Təhsil 365 - Logo Mobile

Varşava Universitetində “Azərbaycan multikulturalizmi”nin tədrisinə başlanılıb

9414.10.2025 - 12:15
Varşava Universitetində “Azərbaycan multikulturalizmi”nin tədrisinə başlanılıb

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Azərbaycan multikulturalizmi” fənninin xarici ölkə universitetlərində tədrisi layihəsi uğurla davam edir. Layihə çərçivəsində Yaponiyanın Hokkaydo, Türkiyənin Erciyes, Bolqarıstanın Kliment Oxridski adına Sofiya və Rumıniyanın Aleksandr İoan Kuza universitetlərində 2025-2026-cı tədris ili üzrə dərslərə yenidən başlanılıb.

Tehsil365” “islam.az”a istinadən xəbər verir ki, beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən bildirilib ki, fənnin tədrisi Türkiyədə professor Qafar Mehdiyev, Rumıniyada Yassı Universitetindəki Azərbaycan Multikulturalizm Mərkəzinin direktoru professor Lüdmila Bejenaru, Yaponiyada Hokkaydo Universitetində konfliktologiya üzrə fəlsəfə doktoru (PhD), yaponşünas alim və Yaponiya hökumətinin təqaüdçüsü Əlibəy Məmmədov, Bolqarıstanda isə Kliment Oxridski Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şiqayeva tərəfindən aparılır.

Bu tədris ilində layihənin əhatə dairəsi daha da genişlənib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə Polşada “Azərbaycan multikulturalizmi” fənninin tədrisinə başlanılıb. Oktyabrın 3-də Varşava Universitetinin Şərqşünaslıq fakültəsində ilk dəfə olaraq bu fənnin mühazirələri təqdim edilib. Fənni Polşada yaşayan və fəaliyyət göstərən həmyerlimiz, filologiya üzrə fəlsəfə doktoru Şəhla Kazımova tədris edir. İlk dərsdə fakültənin iki professoru və 20 tələbə iştirak edib.

Ş.Kazımova dərs zamanı tələbələrə Azərbaycanın multikulturalizm dəyərləri, ölkəmizdə formalaşmış tolerant mühit və dövlətin bu istiqamətdə həyata keçirdiyi siyasət barədə ətraflı məlumat verib. O, həmçinin Azərbaycandakı etnik və dini müxtəliflik, müxtəlif xalqların və konfessiya nümayəndələrinin ölkəmizdə dinc yanaşı yaşaması nümunələrindən danışıb.

Qeyd edək ki, Varşava Universiteti “Azərbaycan multikulturalizmi” fənninin tədris olunduğu sayca 27-ci xarici ölkə universitetidir. Tədris prosesi 2025-ci il dekabr ayının sonunadək davam edəcək.

