Texniki və texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Nizami Rayon İcra Hakimiyyəti və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Nizami rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə “Sağlam gənclik – Sağlam gələcək” mövzusunda tələbələrlə görüş təşkil olunub.
“Tehsil365” xəbər verir ki, görüş zamanı gənclərin sağlam həyat tərzi, idmanın rolu və fiziki fəaliyyətin əhəmiyyəti haqqında geniş məlumat verilib, tələbələrə tövsiyyələr çatdırılıb və onların sualları cavablandırılıb.
Tədbir gənclərin sağlam həyat tərzinə marağının artırılması və gələcəkdə fiziki və psixoloji sağlamlıqlarının qorunması istiqamətində əhəmiyyətli bir addım kimi qiymətləndirilib.

