Təhsil 365 - Logo Mobile

Hərbi qulluqçular əyani təhsil müddətində sərəncamda olacaqlar

9315.10.2025 - 12:15
Hərbi qulluqçular əyani təhsil müddətində sərəncamda olacaqlar

Hərbi qulluqçular əyani təhsil almaqla əlaqədar (vəzifədə saxlanılması mümkün olmadığı hallarda) təhsil müddətində sərəncamda olacaqlar.

Tehsil365”xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında müzakirəyə çıxarılan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarına təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsi ixtisaslaşmış hərbi qulluqçuların bilik və bacarıqlarından ölkəmizin müdafiəsində daha səmərəli və uzunmüddətli istifadəsinin təmin edilməsi məqsədilə hazırlanıb.

Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1074-VIQD nömrəli Qanunu ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq olaraq 156-cı və 41-ci maddələrinə “Qeyd” hissəsi əlavə edilmişdir. “Qeyd” hissəsinə əsasən, zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının və xarici ölkələrin ali təhsil müəssisələrində magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti bir ildən çox olduqda öz arzusu ilə ehtiyata buraxılma üçün nəzərdə tutulmuş 10 il müddətinə daxil edilmir.

Azərbaycan Respublikasının Silahlı Qüvvələri üçün təhsil müəssisələrində hazırlanmış zabitlərin əldə etdikləri peşəsi və bilikləri ilə Silahlı Qüvvələrə daha səmərəli töhfə verməsinin və təcrübələrinin gənc zabitlərlə bölüşməsinin təmin edilməsinə şərait yaratmaq, həmçinin ölkəmizin müdafiəsində zabitlərin uzunmüddətli xidmətini təmin etməklə peşəkar kadr potensialını möhkəmləndirmək məqsədilə zabitlərin həqiqi hərbi xidmət dövründə əyani bakalavriat (əsas (baza ali tibb) təhsili) təhsili müddətinin də öz arzusu ilə ehtiyata buraxılma üçün nəzərdə tutulmuş 10 il müddətinə daxil edilməməsi təklif edilir.

“Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin qüvvədə olan 150-ci maddəsinə əsasən, hərbi qulluqçular rəsmiləşdirilmiş icazə əsasında ali mülki və orta ixtisas təhsili müəssisələrində hərbi ixtisasına yaxın olan və ya icra etdiyi işin xarakterinə uyğun olan xüsusi biliklərin artırılmasına imkan verən ixtisaslar üzrə, habelə mülki ali təhsil müəssisələrinin, nazirlik və komitələrin nəzdindəki kurslarda (xüsusi fakültələrdə) oxuya bilərlər. Təcrübədə bəzi hallarda hərbi qulluqçuların ali mülki və orta ixtisas təhsil müəssisələrində təhsil alması ilə yanaşı eyni vaxtda öz hərbi xidmət vəzifələrini yerinə yetirməsi mümkünsüz olur. Qeyd olunan halın qarşısını almaq məqsədilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.2-ci maddəsində nəzərdə tutulan hərbi qulluqçularının sərəncamda olma müddətlərinə yeni müddətin –“Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 150-ci maddəsinə uyğun olaraq əyani təhsil almaqla əlaqədar (vəzifədə saxlanılması mümkün olmadığı hallarda) hərbi qulluqçunun təhsil müddətində sərəncamda olmasının əlavə edilməsi təklif edilir.

