Təhsil 365 - Logo Mobile

Alim ömrünün işığı

11913.10.2025 - 18:06
Alim ömrünün işığı

Çox sevdiyim zəhmətsevərliyinə elmə olan tükənməz eşqinə məftun olduğum əziz babam!

Artıq bir ildir ki, haqq dünyasındasan.Yolunda ömrünü şam kimi əritdiyin elmin sənsizdir. Bu bir il çox çətin oldu bizlərə. Hər zaman məsləhət alırdım, artıq məsləhətim yoxdur. Əziz babam, özün aramızda olmasan da, həmişə yanımızda olduğunu hiss elədik. Çünki özündən sonra böyük bir məktəb qoyub getdin.Çoxları həmin məktəbdən bəhrələndi, faydalandı, elə mən də. Elmin keçilməz yollarında bizə dəstək oldun, bilmədiyimizi başa saldın, aydınlaşdırdın. Sənə ithaf etdiyim,yazdığım elmi kitabım da yaxın zamanlarda işıq üzü görəcək.

Sənin layiqli davamçın, sevimli qızın Gülnarə müəllimə sənin kəlmələrini hər dəfə öz dərslərində yaşadır. O şagirdlər də müxtəlif ali məktəblərdə və hətta xarici ölkələrdə kimyaçılar, həkimlər və mühəndislər olaraq yetişirlər. Beləliklə, Sənin yaratdığın məktəb Hər yerə parlaq şüalarını yayır, hər yerə işıq saçır.El dilində belə bir deyim var: “Tanrı dağına baxıb qarını verir”. Bu ata sözü tam mənası ilə babama – fəlsəfə doktoru, uzun illər Azərbaycan Dövlət Aqrar Universitetində müəllim işləmiş, bir sıra orden və medallarla təltif olunmuş, onlarla oçerk və hekayələrin, “Məktəbdə yaşanan ömürlər” kitabının, müəllimlər üçün 3 metodik, şagirdlər üçün isə 12 adda dərs vəsaitinin, 3 cildlik “Tale qisməti” romanının, kimyanın tədrisində “Proqram-sxem” üsulunun tətbiqinin müəllifinə aiddir. Ona verilmiş ömür payını yorulmadan, təmənnasız olaraq insanlara,həmvətənlərinə sərf eləyən, özünü xalq yolunda fəda edən Fətiağa müəllim əsl vətəndaş, əsl ziyalı olmağı bacardı. Sənin kimi hər kəsin inandığı, güvəndiyi bir İNSAN olmağı Tanrı hər adama qismət eləmir.Sən hər zaman çiynini cəmiyyətimiz üçün mənəvi sütuna çevirdin.

Sən hər zaman çiynini cəmiyyətimiz üçün mənəvi sütuna çevirdin. Sağlam cəmiyyət, sağlam düşüncə formalaşdırmaq naminə əlindən gələni etdin. Maraqlı söhbətlərin-həyat, insan, insanın cəmiyyətdə yeri, vəzifələri barədə düşüncələrin nə qədər dərin idi! Həqiqətən də, böyük Nizaminin təbirincə desək, “UCALAR fikirdə ucalanlardır”.

Mən şəhərdə doğulmuşam, təbiəti sevməyi, hər ağacın, hər gülün nazı ilə oynamağı isə Sən mənə öyrətmisən. “Ağaclar da insanlar kimidir, ürəklərini sındırmaq olmaz. Diqqətlə baxsan, onların da sevindiyini, kədərləndiyini görərsən”, -deyirdin. Təbiətin bu ecazkar varlıqlarına da sənin gözünlə baxmağı öyrətdin mənə.

Gəncədə öz əlinlə saldığın bağ-bağçanın, qulluğunda durduğun ağacların, güllərin də tənhalığını hiss elədim bu yay. Özü ən ləyaqətli örnək olmaqla övladlarının yolunu işıqlandıran, mənəvi dünyasını inşa edən, əziz babam! Sən kimyaçı idin. Elmi sevməyim, ona bağlanmağım da Sənin sayəndə oldu. Ölkəmizin neft sənayesinin 150 illik tarixindən bəhs edən, yuxusuz gecələrimin, gərgin yaradıcılıq axtarışlarımın bəhrəsi olan ilk elmi-publisistik üslubda yazdığım kitabımı - da Sənə ithaf edirəm.

