Təhsil 365 - Logo Mobile

Düşünməyə və düşündürməyə yönələn əsərlər...

12111.10.2025 - 10:00
Düşünməyə və düşündürməyə yönələn əsərlər...

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Priyevin “Qeyri -səlis məntiq və teatr” adlı monoqrafiyası mənə elə gəlir ki, elmi camiyə üçün gözlənilməz olmadı. Çünki, müəllif hələ bu mövzuya 2020-ci ilin əvvəllərindən müraciət etmiş və 2022-ci ildə çap edilmiş “Elçin teatrı: Absurd dram “Qeyri-səlis məntiq nəzəriyyəsi kontekstində” adlı monoqrafiyası ilə diqqəti cəlb etmişdir.

Bu yaxın günlərdə “Apostrof-A” nəşriyyatında Zülfüqar Şahsevənin redaktorluğu ilə işıq üzü görən “Qeyri-səlis məntiq və teatr” monoqrafiyası həm adı, həm məzmunu ilə son dövrdə oxuduğum əsərlərin demək olar əksəriyyətini bir anlıq mənə “unutdurdu”. Bəlkə də ona görə ki, “Qeyri-səlis məntiq və teatr” adlı əsər “əsası dünyaca məşhur olan alim Lütfi Zadə tərəfindən qoyulmuş “Qeyri-səlis məntiq” nəzəriyyəsinin teatr sənətinə sinergetik adaptasiyası probleminə həsr edilib. “Qeyri-səlis məntiq” nəzəriyyəsini teatr sənətinin tətbiqinə İftixar müəllim hələ 7-8 il bundan əvvəl başlamış və ilk dəfə doktorluq dissertasiyası ilə sənətşünaslıq elmində tədqiqata cəlb edib, irəli sürdüyü nəzəriyyəni də ətraflı, dəqiq aça bilib.

Çox maraqlı və cəlb edici nüyans odur ki, əsər oxucunu mütləq düşünməyə vadar edir. Oxuduğu sətirlərə, fikirlərə, irəli sürülən mülahizələrə daha diqqətnən yanaşarkən “Qeyri-səlis məntiq və teatr” monoqrafiyasının aktuallığı aydın olur. Bu aktuallıq “dünya teatr prosesi axınında müasir yaradıcılıq prinsipləri ilə “Qeyri-səlis məntiq” nəzəriyyəsinin teart sənəti daxilindəki” “gizlinləri” faş edir. Buraya teatr sənəti daxilindəki məkan, zaman anlayışı, forma, məzmun mahiyyəti və s. məsələlərlə yanaşı elmi-nəzəri cəhətlər də daxildir.

Müəllif əsərinin ilk səhifəsinin sonunda yazır ki, “Qeyri-səlis məntiq və teatr” monoqrafiyası teatr və dramaturgiya ilə məşğul olan mütəxəssislər, müvafiq ixtisaslar üzrə təhsil alan tələbələr, eləcə də mədəniyyətimizlə maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur”. Doğrudan da “Qeyri-səlis məntiq” nəzəriyyəsi ilə teatr sənəti arasında sinergetik sənət körpüsü yaradan” bu əsər hər bir oxucu üçün maraqlı ola bilər. Çünki, istər mütamadi, istər hərdən bir, teatr hər kəsin diqqətini cəlb edir və biz teatr tamaşalarının əksəriyyətində müasir cəmiyyətimizə nə qədər əhəmiyyətli, vacib “mesaj”ların ötürülməsinin şahidi oluruq. Bunlar tamaşaçının düşüncələrinə, duyğularına müxtəlif paralellərdən təsir edir və onu düşündürür.

Əsəri oxuyarkən aydın olur ki, mədəniyyətdə sinergetikanın daha geniş şəkildə fəaliyyət göstərməsi təbii olaraq onun cəmiyyətlə qarşılıqlı əlaqəsindən irəli gəlir. Lakin bu proses onun üç aspektini həyata kecirməklə yaranır. Birinci sinergetika dünyanın mənzərəsi kimi, ikinci metodologiya kimi, üçüncü isə sinergetika bir elm kimi. İftixar müəllim monoqrafiyasında hər üç istiqamətə çox həssaslıqla yanaşıb və “nəzəriyyənin intuitiv modelləri (paradiqmaları) dəqiqliklə şərh” edib.

