Təhsil 365 - Logo Mobile

"Gənclərin dini və elmi dəyərlərlə harmonik inkişafı vacib sayılır" - Təhsil eksperti

8814.10.2025 - 13:35
"Gənclərin dini və elmi dəyərlərlə harmonik inkişafı vacib sayılır" - Təhsil eksperti

Gənclərin həm dini və milli-mənəvi dəyərlərlə, həm də elmi bilik və təhsillə balanslı şəkildə formalaşması bu günün əsas çağırışlarından biridir. Bu istiqamətdə atılacaq addımlar gələcək nəslin sağlam düşüncəli və vətənpərvər yetişməsinə xidmət edir.

Təhsil eksperti Rizvan Fikrətoğlu “Tehsil365”ə açıqlamasında bildirib ki, gənclərin düzgün formalaşması üçün kompleks və mərhələli yanaşma vacibdir. Onun sözlərinə görə, “təhsil sistemində dəyərlərlə elmin inteqrasiyası təmin olunmalı, dini və milli dəyərləri təbliğ edən fənlər – vətəndaşlıq, mənəviyyat, mədəniyyət tarixi, multikulturalizm – praktik və müzakirə yönümlü şəkildə tədris edilməlidir".

Ekspert vurğulayıb ki, elm və texnologiyanın insanlığa xidmət rolu gənclərə düzgün təqdim edilməlidir: “Gənclər dini dəyərləri elmi inkişafa zidd yox, tamamlayıcı kimi görməlidirlər. Məsələn, İbn Sina və Nəsrəddin Tusi kimi islam alimlərinin nümunəsi bu baxımdan çox dəyərlidir".

Rizvan Fikrətoğlunun fikrincə, dini biliklər radikal təsirlərdən uzaq şəkildə tədris olunmalı, gənclər üçün dini maarifləndirici klublar, seminarlar və tədbirlər təşkil edilməlidir.“Bu prosesə həm din xadimləri, həm də alimlər cəlb olunmalıdır. Dini mövzular müzakirə edilərkən elmi və açıq düşüncə tərzi aşılanmalıdır".

Ekspert əlavə edib ki, sosial media bu sahədə mühüm rol oynayır. Onun sözlərinə görə, “dini və milli dəyərlər gənclərə müasir formada — qısa videolar, podkastlar və sosial kampaniyalar vasitəsilə çatdırılmalıdır. Sosial şəbəkələrdə zərərli dini və antinəsilçi trendlərə qarşı maarifləndirici rəqəmsal layihələr həyata keçirilməlidir".

Rizvan Fikrətoğlu sonda qeyd edib ki, gənclər yalnız məlumatla deyil, düşüncə bacarığı ilə də silahlanmalıdırlar.“Tənqidi və analitik düşüncə dərsləri, məntiq və əxlaq fənləri vasitəsilə gənclərdə həm milli-mənəvi, həm də elmi baxış arasında körpü qurmaq mümkündür".

Ekspertin fikrincə, Türkiyə, Malayziya və Qazaxıstan kimi ölkələrin təcrübəsindən faydalanmaq olar, lakin “Azərbaycanın təhsil modeli öz tarixi və milli-mənəvi dəyərləri üzərində qurulmalıdır".

