Təhsil 365 - Logo Mobile

“Məni candan usandırdı” qəzəli - Məhəmməd Füzuli

18613.10.2025 - 06:08
“Məni candan usandırdı” qəzəli - Məhəmməd Füzuli

Azərbaycan ədəbiyyatının dahi nümayəndəsi Məhəmməd Füzulinin “Məni candan usandırdı” qəzəli əsrlərdir ki, oxucuların qəlbində yaşayır. Şair bu əsərində eşqin ağrısını, sədaqətin gücünü və qarşılıqsız məhəbbətin yaratdığı yanğıyı bənzərsiz poetik dillə ifadə edir.

Tehsil365” xəbər verir ki, Füzuli burada yalnız bir aşiqin deyil, bütün bəşərin qəlb səsini dilə gətirir. O, sevgidən usanmayan, cəfasını çəkdiyi yarın bir baxışına həsrət qalan bir könlün hekayəsini danışır. “Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?” misrası isə ilahi bir fəryad kimi səslənir - sevgilinin laqeydliyi qarşısında ümidsizliyin və ümidin eyni anda yaşandığı bir halı təsvir edir.

Qəzəldə həm də sual dolu bir fəlsəfə gizlənib: “Sevgi insanı yüksəldirmi, yoxsa məhv edirmi?” Füzuli bu sualı cavabsız qoyaraq, eşqi bir həyat sınağı, bir mənəvi yanma kimi təqdim edir.

Ədəbiyyatşünasların fikrincə, bu qəzəl Füzulinin “mənəvi eşq” fəlsəfəsinin ən parlaq nümunələrindən biridir. O, insani sevgidən başlayıb, ilahi məhəbbətə doğru ucalan bir yolun rəmzidir.

“Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır…” - şairin bu etirafı onun eşq yolunda hər şeyi, hətta dünyəvi hörməti belə fəda etməyə hazır olduğunu göstərir.

“Məni candan usandırdı, cəfadən yar usanmazmı?

Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?

Qamu bimarinə canan dəvayi-dərd edər ehsan,

Neçün qılmaz mənə dərman, məni bimar sanmazmı?

Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən,

Desəm, ol bivəfa bilmən, inanarmı, inanmazmı?

Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım,

Oyadar xəlqi əfqanım, qara bəxtim oyanmazmı?

Güli-rüxsarinə qarşu gözümdən qanlı axar su,

Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı?

Degildim mən sənə mail, sən etdin əqlimi zail,

Mənə tən eyləyən qafil səni görcək utanmazmı?

Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır,

Sorun kim, bu nə sevdadır, bu sevdadən usanmazmı?”

