Rövşən Abdullaoğlunun kitabı Hindistanda nəşr olunacaq
“Tehsil365” xəbər verir ki, tanınmış yazıçı və filosof Rövşən Abdullaoğlunun “Bu şəhərdə kimsə yoxdur” adlı kitabı tezliklə Hindistanda çap ediləcək.
Kitabın Hindistanda nəşrini Senthil Nathana adlı şəxs həyata keçirir. Bu, Azərbaycan ədəbiyyatının beynəlxalq aləmdə tanıdılması baxımından mühüm hadisə hesab olunur.
Qeyd edək ki, Rövşən Abdullaoğlu fəlsəfi və psixoloji mövzulara toxunan əsərləri ilə geniş oxucu kütləsinin rəğbətini qazanıb.

