzrə təlim keçirilib08.12.2025 - 10:00
Akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib08.12.2025 - 09:45
Yubiley tədbirinin iştirakçıları Ümummilli Liderin abidəsini ziyarət edib08.12.2025 - 09:30
İngilis dili və ədəbiyyatı departamenti seminarlar keçirib08.12.2025 - 09:20
21-ci əsr bacarıqları dərslərdə necə inkişaf etdirilə bilər?08.12.2025 - 09:10
8 dekabr — Beynəlxalq Rəssamlar Günü qeyd olunur08.12.2025 - 08:59
Azərbaycanın İslam Konfransı Təşkilatına üzvlüyünün ildönümü qeyd olunur08.12.2025 - 08:46