Elnarə İslamova

Xəbər Lenti

Mədəni qastrol proqramının növbəti ünvanı Mingəçevir şəhəri olub02.04.2026 - 19:57
Şəkidə Aprel döyüşləri şəhidi Elnur İsgəndərovun xatirəsi anılıb02.04.2026 - 19:54
Paytaxtın bir sıra obyektləri və memarlıq abidələri mavi rəngə bürünüb02.04.2026 - 19:46
Mingəçevir Dövlət Dram Teatrına quruluşçu rejissor təyinatı olub02.04.2026 - 19:40
Gənclərin siyasi proseslərdə aktiv iştirakı nə qədər vacibdir? – Politoloqdan açıqlama02.04.2026 - 19:34
Uşaqlarda yaradıcılıq qabiliyyətinin inkişafı üçün rəsm nə qədər vacibdir? – Tanınmış rəssamdan açıqlama02.04.2026 - 19:28
Təhsildə ən böyük problem nədir: proqram, müəllim, yoxsa yanaşma? – Ekspert açıqladı02.04.2026 - 19:26
Yazıçılıq öyrənilə bilən bacarıqdır, yoxsa istedad? – Yazar açıqladı02.04.2026 - 19:24
AzMİU əməkdaşları Ankara Universitetində olublar02.04.2026 - 19:18
DSX Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçiriləcək02.04.2026 - 19:12
Qəbulun II mərhələsi üzrə sınaq imtahana qeydiyyat elan edilib02.04.2026 - 19:08
Universitetin maliyyə səhvlərinə görə tələbələr cavabdeh deyil - RƏSMİ02.04.2026 - 19:02
17 mindən çox əsərin müəllif hüququ tanınıb02.04.2026 - 18:56
“Tarix unudulsa, faciələr təkrarlanır” – professor Qərənfil Dünyaminqızından çağırış02.04.2026 - 18:55
Sabah bağça müəllimlərinin yerdəyişməsi BAŞLAYIR02.04.2026 - 18:54
9-cuların buraxılış imtahanı: zəif nəticə göstərənlər sinifdə QALSIN02.04.2026 - 18:48
Hərbi ekspert Şair Ramaldanov: Müasir müharibələr texnologiya üzərində qurulub02.04.2026 - 18:45
17 yaşlı tələbə Harvarda qəbul oldu02.04.2026 - 18:42
Elmi-tədqiqatlar bal sistemiylə qiymətləndiriləcək02.04.2026 - 18:38
MDU-da “Tədqiqat Mövzu Hovuzu Platforması” təqdim olunub02.04.2026 - 18:35
Nazir müavini Kənan Kərimzadə Lənkəranda olub02.04.2026 - 18:32
ADNSU-dan əsasız iddialara CAVAB02.04.2026 - 18:28
İstanbulda Eldar Mansurovun yaradıcılığına həsr olunmuş konsert keçirilib02.04.2026 - 18:25
NDU-nun Tibb fakültəsinin laboratoriyaları üçün yeni avadanlıqlar və dərsliklər alınıb02.04.2026 - 18:24
Özəl klinikalarda ciddi yoxlamalar: nöqsanlar aşkarlandı02.04.2026 - 18:20
ADAU-da Virtual Reallıq otağı istifadəyə verilib02.04.2026 - 18:18
Elməddin Behbud: İkinci Ümumdünya Gənclər Festivalında Azərbaycanın təcrübəsi maraqla qarşılanıb02.04.2026 - 18:12
Maarifçi realist ədəbiyyatın görkəmli nümayəndəsi - Nəcəf bəy Vəzirov02.04.2026 - 18:08
Praqada “Novruz və Pasxa kuklaların gözü ilə” sərgisi02.04.2026 - 18:02
Nanyang Texnoloji Universitetində Azərbaycan mədəniyyəti təqdim olunub02.04.2026 - 17:55
Elçinin pyesi əsasında hazırlanan tamaşa Cənubi Koreyada yenidən səhnəyə qoyulacaq02.04.2026 - 17:52
Özəl məktəblər üçün 7 lisenziya müraciəti olub02.04.2026 - 17:45
“Oxuyan Peterburq” layihəsində Azərbaycan ədəbiyyatı təbliğ edilib02.04.2026 - 17:44
“Məni dinləyin!” adlı monotamaşa nümayiş olunub02.04.2026 - 17:38
Bakı bağçalarındakı vakant yerlər açıqlandı – Siyahı02.04.2026 - 17:35
TDT-yə üzv dövlətlərin Bakı görüşünün iştirakçıları Milli Xalça Muzeyi ilə tanış olublar02.04.2026 - 17:34
Ramin Nurəliyev: “Süni intellekt dərsləri üçün kadr hazırlığı vacibdir”02.04.2026 - 17:33
Akademik İsmayıl Hacıyev: Azərbaycanda elmin inkişafı dövlət siyasətinin prioritetidir02.04.2026 - 17:26
Tərbiyəçi-müəllimlərin yerdəyişməsi müsabiqəsi başlayır02.04.2026 - 17:25
Yazıçı Zahid Xəlil: “Mövzularımı seçmirəm, onlar məni seçir”02.04.2026 - 17:22
Anadilli əlyazma abidələri dilimizin tarixi inkişafını əks etdirən əsas mənbələr kimi02.04.2026 - 17:18
ADNSU tələbələrinin nəzərinə: Hakatona qeydiyyat başladı02.04.2026 - 17:15
Gənc tədqiqatçıların təşviqi və elmi kadr hazırlığı prioritet istiqamətlərdir02.04.2026 - 17:12
17 mindən çox əsərin müəllif hüququ tanınıb02.04.2026 - 17:05
Aprel döyüşlərində şəhid olan pilotların xatirəsi yad edilib02.04.2026 - 17:04
Bu günə qədər bağlanan təhsil krediti müqavilələrinin sayı nə qədərdir?02.04.2026 - 17:00
Qəbul imtahanları üzrə sınaq imtahanına qeydiyyat elan edilib02.04.2026 - 17:00
Azərbaycanlı doktorant BMT-nin Uşaq Hüquqları Komitəsinə namizəd göstərilib02.04.2026 - 16:55