Dünya teatr sənətinin yaranışından bu gününə kimi nəzər salan və təhlillər aparan İftixar müəllimin burada əsas məqsədi “teatr sənətində və teartşünaslıq elmində “Qeyri-səlis teatrı”nın nəzəri, praktik səciyyələrini araşdırmaq, formalaşdırmaq və yeni modul sıçrayışlarla inkişaf cəhətlərinə doğru yönəltməkdir”.

Müəllif bu sahədə fikirlərini, əldə etdiyi nəticələrini bir daha əsaslandırmaq üçün dünya teatrşünaslığına, teatr tənqidi və nəzəriyyəsinin elmi-praktik təcrübələrinə istinad edir. Bu istinadlarla yanaşı İftixar müəllim təcrübəli bir sənətkar kimi hazırladığı tamaşalara “qeyri-səlis məntiqi tətbiq edir”. Lakin bununla da kifayətlənmir. O, həm də bu zaman nəzəriyyənin teatr sənətindəki yerini, rolunu, əhəmiyyətini müəyyənləşdirməklə, praktiki-faktoroloji əsasları zənginləşdirir. Yeni Qeyri-səlis məntiq sistemi üzərində qurulan “Siluet”, “Səs”, “Stalin-İzm” rejissor tamaşalarından nümunələr göstərməklə bir daha tamaşacının diqqətinə “qeyri-səlis baxış bucağı”nı tətbiq edir.

Müəllif monoqrafiyanın “Nəzəri prinsiplər”i adlı birinci fəslil də yazır: “Kainatın möcüzəsi ondadır ki, o, çox mürəkkəb görünür, lakin dərindən öyrəndikcə, onun nə qədər sadə sistemli bir varlıq olduğu aşkarlanır”. Əslində müəllifin bu fikrini “Qeyri-səlis məntiq və teatr” adlı monoqrafiyasına da şamil etmək lap yerinə düşərdi. Çünki, əsərlə tanəş olduqca qeyri-səlis məntiqin teatrdakı mürəkkəb görüntüləri tamamilə aydınlaşır.

Görkəmli sənətşünas İftixar müəllim də “teatr sənətinin möcüzələrini öyrənmək və mənimsəmək üçün onun ip ucunu taparaq” həm elmdə, həm səhnədə onun mahiyyətini, fəlsəfəsini çox ustalıqla faş edə bilib. Bunun üçün uzun illərin sənət təcrübəsi ilə yanaşı klassik və çağdaş dünya teatrının mənzərəsini araşdırmış, ən kicik nüyansı belə diqqətindən qaçırmamışdır.

Nəticədə istər rejisorluq işlərində, istər elmi əsərlərində “Həyat harmoniyası ilə Teatr harmoniyası arasındakı” qanunauyğun oxşarlıqları, bağlılğı əks edə bilib. Dünya teatrı kimi bu gün bizim də teatr sənətimiz yeniləşir və modern səciyyəyə çatmaq üçün can atır. İftixar müəllim hər iki əsərində, istər “Elçin teatrı: Absurd dram “Qeyri-səlis məntiq” nəzəriyyəsi kontekstind”ə, istərsə də “Qeyri-səlis məntiq və teatr”da “məntiqi harmoniyanın vəhdətini yaradan qeyri-səlis konsepsiyanın bir sistem içində cilalanan teatr sənətinə adaptasiyasını isbatlayır”.

