Riyaziyyat fənninə xüsusi marağı ilə seçilən 8-9-cu sinif şagirdləri arasında cari tədris ilində olimpiadalara hazırlıq üzrə aşağı yaş qrupu komandasının formalaşdırılması məqsədilə seçmə imtahanı keçirilib.
‘‘Tehsil365’’ bildirirki, Təhsil İnstitutundan bildirilib ki, imtahan Fizika, riyaziyyat və informatika təmayüllü liseydə baş tutub. Seçmə imtahanına əvvəlki tədris ilində riyaziyyat fənnindən Məktəblilərarası fənn müsabiqələrində qalib olan 7-ci sinif şagirdləri və 5 oktyabrda təşkil olunan birinci mərhələdə 80 faiz və daha yuxarı nəticə göstərən iştirakçılar dəvət olunub.