Elnarə İslamova

Xəbər Lenti

Mədəni qastrol proqramının növbəti ünvanı Mingəçevir şəhəri olub02.04.2026 - 19:57
Şəkidə Aprel döyüşləri şəhidi Elnur İsgəndərovun xatirəsi anılıb02.04.2026 - 19:54
Paytaxtın bir sıra obyektləri və memarlıq abidələri mavi rəngə bürünüb02.04.2026 - 19:46
Mingəçevir Dövlət Dram Teatrına quruluşçu rejissor təyinatı olub02.04.2026 - 19:40
Gənclərin siyasi proseslərdə aktiv iştirakı nə qədər vacibdir? – Politoloqdan açıqlama02.04.2026 - 19:34
Uşaqlarda yaradıcılıq qabiliyyətinin inkişafı üçün rəsm nə qədər vacibdir? – Tanınmış rəssamdan açıqlama02.04.2026 - 19:28
Təhsildə ən böyük problem nədir: proqram, müəllim, yoxsa yanaşma? – Ekspert açıqladı02.04.2026 - 19:26
Yazıçılıq öyrənilə bilən bacarıqdır, yoxsa istedad? – Yazar açıqladı02.04.2026 - 19:24
AzMİU əməkdaşları Ankara Universitetində olublar02.04.2026 - 19:18
DSX Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçiriləcək02.04.2026 - 19:12
Qəbulun II mərhələsi üzrə sınaq imtahana qeydiyyat elan edilib02.04.2026 - 19:08
Universitetin maliyyə səhvlərinə görə tələbələr cavabdeh deyil - RƏSMİ02.04.2026 - 19:02
17 mindən çox əsərin müəllif hüququ tanınıb02.04.2026 - 18:56
“Tarix unudulsa, faciələr təkrarlanır” – professor Qərənfil Dünyaminqızından çağırış02.04.2026 - 18:55
Sabah bağça müəllimlərinin yerdəyişməsi BAŞLAYIR02.04.2026 - 18:54
9-cuların buraxılış imtahanı: zəif nəticə göstərənlər sinifdə QALSIN02.04.2026 - 18:48
Hərbi ekspert Şair Ramaldanov: Müasir müharibələr texnologiya üzərində qurulub02.04.2026 - 18:45
17 yaşlı tələbə Harvarda qəbul oldu02.04.2026 - 18:42
Elmi-tədqiqatlar bal sistemiylə qiymətləndiriləcək02.04.2026 - 18:38
MDU-da “Tədqiqat Mövzu Hovuzu Platforması” təqdim olunub02.04.2026 - 18:35
Nazir müavini Kənan Kərimzadə Lənkəranda olub02.04.2026 - 18:32
ADNSU-dan əsasız iddialara CAVAB02.04.2026 - 18:28
İstanbulda Eldar Mansurovun yaradıcılığına həsr olunmuş konsert keçirilib02.04.2026 - 18:25
NDU-nun Tibb fakültəsinin laboratoriyaları üçün yeni avadanlıqlar və dərsliklər alınıb02.04.2026 - 18:24
Özəl klinikalarda ciddi yoxlamalar: nöqsanlar aşkarlandı02.04.2026 - 18:20
ADAU-da Virtual Reallıq otağı istifadəyə verilib02.04.2026 - 18:18
Elməddin Behbud: İkinci Ümumdünya Gənclər Festivalında Azərbaycanın təcrübəsi maraqla qarşılanıb02.04.2026 - 18:12
Maarifçi realist ədəbiyyatın görkəmli nümayəndəsi - Nəcəf bəy Vəzirov02.04.2026 - 18:08
Praqada “Novruz və Pasxa kuklaların gözü ilə” sərgisi02.04.2026 - 18:02
Nanyang Texnoloji Universitetində Azərbaycan mədəniyyəti təqdim olunub02.04.2026 - 17:55
Elçinin pyesi əsasında hazırlanan tamaşa Cənubi Koreyada yenidən səhnəyə qoyulacaq02.04.2026 - 17:52
Özəl məktəblər üçün 7 lisenziya müraciəti olub02.04.2026 - 17:45
“Oxuyan Peterburq” layihəsində Azərbaycan ədəbiyyatı təbliğ edilib02.04.2026 - 17:44
“Məni dinləyin!” adlı monotamaşa nümayiş olunub02.04.2026 - 17:38
Bakı bağçalarındakı vakant yerlər açıqlandı – Siyahı02.04.2026 - 17:35
TDT-yə üzv dövlətlərin Bakı görüşünün iştirakçıları Milli Xalça Muzeyi ilə tanış olublar02.04.2026 - 17:34
Ramin Nurəliyev: “Süni intellekt dərsləri üçün kadr hazırlığı vacibdir”02.04.2026 - 17:33
Akademik İsmayıl Hacıyev: Azərbaycanda elmin inkişafı dövlət siyasətinin prioritetidir02.04.2026 - 17:26
Tərbiyəçi-müəllimlərin yerdəyişməsi müsabiqəsi başlayır02.04.2026 - 17:25
Yazıçı Zahid Xəlil: “Mövzularımı seçmirəm, onlar məni seçir”02.04.2026 - 17:22
Anadilli əlyazma abidələri dilimizin tarixi inkişafını əks etdirən əsas mənbələr kimi02.04.2026 - 17:18
ADNSU tələbələrinin nəzərinə: Hakatona qeydiyyat başladı02.04.2026 - 17:15
Gənc tədqiqatçıların təşviqi və elmi kadr hazırlığı prioritet istiqamətlərdir02.04.2026 - 17:12
17 mindən çox əsərin müəllif hüququ tanınıb02.04.2026 - 17:05
Aprel döyüşlərində şəhid olan pilotların xatirəsi yad edilib02.04.2026 - 17:04
Qəbul imtahanları üzrə sınaq imtahanına qeydiyyat elan edilib02.04.2026 - 17:00
Bu günə qədər bağlanan təhsil krediti müqavilələrinin sayı nə qədərdir?02.04.2026 - 17:00
Azərbaycanlı doktorant BMT-nin Uşaq Hüquqları Komitəsinə namizəd göstərilib02.04.2026 - 16:55