Təhsil 365 - Logo Mobile

“Azərbaycan Mühəndislik Akademiyasının xəbərləri” jurnalının növbəti nömrəsi çapdan çıxıb

10515.10.2025 - 06:20
“Azərbaycan Mühəndislik Akademiyasının xəbərləri” jurnalının növbəti nömrəsi çapdan çıxıb

“Azərbaycan Mühəndislik Akademiyasının xəbərləri” beynəlxalq elmi-texniki jurnalın növbəti nömrəsi (Cild 17. № 3) çapdan çıxıb. Baş redaktoru akademik Arif Paşayev olan bu jurnal müxtəlif aktual problemləri qabartmaqla elmi mühəndis düşüncəsinin mənbəyini göstərir.

“Tehsil365”xəbər verir ki, Azərbaycan, ingilis və rus dillərində nəşr edilən jurnalın bu nömrəsində oxucular “Mexanika və maşınqayırma”, “Neft və qaz”, “Kimya və neft-kimya texnologiyası”, “İnformasiya texnologiyaları” rubrikalarında müvafiq sahələrin aktual problemlərinə həsr edilmiş tədqiqatlarla tanış ola bilərlər.

Jurnalda dərc edilmiş “Qazma bucurqadının bir diskli kündəli əyləcinin gərginlik-deformasiya vəziyyəti”, “Boru kəmərlərində və laylarda elastik-özlüplastik mayenin hərəkətinin xarakterik xüsusiyyətləri”, “Müvafiq təbii minerallar əsasında kompozitlər və onların möhkəmlik dərəcəsinin müqayisəli təhlili”, “Sənaye təhlükəsizliyi idarəetmə sistemində intellektual qərar qəbuletmə sisteminin müəyyən edilməsi probleminin həlli” və digər məqalələr aidiyyəti sahələrin mütəxəssisləri, eləcə də tədqiqatçıları üçün maraqlı olacaq.

Xatırladaq ki, 2009-cu ilin noyabr ayından nəşr edilən jurnalın dövriliyi ildə 4 nömrəni əhatə edir. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının reyestrinə namizədlik və doktorluq dissertasiyalarının nəticələrinin dərc olunması üçün daxil edilib.

Jurnal Rusiyanın Elmi Sitat İndeksləşməsi (RESİ) layihəsinə daxil edilib. Jurnalın tam mətn elektron versiyası “Rusiya Universal Elmi Elektron Kitabxanasının bazası”na (e-library) yerləşdirilib. Çap olunmuş bütün məqalələrə DOI (Digital Object Identifier - Obyektin Rəqəmsal İdentifiatoru) verilir.

Bundan əlavə, jurnala “Creative Commons Attribution – NonCommercial 4.0” beynəlxalq lisenziyası verilib.

Jurnal “Web of Science” beynəlxalq elmi sitatlama bazasında yerləşdirilməyə təqdim olunub.

“Azərbaycan Mühəndislik Akademiyasının xəbərləri” beynəlxalq elmi-texniki jurnalının nəşr olunmasında məqsəd oxucuya elmin, texnikanın və texnologiyanın vacib sahələri üzrə lazımi məlumatların verilməsilə yanaşı, eyni zamanda, Azərbaycan elm və texnikasının dünya elminə inteqrasiya etməsinə kömək göstərməkdən ibarətdir.

Jurnal qabaqcıl elm, texnika və texnologiyanın nəticələrini inkişaf etdirməyə və ondan istifadə olunmasına, işlərin keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsinə, təşəbbüskarlığın artırılmasına, qüvvələrin təmərküzləşməsinə kömək edir.