Fatimə Quliyeva

Xəbər Lenti

“Gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi”nin qalibləri ilə görüş keçirilib12.09.2026 - 07:23
UNEC ilə Liv Bona Dea Hospital arasında əməkdaşlıq memorandumu imzalanıb11.09.2026 - 11:55
Xarici diplomatlar Qarabağ Universitetinin fəaliyyəti ilə tanış olublar11.09.2026 - 11:50
Deputat: “Ali təhsil haqqında qanuna yenidən baxılmalıdır“11.09.2026 - 11:45
Günəşdə şiddətli partlayış ehtimalı var11.09.2026 - 11:40
Deputat: “ İşləyən valideynlərin övladlarına sosial təhsil krediti verilsin”11.09.2026 - 11:35
Sədr: “Regionlararası fərqin azaldılması əsas prioritetlərdəndir”11.09.2026 - 11:30
“PISA bizim üçün güzgüdür” - Nazir11.09.2026 - 11:25
Nazir: “600 bal toplayan uşaqlara yox, dəstəyə ehtiyacı olanlara fokuslanmalıyıq”11.09.2026 - 11:20
“Ən zəif şagirdlərə fokuslanmaq sistemi daha tez irəli aparır” - Nazir11.09.2026 - 11:15
Nazir: “Məktəblərin göstəriciləri vahid meyarlarla ölçüləcək“11.09.2026 - 11:10
"Direktorun işi protokol yazmaq deyil, mövcud qaydanı məktəbdə tətbiq etməkdir" - Nazir11.09.2026 - 11:05
Nazir: "Yaxşı təhsil sistemində bir məktəb digərindən çox fərqlənməməlidir"11.09.2026 - 11:00
"Təhsildə hər il yanaşmanı dəyişmək olmaz" - Elm və Təhsil Naziri11.09.2026 - 10:55
Nazir: “Yaxşı təhsil öz-özünə yaranmır”11.09.2026 - 10:50
“5 əsas işi ardıcıl və düzgün görmək daha vacibdir” - Emin Əmrullayev11.09.2026 - 10:45
"Təlim nəticələri varsa, təhsil yaxşıdır" - Emin Əmrullayev11.09.2026 - 10:40
Təhsillə bağlı parlamentdə ictimai dinləmələr keçiriləcək11.09.2026 - 10:35
Cənubi Koreya Azərbaycan vətəndaşları üçün təqaüd proqramına qəbul elan edib11.09.2026 - 10:30
SDU-da Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi yaradılıb11.09.2026 - 10:25
Tələbə qəbulunun III mərhələsi start götürüb11.09.2026 - 10:20
“Böyük Qayıdış” çərçivəsində fəaliyyət göstərən məktəblərin sayı 52-yə çatacaq11.09.2026 - 10:15
Müəllimlərin 34 faizi müsabiqə nəticəsində işə qəbul olunub11.09.2026 - 10:10
MİQ-də 6 minə yaxın namizəd müəllim adını qazandı11.09.2026 - 10:05
Müəllimlərin maaşı artırılacaq11.09.2026 - 10:00
“Rəqəmsal məktəb” platforması sürətlə genişlənir11.09.2026 - 09:55
Təhsil layihələrinin əhatəsi genişləndirilir11.09.2026 - 09:50
"Məktəblərdə akademik nəticələr yaxşılaşır" - Eşqi Bağırov11.09.2026 - 09:45
MÜTDA-dan örnək addım11.09.2026 - 09:40
Eşqi Bağırov: Məktəblərdə şagird nailiyyətləri artırılmalıdır11.09.2026 - 09:35
Özəl bağçalarla bağlı yenilik11.09.2026 - 09:30
Məktəbəhazırlıq qruplarında qəbul yerləri 104 minə çatıb11.09.2026 - 09:25
“48 məktəbdə hibrid təhsil modeli tətbiq olunacaq“ - Eşqi Bağırov11.09.2026 - 09:20
Məleykə Abbaszadə: “Zəif nəticələrin kökünə ibtidai sinifdən getməliyik“11.09.2026 - 09:15
“Hər bir müəllimin öz AI assistenti ola bilər” - DİM sədri11.09.2026 - 09:10
Məleykə Abbaszadə: “Bunu dəfələrlə nəvələrimdə də görmüşəm"11.09.2026 - 09:05
"Zəif nəticə göstərən şagirdi tanımaq lazımdır" - Məleykə Abbaszadə11.09.2026 - 09:00
DİM sədri: "Biz yalnız rəqəmləri görürük, o uşaqları tanımırıq"11.09.2026 - 08:55
Sabaha olan hava proqnozu11.09.2026 - 08:50
50 məktəbdə təkrar monitorinq11.09.2026 - 08:45
Rus bölməsini seçənlərdə göstəricilər aşağıdır11.09.2026 - 08:40
Kənd və şəhər məktəblilərinin bilik fərqi11.09.2026 - 08:35
Təhsil İnstitutu: “Qızların oxu nəticələri oğlanlardan 24 bal yüksəkdir”11.09.2026 - 08:30
İki ildə şagirdlərin 16,5 faizi daha yüksək səviyyəyə keçib11.09.2026 - 08:25
2545 şagird risk qrupuna daxil edilib11.09.2026 - 08:20
Nazir müşaviri: “Təbiət fənnini tədris edən müəllimlər səylərini artırmalıdırlar“11.09.2026 - 08:15
Şagirdlərin çətinlik çəkdiyi mövzular11.09.2026 - 08:10
Elnur Əliyev: “6-cı siniflərdə zəif nəticə göstərənlərin sayı azalıb”11.09.2026 - 08:05