Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) rektoru akademik Urxan Ələkbərovun hazırladığı “İnkişaf nədir və necə ölçülür?” mövzusunda təlim videosu Türkiyə Respublikası Prezidentinin Administrasiyası tərəfindən dövlət qulluqçularının inkişafı üçün yaradılmış beynəlxalq “Uzaktan Eğitim Kapısı” platformasında yayımlanmağa başlayıb.
DİA-dan “Tehsil365"ə bildirilib ki, təlimdə davamlı və inklüziv inkişafın əsas meyarları təhlil edilir, onların ölçülməsi və idarə edilməsi üçün tətbiq olunan müasir metodologiyalar izah olunur.