Könül Əsgərova

Xəbər Lenti

"OpenAI" "Sora" neyron şəbəkəsini bağlamaq qərarına gəlib25.03.2026 - 09:55
“Sosial şəbəkələr uşaqların dərsə diqqətini azaldır” - Aysel Məmmədova 25.03.2026 - 09:55
Çox təhlükəli virus: Yeni karantin qapıda!25.03.2026 - 09:35
Alimlər D vitamininin bədənə yeni təsirini kəşf etdi25.03.2026 - 09:27
Dünyada təhsil sisteminə görə ən yaxşı ölkələr25.03.2026 - 09:15
Bu qidalar yaddaşı gücləndirir25.03.2026 - 09:09
Yaxın illərdə Gürcüstanda dövlət universitetlərinə qəbul kvotaları ikiqat artırılacaq25.03.2026 - 09:00
Smartfonlarda istifadəni çətinləşdirən funksiyalar sadalandı25.03.2026 - 08:55
Bu vərdiş narahatlıq riskini artırır25.03.2026 - 08:45
İnsan ömrünü uzatmaq artıq fantaziya deyil25.03.2026 - 08:30
NASA Ayla bağlı planına dəyişiklik edib25.03.2026 - 08:21
“Yeni dərs metodları şagirdlərin öyrənməsini asanlaşdırır” - Pedaqoqdan AÇIQLAMA25.03.2026 - 08:13
Ramazandan sonra çox yemək infarkt riskini artırır25.03.2026 - 08:01
"Bu gün Azərbaycanın mühacir şairi Almas İldırımın doğum günüdür 25.03.2026 - 07:52
Süni intellekt sayəsində yüzdən çox ekzoplanet aşkar olunub25.03.2026 - 07:42
Müəllim və qızı zəhərlənərək dünyasını dəyişib25.03.2026 - 07:33
Ayda baza qurulacaq25.03.2026 - 07:22
Bu günün havası25.03.2026 - 07:11
HBCU-lar Qaradərili Tələbələrin Sağlamlığı Üçün Nümunəvi Mühit Təklif Edir25.03.2026 - 07:00
İngiltərə Şuraları 860 Milyon Funt Sterlinqlik Maliyyələşdirməyə Çıxış Üçün Planlarını Təyin Edir25.03.2026 - 06:36
Yeni Qanun Layihəsi Vətəndaşlıq Tədrisində Standartları Təyin Edir25.03.2026 - 06:18
Yeni Qanun Layihəsi Nümunəvi Vətəndaşlıq Tədrisini Təşviq Edir25.03.2026 - 06:00
Z Nəsli Müəllimləri: Texnologiya ilə Böyüyən Yeniyetmələrə Dəstək25.03.2026 - 05:42
Tofiq İsmayılov: Azərbaycan Kino və Ədəbiyyatının Görkəmli Şəxsiyyəti25.03.2026 - 05:18
Sergey Kramarenko: SSRİ Futbolunun Parlaq Qapıçısı25.03.2026 - 05:06
İsmayıl Hacıbəyov: Azərbaycan Musiqisində Öncül Bəstəkar25.03.2026 - 04:54
Cahangir Cahangirov: Azərbaycan Musiqisinin İncisi25.03.2026 - 04:36
Nəcəfqulu İsmayılov: Azərbaycan Karikaturasının Parlaq Səsi25.03.2026 - 04:18
Aydan Salahova: Müasir Rusiya Rəssamlığına Yeni Baxış25.03.2026 - 04:00
Məktəbin direktor müavini vəfat etdi24.03.2026 - 19:55
İmtahandakı yazıb-pozan qələmlərlə bağlı rəsmi açıqlama24.03.2026 - 19:48
On marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir24.03.2026 - 19:40
Macarıstanla kitabxana işi sahəsində əməkdaşlıq imkanları araşdırılır24.03.2026 - 19:32
ADNSU tələbələri Cenevrədə beynəlxalq sərgidə uğur qazanıblar24.03.2026 - 19:25
Evini ChatGPT vasitəsilə satdı: 100 min dollar daha çox qazandı24.03.2026 - 19:18
Bədii mətnlərlə işləmək uşaqlarda analitik düşüncəni inkişaf etdirirmi? – Psixoloq açıqladı24.03.2026 - 19:12
Uşaqlarda özünə inamın formalaşması üçün bağçada hansı metodlar tətbiq olunmalıdır? – Ekspert açıqladı24.03.2026 - 19:05
Azərbaycanda ilk dəfə Quşçuluq Festivalı keçirilib24.03.2026 - 18:56
İnfakrtdan sonra ürəyi bərpa edəcək iynə hazırlandı24.03.2026 - 18:52
Stres xərçəng yaradır? 24.03.2026 - 18:44
Özünə süni intellekt agenti yaradır24.03.2026 - 18:38
Rusiyadan 17 milyon dollarlıq şirniyyat alınıb24.03.2026 - 18:32
İRİA və “Plug and Play” "GOAL" proqramına start verir24.03.2026 - 18:18
Şamaxı Avropa liseyinə media-tur təşkil olunub24.03.2026 - 18:14
BMT-də azərbaycanlı gənc rəssamların işlərindən ibarət sərgi açılıb24.03.2026 - 18:02
Qoz, badam və püstə qarşı-qarşıya: Budur ən faydalı çərəz24.03.2026 - 17:55
Məşhur türk serialının izləyicilərinə pis XƏBƏR24.03.2026 - 17:48
Hər gün darçınlı su içsəniz bədəninizdə nə baş verər ?24.03.2026 - 17:45