Kürdəmir Peşə Liseyi Publik Hüquqi Şəxsi-də mühəndis-pedoqoji heyətin iştirakı ilə “Rüblük hesabatı” üzrə “Pedaqoji şura iclası” təşkil olunub.
“Tehsil365” xəbər verir ki, iclasda Liseyin direktoru ümumi aylıq hesabatı təqdim etmiş, qısamüddətli kurslar, davamiyyət və nizam-intizam qaydaları, Liseydən xaric olan tələbələr, müəssisənin iqtisadi inkişafı və kütləvi tədbirlərin təşkili, görülən işlər və qarşıda duran vacib məsələlər barədə mühəndis-pedoqoji heyətlə geniş müzakirələr aparmış, tövsiyyələr və tapşırıqlar vermişdir.
Direktor müavini tərəfindən isə tədris-planlaşdırıcı və uçot sənədlərinin, mərkəzin inventar və avadanlıqlarının qorunub saxlanması vəziyyəti, sinif rəhbərlərinin qruplarda apardığı tərbiyə işləri haqqında məlumatlar təqdim olunmuş, hesabatlar dinlənilmişdir.
İclas zamanı qarşıda duran vəzifələr müəyyənləşdirilmiş, peşə təhsili sahəsində keyfiyyətin artırılması və tələbələrin tədris prosesinə aktiv cəlb olunması ilə bağlı müvafiq tövsiyyələr verilib.

