Təhsil 365 - Logo Mobile

Xaqani Şirvani – “Candan da əziz bir insan”

17711.10.2025 - 04:05
Xaqani Şirvani – “Candan da əziz bir insan”

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Xaqani Şirvani bu şeirində ilahi dərinliklə yoğrulmuş məhəbbət və sədaqət duyğularını tərənnüm edir.

Tehsil365” xəbər verir ki, şair “Canım nə qədər var, mənə canan sən olarsan...” misrası ilə başlayan əsərində sevginin insana verdiyi mənəvi qüdrəti, sevgilinin Tanrı qədər müqəddəs və əvəzsiz yerini təsvir edir.

Burada məşuqu həm cismani, həm də ruhi aləmin mərkəzinə çevirir. O, sevdiyi insanı yalnız qəlbin sahibi kimi deyil, həyatın mənası, canın davamı kimi dəyərləndirir. “Hər yarəm əgər olsa, onun məlhəmi sənsən” misrası sevgilinin şəfa verici, dirçəldici gücünü ifadə edir.

Əsərdə diqqətçəkən məqamlardan biri də iman və küfr anlayışlarının sevgi kontekstində təqdim edilməsidir. Xaqani üçün məhəbbət elə bir mərhələdir ki, burada dini sərhədlər belə əriyir: “Bundan belə aldatma məni küfrlə, dinlə!

Xaqaniyə həm küfr, həm iman sən olarsan.” Bu misralar sevginin ilahi səviyyəyə ucaldığını, sevgilinin Tanrıya bənzər bir dəyərə çevrildiyini göstərir.

Şeirin sonunda “Xaqaniyə xaqan sən olarsan” deyərək şair sevgilisini hökmran, özünü isə itaətkar kimi təsvir edir. Bu, həm sevgi qarşısında təvazökarlığın, həm də insanın könül sultanına sədaqətinin poetik ifadəsidir.

Xaqani Şirvani bu əsəri ilə bir daha sübut edir ki, həqiqi sevgi nə din, nə zaman tanıyır - o, insan qəlbinin ən saf və ilahi duyğusudur.

“Canım nə qədər var, mənə canan sən olarsan,

Candan da əziz olsa bir insan, sən olarsan.

Sən indiyədək qəlbim üçün qəlb idin, ey yar,

Bundan sora da canım üçün can sən olarsan.

Hər yarəm əgər olsa, onun məlhəmi sənsən,

Hər dərdim olarsa, ona dərman sən olarsan.

Könlün necə istərsə, elə ver mənə fərman,

Ömrüm nə qədər var, mənə soltan sən olarsan.

Eylərsən əgər şərhini iman ilə küfrün,

Baş hərflə sərlövhəyi-divan sən olarsan.

Bundan belə aldatma məni küfrlə, dinlə!

Xaqaniyə həm küfr, həm iman sən olarsan.

Xaqani nədir? Gəlsən əgər, ey gözü şəhla!

Əlbəttə ki, Xaqaniyə xaqan sən olarsan.”