Nərmin Süleymanlı

Xəbər Lenti

“Dünya dəyişib, amma sözün dəyəri itməz”-Aydın Qədimoğlu16.10.2025 - 16:15
Türkiyəli məşhur aktyor Arif Erkin Güzelbeyoğlu vəfat etdi 16.10.2025 - 16:01
Professor C.Məmmədli: "Məktəbdə görüş məni uşaqlığıma qaytardı"16.10.2025 - 16:00
"'Media savadlılığı' fənni informasiya təhlükəsizliyinin əsas dayaqlarından biridir"- Ekspert16.10.2025 - 15:50
İlahə Ağammədzadə: "Sonsuz inam və səy birlikdə böyük uğurlar gətirə bilər"16.10.2025 - 15:45
Əziz Qədirli: "Zəhmətin səssiz, nəticən səsli olsun"16.10.2025 - 15:30
Mənsur şeirin ustadı: Gülhüseyn Hüseynoğlu16.10.2025 - 15:30
Brüsseldə Skandinaviya və Azərbaycan mədəniyyətlərinin əlaqələrinə həsr olunmuş “Odinin kodu” filmi nümayiş etdirilib16.10.2025 - 15:20
Qoz yaddaşa faydalıdır16.10.2025 - 15:17
"Şagirdlərin səsini eşitməsək, onları itirərik" - Məmməd Kərimli 16.10.2025 - 15:12
Georgi Şaroyev adına 35 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti uğuru16.10.2025 - 15:10
“Cadenza” orkestrinin növbəti konsert proqramı Xəyyam Mirzəzadənin 90 illiyinə həsr olunacaq16.10.2025 - 15:00
Naxçıvanda rəsm və əl işlərindən ibarət sərgi-satış yarmarkası keçirilir16.10.2025 - 15:00
Azərbaycan təmsilçisi Moskvada “Belaya trost” festivalının qala-konsertində çıxış edib16.10.2025 - 14:50
Azərbaycanlı müəlliflərin əsərləri beynəlxalq müsabiqədə qalib olub16.10.2025 - 14:40
Dövlət qulluğuna qəbul imtahanında 121 nəfər uğur qazanıb16.10.2025 - 14:33
“Xatirələr sahilində” sənədli filmi artıq yekunlaşmaq üzrədir16.10.2025 - 14:30
Praktiki bacarıqların artırılması üçün universitetlərdə hansı dəyişikliklər edilməlidir?16.10.2025 - 14:30
Yazıçı-dramaturq Əli Əmirlinin növbəti kitabı: “Cənnət qapıları”16.10.2025 - 14:20
Məktəbəqədər təhsil müəssisələrində diaqnostik qiymətləndirmə başlayır16.10.2025 - 14:15
Gənc Tamaşaçılar Teatrı Qubada çıxış edib16.10.2025 - 14:10
Bağça müdirlərinin diaqnostik qiymətləndirilməsinə start verilir16.10.2025 - 14:09
“Psixoloji sağlamlıq təhsildə uğurun ən əsas şərtlərindəndir"16.10.2025 - 14:00
Skandinaviya ölkələri ilə Azərbaycan arasındakı tarixi və mədəni əlaqələrdən bəhs edən film nümayiş olunub16.10.2025 - 14:00
Dağlıq Şirvan regional təhsil idarəsi vakant vəzifələr üçün müsabiqə elan edir16.10.2025 - 14:00
''Tibb təhsili həm çətin, həm də çox mənalı bir yoldur''- Camallı Tariyel16.10.2025 - 13:45
Elm və Təhsil Nazirliyində ali təhsil üzrə görüş keçirilib16.10.2025 - 13:45
Almaniyada təhsil nazirindən miqrant şagirdlərə kvota təklifi16.10.2025 - 13:40
Təhsildə yenilikçi yanaşmalar16.10.2025 - 13:30
Cahangir Məmmədli “Məktəbdə...” layihəsinin qonağı olub16.10.2025 - 13:27
AMEA-nın 80 illik yubileyi ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub16.10.2025 - 13:26
Akademik Urxan Ələkbərovun hazırladığı təlim videosu Türkiyədə yayımlanır16.10.2025 - 13:18
NDU-da beynəlxalq akkreditasiya məqsədilə onlayn seminarlar keçirilir16.10.2025 - 13:15
Almatıda inklüziv təhsil üzrə dəyirmi masa keçirilib16.10.2025 - 13:13
Oğuzda “Müstəqilliyimiz əbədidir” adlı dəyirmi masa keçirilib16.10.2025 - 13:07
LDU-da “Qarabağ zəfəri ilə güclənən Azərbaycan” adlı konfrans keçirilib16.10.2025 - 13:00
Cəlilabadda "Səhər idmanı" layihəsi çərçivəsində üzrə səhər məşqləri keçirilib16.10.2025 - 12:56
Şabranda Cüdo Təlim Mərkəzi fəaliyyətə başlayıb16.10.2025 - 12:45
BDU və Türkiyənin Akdeniz Universitetinin əməkdaşları arasında onlayn görüş olub - FOTO16.10.2025 - 12:38
TKT imtahanına qeydiyyat aparılır16.10.2025 - 12:26
Lənkəranda minifutbol üzrə rayon turniri keçirilib16.10.2025 - 12:18
Sabaha olan hava proqnozu açıqlanıb16.10.2025 - 12:10
Laçında “18 Oktyabr - Müstəqilliyin Bərpası Günü”nə həsr olunan tədbir təşkil olunub16.10.2025 - 11:57
Masallıda idmana cəlb olunması istiqamətində görüş keçirilib16.10.2025 - 11:45
“Valideyn-müəllim əməkdaşlığı uğurlu təhsilin əsas dayağıdır”-ekspert16.10.2025 - 11:30
“Region məktəblərində inklüziv təhsil imkanları genişlənir”-ekspert16.10.2025 - 11:20
“Universitetlərdə praktiki dərslərin artırılması tələbələrin gələcək karyerası üçün vacibdir”-ekspert16.10.2025 - 11:15
“Müasir təhsil texnologiyaları dərs prosesini daha maraqlı və səmərəli edir”- ekspert16.10.2025 - 11:10