Sizcə, yüksək nəticə əldə etməyin sirri nədədir — istedadda, zəhmətdə, yoxsa düzgün planlamada? Bu sualın ən yaxşı cavabını elə ən yaxşı nəticəni göstərən verə bilərdi.
2024 ilinin buraxılış imtahanında maksimum nəticə göstərən abutiryenti Fidan Rüstəmli ‘‘Tehsil365’’ə bu mövzu ilə bağlı açıqlama verib.
‘‘Yüksək nəticə toplamağın sirri istəməkdir. İnsan istəsə hər şeyi edə bilər. İstəyəndən sonra çox çalışmaq da olur, plan qurmaq da, yüksək nəticə əldə etmək də. Amma əsas amillərdən biri də özünə inanmaqdır. Qıraqdakılar inanmasa da sən özünə inanmalısan ki, özünə hədəf qoyasan. Mən heç kimə filan şeyi edin, filan şeyi etməyin demirəm. Çünki hərənin fərqli dərs oxuma metodu var. Sadəcə hamıda əsas olan şey istəmək və özünə inanmaqdır. Bunlar olsa inanıram ki hamı istədiyi nəticəni əldə edər. Bəzi istisnalar da ola bilər təbikidə amma bu qaydanı pozmaz. Abituriyentlər isə mənə çox vaxt ailə basqısı haqqında yazır. Demək istəyərdim ki heç kimə qulaq asmasınlar.
Ən əsası isə müəllim seçimidir. Müəlliminizi sevirsinizsə dərsi də oxuyacaqsınız bu belədir. Mən buna görə çox müəllim dəyişmişəm və müəllimlərimi dəhşət çox istəyirəm. Həmin dərsi oxumamaq artıq müəllimlə əlaqəmə zərər verəcəkdi deyə məcbur yox sevərək oxuyurdum’’.

