Dövlət İmtahan Mərkəzi tərəfindən 2025-ci il oktyabrın 16-da dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid BB vəzifə qrupu üzrə qəbul imtahanı keçiriləcək.
“Tehsil365” DİM-in məlumatına əsasən xəbər verir ki, imtahanda iştirak etmək üçün 550 namizəd qeydiyyatdan keçib.
Namizədlər https://exidmet.dim.gov.az/elimt/ImtBuraxilish/Login daxil olub “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Namizədlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər.
İmtahan saat 11:00-da başlanır Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar.
İmtahanların keçirilməsi üçün 7 imtahan rəhbəri, 34 nəzarətçi və 6 buraxılış rejimi əməkdaşı ayrılıb.