Azərbaycan ədəbiyyatının nəhəng simalarından olan Səməd Vurğunun yaradıcılığı bu gün də xalqın milli ruhunu, qürurunu və vətən sevgisini yaşadır. Onun “Qoy çalıb-oynasın Vətən torpağı...” misraları xalqımızın azadlıq, birlik və mübarizə əzmini poetik dillə ifadə edir.
“Tehsil365” xəbər verir ki, şairin bu şeirində Vətənin dirçəlişi, xalqın qələbə sevinci və ana dualarının müqəddəsliyi ön plana çıxır. “Sən ey mərd oğula süd verən ana” deyə səslənən Səməd Vurğun, Azərbaycan analarını qəhrəman övladların yetişdiricisi kimi ucaldır.
Bu gün də bu misralar Azərbaycan Ordusunun şücaəti, xalqın birliyi və azad Vətən sevinci ilə səsləşir. Hər bir azərbaycanlının qəlbində yaşayan bu ruh, illər keçsə də, Səməd Vurğunun sözlərindəki kimi yenə də qüdrətin, ülviyyətin və məhəbbətin simvolu olaraq qalır.
“Qoy çalıb-oynasın Vətən torpağı,
Göylər səcdə qılsın bu ülviyyətə.
Ölümün, zülmətin qara bayrağı
Bu gün təslim oldu bizim qüdrətə!
Sən ey mərd oğula süd verən ana!
Qoy öpsün əlini illər həsrəti.
Xeyir-dua versin Azərbaycana
O ana qəlbinin saf məhəbbəti!”