Fatimə Quliyeva

Xəbər Lenti

“Gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi”nin qalibləri ilə görüş keçirilib12.09.2026 - 07:23
UNEC ilə Liv Bona Dea Hospital arasında əməkdaşlıq memorandumu imzalanıb11.09.2026 - 11:55
Xarici diplomatlar Qarabağ Universitetinin fəaliyyəti ilə tanış olublar11.09.2026 - 11:50
Deputat: “Ali təhsil haqqında qanuna yenidən baxılmalıdır“11.09.2026 - 11:45
Günəşdə şiddətli partlayış ehtimalı var11.09.2026 - 11:40
Deputat: “ İşləyən valideynlərin övladlarına sosial təhsil krediti verilsin”11.09.2026 - 11:35
Sədr: “Regionlararası fərqin azaldılması əsas prioritetlərdəndir”11.09.2026 - 11:30
“PISA bizim üçün güzgüdür” - Nazir11.09.2026 - 11:25
Nazir: “600 bal toplayan uşaqlara yox, dəstəyə ehtiyacı olanlara fokuslanmalıyıq”11.09.2026 - 11:20
“Ən zəif şagirdlərə fokuslanmaq sistemi daha tez irəli aparır” - Nazir11.09.2026 - 11:15
Nazir: “Məktəblərin göstəriciləri vahid meyarlarla ölçüləcək“11.09.2026 - 11:10
"Direktorun işi protokol yazmaq deyil, mövcud qaydanı məktəbdə tətbiq etməkdir" - Nazir11.09.2026 - 11:05
Nazir: "Yaxşı təhsil sistemində bir məktəb digərindən çox fərqlənməməlidir"11.09.2026 - 11:00
"Təhsildə hər il yanaşmanı dəyişmək olmaz" - Elm və Təhsil Naziri11.09.2026 - 10:55
Nazir: “Yaxşı təhsil öz-özünə yaranmır”11.09.2026 - 10:50
“5 əsas işi ardıcıl və düzgün görmək daha vacibdir” - Emin Əmrullayev11.09.2026 - 10:45
"Təlim nəticələri varsa, təhsil yaxşıdır" - Emin Əmrullayev11.09.2026 - 10:40
Təhsillə bağlı parlamentdə ictimai dinləmələr keçiriləcək11.09.2026 - 10:35
Cənubi Koreya Azərbaycan vətəndaşları üçün təqaüd proqramına qəbul elan edib11.09.2026 - 10:30
SDU-da Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi yaradılıb11.09.2026 - 10:25
Tələbə qəbulunun III mərhələsi start götürüb11.09.2026 - 10:20
“Böyük Qayıdış” çərçivəsində fəaliyyət göstərən məktəblərin sayı 52-yə çatacaq11.09.2026 - 10:15
Müəllimlərin 34 faizi müsabiqə nəticəsində işə qəbul olunub11.09.2026 - 10:10
MİQ-də 6 minə yaxın namizəd müəllim adını qazandı11.09.2026 - 10:05
Müəllimlərin maaşı artırılacaq11.09.2026 - 10:00
“Rəqəmsal məktəb” platforması sürətlə genişlənir11.09.2026 - 09:55
Təhsil layihələrinin əhatəsi genişləndirilir11.09.2026 - 09:50
"Məktəblərdə akademik nəticələr yaxşılaşır" - Eşqi Bağırov11.09.2026 - 09:45
MÜTDA-dan örnək addım11.09.2026 - 09:40
Eşqi Bağırov: Məktəblərdə şagird nailiyyətləri artırılmalıdır11.09.2026 - 09:35
Özəl bağçalarla bağlı yenilik11.09.2026 - 09:30
Məktəbəhazırlıq qruplarında qəbul yerləri 104 minə çatıb11.09.2026 - 09:25
“48 məktəbdə hibrid təhsil modeli tətbiq olunacaq“ - Eşqi Bağırov11.09.2026 - 09:20
Məleykə Abbaszadə: “Zəif nəticələrin kökünə ibtidai sinifdən getməliyik“11.09.2026 - 09:15
“Hər bir müəllimin öz AI assistenti ola bilər” - DİM sədri11.09.2026 - 09:10
Məleykə Abbaszadə: “Bunu dəfələrlə nəvələrimdə də görmüşəm"11.09.2026 - 09:05
"Zəif nəticə göstərən şagirdi tanımaq lazımdır" - Məleykə Abbaszadə11.09.2026 - 09:00
DİM sədri: "Biz yalnız rəqəmləri görürük, o uşaqları tanımırıq"11.09.2026 - 08:55
Sabaha olan hava proqnozu11.09.2026 - 08:50
50 məktəbdə təkrar monitorinq11.09.2026 - 08:45
Rus bölməsini seçənlərdə göstəricilər aşağıdır11.09.2026 - 08:40
Kənd və şəhər məktəblilərinin bilik fərqi11.09.2026 - 08:35
Təhsil İnstitutu: “Qızların oxu nəticələri oğlanlardan 24 bal yüksəkdir”11.09.2026 - 08:30
İki ildə şagirdlərin 16,5 faizi daha yüksək səviyyəyə keçib11.09.2026 - 08:25
2545 şagird risk qrupuna daxil edilib11.09.2026 - 08:20
Nazir müşaviri: “Təbiət fənnini tədris edən müəllimlər səylərini artırmalıdırlar“11.09.2026 - 08:15
Şagirdlərin çətinlik çəkdiyi mövzular11.09.2026 - 08:10
Elnur Əliyev: “6-cı siniflərdə zəif nəticə göstərənlərin sayı azalıb”11.09.2026 - 08:05