Peşə məktəbini bitirən şəxs birbaşa dərhal hansısa bir qurumda işə götürən müəssələrdə, əmək fəaliyyətində daha erkən başlayarlarsa bu, həmin istiqamətdə təhsil almaqdan maraqlı olan gənclərin daha da sayının artımı ilə nəticələnər.
Bu fikirləri "Tehsil365”ə açıqlamasında təhsil üzrə ekspert Elçin Əfəndi deyib.O,bildirib ki:
“Azərbaycanda gənclər peşə məktəblərinə o nöqteyi nəzərdən getmək istəmirlər ki,bu istiqamətdə təbliğat maarifləndirmə işi zəif görülür.Bura qədər əsasən ali təhsil istiqamətində daha çox maraq göstərilirdi və bu da bir növ zədə kimi bizim cəmiyyətdə qalıb ki,mütləq ali təhsil almaq lazımdır.Əsasən də işə götürənlər,istər dövlət qurumları olsun,istərsə də digər qurumlar ali təhsilli şəxslərə üstünlük verirlər.Ona görə də peşə istiqamətində maraq təəssüf ki, az idi.Amma son, illərdə bu 3-4 il ərzində peşə təhsil istiqamətində təhsil almaq istəyən gənclərin sayında artım görülür və bu, müsbət mənada dəyərləndirilə bilər.Peşə məktəblərində, əsasən,ixtisaslar baxımından aşbazlıq,dərzilik, həmçinin, kompüter yönümlü ixtisaslar, nəqliyyat yönümlü ixtisaslardır ki,bu sahələrə daha çox maraq göstərirlər. Hal-hazırda peşə təhsilini biz əmək bazarına müqayisə etsək,görərik ki, əmək bazarında da məhz adların çəkdiyi ixtisas sahələrinə daha çox ehtiyac var və peşə təhsilini bitirənlər də daha erkən əmək münasibətlərinə başlayır və əmək fəaliyyətlərinə başlayırlar.Hansı ki,ali təhsil alan şəxslər birbaşa əmək fəaliyyətinə başlaya bilmirlər. Amma peşə təhsilinin istiqamətləri üzrə təhsili olanlar çox asanlıqla əmək fəaliyyətlə başlaya bilirlər.Xarici ölkələrin də peşə məktəbləri fəaliyyət göstərir və təbii ki,orada da yenə də peşə məktəbləri,əmək bazarında daha çox ehtiyac yaranan istiqamətlər üzrə kadr hazırlığını həyata keçirirlər.Biz hal-hazırda Qonşu və qardaş ölkə Türkiyə modelini bir neçə istiqaməti tətbiq etmişik və bu istiqamətdə bizim Türkiyə Təhsil Nazirliyində müqaviləmiz də var və məhz Türkiyədə peşə istiqamətində olan hazırlığı demək olar ki,kadr hazırlığını biz bəzi peşə məhkəblərimizdə tətbiqinə başlanılır və tədricən bu prosesin daha geniş tətbiqi nəzərdə tutulur”.