Əziz babam, böyük insan Fətiağa müəllimin əziz ruhuna dərin hörmət və ehtiramla, xaricdə doktorant, fəlsəfə doktoru üzrə namizəd Malik Qasımzadə

Leyla Ağakişiyeva

Xəbər Lenti

BMU-da anım tədbiri - FOTOLAR19.01.2026 - 15:20
Zakir Həsənov Şəhidlər xiyabanında - FOTOLAR19.01.2026 - 15:10
DİN-in şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət etdi - FOTO+VİDEO19.01.2026 - 14:59
Bəstəkarlar İttifaqında 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb - FOTO19.01.2026 - 14:47
Gənclər Kitabxanasında “Azadlıq yolunda şəfəq oldunuz” adlı tədbir təşkil edilib - FOTO19.01.2026 - 14:32
Milli Kitabxanada 20 Yanvar hadisəsinin 36-cı ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO19.01.2026 - 14:20
Prezident Kitabxanasında 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO19.01.2026 - 14:10
Pedaqoji Universitetdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb - FOTO19.01.2026 - 13:57
TAU-da müasir laboratoriya infrastrukturu və milli elmi-sənaye platformaları formalaşdırılır19.01.2026 - 13:45
MEK-də 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş sərgi təşkil edilib19.01.2026 - 13:32
“Zal qızı Zalxa” komediyasının premyerası keçiriləcək19.01.2026 - 13:21
Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti keçiriləcək19.01.2026 - 13:11
Sumqayıt Teatrında “Aldanmış ər” tamaşasının premyerası olacaq - FOTO19.01.2026 - 12:59
Kinematoqrafiya sahəsində hüquqi tənzimləmə təkmilləşdirilir - FOTO19.01.2026 - 12:48
Mədəniyyət Nazirliyinin kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib - FOTO19.01.2026 - 12:36
20 Yanvar faciəsi xalqımızın istiqlal savaşının, milli iradə və azadlığının təntənəsidir - FOTO19.01.2026 - 12:22
20 Yanvar: milli qürur tariximiz – dəyirmi masa19.01.2026 - 12:10
BilBacar müsabiqəsinin II yarış mərhələsinə start verilib19.01.2026 - 11:55
DİM Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanına qeydiyyat elan edib19.01.2026 - 11:43
20 Yanvar – Azərbaycan xalqının mübarizlik salnaməsi - FOTO19.01.2026 - 11:31
İraqın “Bağdadiyun” qəzetində azərbaycanlı alimin kitabı haqqında məqalə dərc olunub19.01.2026 - 11:20
Dövlət İdarəçilik Akademiyasında 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb19.01.2026 - 11:09
20 Yanvar milli oyanışın və müstəqillik ideyasının daha da güclənməsinə səbəb oldu19.01.2026 - 10:58
BDU-da 20 Yanvar faciəsinə həsr olunmuş sərgi açılıb - FOTO19.01.2026 - 10:46
Elmi tədqiqatla məşğul olan mütəxəssislərin sayı açıqlanıb19.01.2026 - 10:35
DİM-də TOEFL iBT imtahanı keçiriləcək19.01.2026 - 10:23
Azərbaycan əhalisinin SAYI AÇIQLANDI19.01.2026 - 10:10
Paytaxt məktəblərində 20 Yanvar tədbiri keçirilib19.01.2026 - 09:51
LDU-da elmi seminar keçirilib - FOTO19.01.2026 - 09:38
DİM bu şəxslərə müraciət edib19.01.2026 - 09:26
Azərbaycanın turizm imkanları Avstriyada təbliğ olunub - FOTO19.01.2026 - 09:19
Buraxılış və qəbul imtahanlarının tarixi nə vaxt açıqlanacaq?19.01.2026 - 09:08
Sabah metro gücləndirilmiş rejimdə çalışacaq19.01.2026 - 08:52
Akademik məktəblilərlə görüşəcək19.01.2026 - 08:49
Sabah geomaqnit qasırğası olacaq19.01.2026 - 08:41
Gənclər Kitabxanasında Xalq artisti, kinorejissor Eldar Quliyevin xatirəsi anılıb19.01.2026 - 08:34
“Ayı” adlı tamaşanın məşqlərinə başlanılıb - FOTO19.01.2026 - 08:21
BDU-da “Azərbaycan dili - açıq dərslər” layihəsinə başlanılır19.01.2026 - 08:10
“İlin Alimi-2025” mükafat müsabiqəsinin nəticələri açıqlanıb19.01.2026 - 08:01
ADPU tələbələrinin tədbiri: 20 Yanvar – gənclərin gözü ilə19.01.2026 - 07:49
20 Yanvar – Milli İradənin və Birlik Ruhunun Təntənəsi19.01.2026 - 07:37
“Şöhrət” ordenli alim vəfat etdi - FOTO19.01.2026 - 07:25
Leyla Əliyeva Efiopiya Elm Muzeyini ziyarət edib19.01.2026 - 07:19
Bu gün hava necə olacaq? 19.01.2026 - 07:11
“Retro Baku” verilişi şair Nüsrət Kəsəmənliyə həsr olunub19.01.2026 - 07:03
Mərkəzi Asiyada ilk süni intellekt qanunu Qazaxıstanda qüvvəyə mindi19.01.2026 - 06:49
Dağlar gözəli Şuşa yenidən ağ örpəyə bürünüb19.01.2026 - 06:31
Respublika fənn olimpiadalarının rayon mərhələsində 715 xaçmazlı şagird biliyini sınayıb19.01.2026 - 06:19