Almatıda inklüziv təhsil üzrə I Dünya Konqresi çərçivəsində “İnklüziv təhsildə qlobal meyillər: çağırışlar və həll yolları” mövzusunda dəyirmi masa keçirilib.
“Tehsil365” xəbər verir ki oktyabrın 15-də Qazaxıstanın Almatı şəhərində inklüziv təhsil üzrə dünya konqresi öz işinə başlayıb. Tədbirdə 40-dan artıq ölkəni təmsil edən 1200-dən çox nümayəndə inklüziv təhsilin mövcud vəziyyəti və inkişaf istiqamətləri ilə bağlı müzakirələrə qatılıb.
Konqres çərçivəsində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu dəyirmi masada çıxış edərək Azərbaycanda inklüziv təhsilin perspektivləri barədə məlumat verib, həmçinin Almatı bəyannaməsinin aktual müddəaları barədə fikirlərini bölüşüb.
Qeyd edək ki, konqres öz işini 17 oktyabrda tamamlayacaq.