Kürdəmir Peşə Liseyində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kürdəmir Rayon Komitəsi və Kürdəmir Peşə Liseyi Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə narkomaniyaya qarşı maarifləndirici tədbir keçirilib.
“Tehsil365” xəbər verir ki, tədbirdə çıxış edən Komitə sədri Samir Şükürov narkomaniyanın insan sağlamlığına, ailəyə və bütövlükdə cəmiyyətə vurduğu zərərlərdən danışıb. O, gəncləri zərərli vərdişlərdən uzaq durmağa, sağlam həyat tərzi seçməyə çağırıb.
Maarifləndirici tədbir iştirakçılar – xüsusilə də lisey tələbələri tərəfindən maraqla qarşılanıb. Görüşün əsas məqsədi gənclərin narkomaniyanın fəsadları barədə məlumatlandırılması və bu sahədə maarifləndirmə işinin gücləndirilməsi olub.