Monoqrafiyada həm də quruluşçu rejissor İ.Piriyevin səhnə həyatına bəxş etdiyi tamaşalar haqqında görkəmli sənətşünasların, jurnalistlərin, rejissorların maraqlı məqalələri də yer alıb. Bu məqalələrdə İ.Piriyevin bir rejissor kimi səhnədə yarada bildiyi maraqlı tapıntılardan, mükəmməl səhnə quruluşundan bəhs edilir. Yazar Adilə İmanova, sənətşünas alim Nərminə Ağayeva, İftixar müəllimin tamaşalarının fərqliliyini və cəlb ediciliyini “Azərbaycan teatrında qeyri-səlis məntiq sistemindən” istifadə görürlər. Məhz buna görə İ.Piriyevin səhnədə həyat verdiyi tamaşalarda “fərqli-fərqli hissləri görürsən, hissləri daşıyırsan, enerji ötürən personajlarla qarşılaşırsan”. Bu zaman düşçünürsən ki, səhnə həyatına qədəm qoyan hər bir ədəbi material onun rejissorluq təknəsində mükəmməl “yoğrulma” prosesini kecərək bizlərə təqdim edilir. “Qeyri-səlis teatr” həm elmi-nəzəri axtarışlarda, həm də təcrübədə, reallıqda bir daha sübut etdi ki, “teatr sənəti həm də təfəkkürün inkişaf qaynağıdır”.

Bütün bunlar əminliklə deməyə haqq verir ki, müəllifin yuxarıda adlarını qeyd etdiyimiz hər iki fundamental əsərləri və bu əsərlərin nəzəriyyəsinə uyğun səhnə həyatı verdiyi tamaşaları ruhumuza, qəlbimizə sirayət edərək bizi daima düşünməyə, düşündürməyə yönəldəcək. Bu yolda ona daha böyük uğurlar arzulayırıq.

