Sənaye və texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzi sosial media hesabında təlimlə bağlı paylaşım edib. Paylaşımda bildirilib ki, keçirilən təlimdə Mərkəzin “Avtomobillərin təmiri çilingəri” ixtisası üzrə İstehsalat təlim ustası Abdullayev Nail də iştirak edib.
“Tehsil365”xəbər verir ki, mərkəz tərəfindən qeyd olunub ki, bu cür təlimlər müəllim və ustaların peşəkar inkişafına, müasir texnoloji yeniliklərin istehsalat proseslərinə tətbiqinə və təlim keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

