Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi “Peşə öyrən, gələcəyini qur!” devizi altında keçirilən PeşəFest karyera festivalında təmsil olunub.
“Tehsil365” xəbər verir ki, bu haqda Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi fb səhifəsində bildirib.
Tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyi tərəfindən Qəbələ rayonunda təşkil edilib.
Festival çərçivəsində Mərkəzin turizm, ictimai iaşə və digər ixtisaslar üzrə tələbələrinin əl işlərindən ibarət sərgilər, ustad dərsləri və interaktiv fəaliyyətlər ziyarətçilərə təqdim olunub.
Qonaqlar təqdim olunan peşələrlə tanış olub, tələbələrin praktiki fəaliyyətini izləyib və müxtəlif interaktiv zonalarda iştirak ediblər.
PeşəFest-in əsas məqsədi gənclərə müxtəlif peşələri tanıtmaq, peşə seçiminə dəstək olmaq və əmək bazarının tələbləri barədə məlumatlandırmaqdır.