Sevil Həsənova,

Filologiya elmləri doktoru, professor

Leyla Ağakişiyeva

Xəbər Lenti

“Torpaq bizim həyat qaynağımızdır” — Ayşə Verdiyeva20.11.2025 - 19:51
Bakı Musiqi Akademiyasının professorları beynəlxalq müsabiqənin münsiflər heyətində yer alıblar20.11.2025 - 18:56
Müəllimlər üçün payız tətili dövründə təlimlər keçirilib20.11.2025 - 18:49
“Birlikdən biliyə” layihəsi başa çatıb20.11.2025 - 18:41
I Beynəlxalq Türk Dünyası Ənənəvi Musiqi və Mədəni Kimlik Simpoziumu işə başlayıb20.11.2025 - 18:19
“Azərbaycan postmodern ədəbiyyatı” monoqrafiyası çapdan çıxıb20.11.2025 - 18:00
İslamiada: Azərbaycan qılıncoynadanları qızıl medal qazanıblar20.11.2025 - 17:54
BŞTİ-nin ümumtəhsil müəssisələrində çalışan metodistlərlə görüş keçirilib20.11.2025 - 17:50
BDU-da tarixi Zəfərin 5-ci ildönümünə həsr olunan ixtisaslaşmış Karyera Sərgisi keçirilib20.11.2025 - 17:45
Elçin Qaliboğlu: Kalvalı Əli Dədə zurna–balaban sənətində ənənə yaradıcısı və onu yaşadan sənətkardır20.11.2025 - 17:42
BDU tələbələri işğaldan azad olunmuş bölgələrdə minatəmizləmə işləri ilə bağlı məlumatlandırılıb20.11.2025 - 17:31
Qazaxıstanlı ifaçı: İllər sonra Bakıda çıxış etmək xoş duyğudur20.11.2025 - 17:31
Sabah hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq20.11.2025 - 17:30
Beynəlxalq Muğam Mərkəzində Kalvalı Əli Dədənin 150 illiyi qeyd edilib20.11.2025 - 17:20
Akademik Nizami Cəfərov: "Azərbaycan dilinin saflığının qorunması vacibdir"20.11.2025 - 17:15
Xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün test imtahanı keçirilib20.11.2025 - 17:09
Azərbaycan İƏT ölkələrinin Milli Kitabxana rəhbərlərinin VII görüşündə təmsil olunub20.11.2025 - 17:00
Sabah ADU-da beynəlxalq elmi konfrans keçiriləcək20.11.2025 - 16:58
“Dövlət qulluğuna dair qanunvericiliyin təcrübədə tətbiqi məsələləri” mövzusunda təlim keçirilib20.11.2025 - 16:47
“Miniatür – Şərq vizual fəlsəfəsi və müasir kontekst” mövzusunda beynəlxalq konfrans təşkil olunub20.11.2025 - 16:45
ADU nümayəndə heyəti Ümumdünya Çin Dili Konfransında iştirak edib20.11.2025 - 16:36
Azıx və Tağlar abidələrində bir neçə ölkədən olan ekspedisiyalar fəaliyyət göstərirlər20.11.2025 - 16:30
Rəşid Ağamalıyev: "Bu festival Gürcüstan ilə Azərbaycan arasında mədəni əlaqələrin qurulmasında mühüm rol oynayıb"20.11.2025 - 16:30
“Keyfiyyətin idarəedilməsi” mövzusunda təlim təşkil olunub20.11.2025 - 16:25
Caz və vokal ifaçısından qalmaqallı iddia - "Bəs mən niyə göndərilmirəm?"20.11.2025 - 16:22
Anar Əliyev: Peşə hazırlığı və əlavə təhsilin təşkilinə 26 milyon manat ayrılacaq20.11.2025 - 16:19
ADU-da “SÜNİ İNTELLEKT VƏ HUMANİTAR ELMLƏR: MÜASİR VƏZİYYƏT VƏ PERSPEKTİVLƏR” adlı beynəlxalq elmi konfrans keçiriləcək20.11.2025 - 16:15
Şəki-Zaqatala bölgəsinin məktəbliləri SAF-2025-də 32 medal qazanıblar20.11.2025 - 16:14
Türkiyədə tələbələr universiteti 3 ilə bitirə biləcəklər - Erol Özvar20.11.2025 - 16:11
“Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda təlim keçirilib20.11.2025 - 16:03
MDU-da Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş Voleybol çempionatının qalibi bəlli olub20.11.2025 - 16:03
“Google” “Gemini 3”ü təqdim etdi20.11.2025 - 16:00
ADU-nun müəllimi beynəlxalq sertifikatlar qazanıb20.11.2025 - 16:00
Birinci Türkoloji Qurultayın 100 illiyi: dil məsələləri - simpozium20.11.2025 - 15:59
“Parla” təqaüd proqramının müsahibə mərhələsi başlayıb20.11.2025 - 15:57
MDU-nun şəhid məzununun bayrağı Türkiyədə Bayraq muzeyinə verilib20.11.2025 - 15:53
“Youtube”a giriş bərpa olundu - Yenilənib20.11.2025 - 15:45
Peşə təhsili müəssisələrində inklüzivliyin artırılması məqsədilə təlim keçirilib20.11.2025 - 15:43
YAP – Ucalığa aparan yolun 33 ili20.11.2025 - 15:43
BDU-nun Elmi Kitabxanası iki beynəlxalq elmi bazadan ödənişsiz istifadə imkanı əldə edib20.11.2025 - 15:32
NASA: "3I/ATLAS" kometası Yer üçün heç bir təhlükə yaratmır20.11.2025 - 15:32
Həm çiçəkdir, həm dərman20.11.2025 - 15:30
"QS Dayanıqlılıq 2026" reytinqində Cənubi Qafqazdan yalnız Azərbaycan təmsil olunur20.11.2025 - 15:21
Elm və təhsil naziri Sudan Respublikasının səfiri ilə görüşüb20.11.2025 - 15:21
ADU-da tədqiqatçılara elmi fəaliyyət tələbləri ilə bağlı seminar keçirilib20.11.2025 - 15:17
C vitamininin ən çox hansı qidalardan qəbul edildiyi açıqlandı20.11.2025 - 15:15
Gələn il fəsillərin Azərbaycana daxilolma vaxtları açıqlanıb20.11.2025 - 15:13
SAF 2025-in qalibləri mükafatlandırılıblar20.11.2025 - 15:05