582 balla Xəzər Universitetinə qəbul olan Nəzrin Kərimova gələcək planlarından danışdı.
582 bal toplayaraq Xəzər Universitetinin İngilis dili müəllimliyi ixtisasına qəbul olan Nəzrin Kərimova tələbəlik təcrübələrini və gələcək məqsədlərini “Tehsil365”lə bölüşüb.
O, imtahanlar zamanı stressin nəticələrinə mənfi təsir etdiyini bildirib:
“Oxuduğum müddətdə ən böyük çətinliyim imtahanlarda çox stressli olmağım idi.”
Nəzrin həmçinin dəstəkçiləri barədə də danışıb:
“Mənim ən böyük dəstəkçim valideynlərim, sonra isə müəllimlərim olub.”
O, uşaqlıqdan geyim dizayneri olmaq istədiyini, lakin cəmiyyətdəki bəzi stereotiplərə görə ikinci sevdiyi sahə – İngilis dili üzrə ixtisas seçdiyini deyib.
“Seçdiyim ixtisasdan peşman deyiləm, amma yenə də sevdiyim ilk peşə – geyim dizaynı üzrə təhsil almağı çox istərdim.”
Gənclərə isə bu sözlərlə müraciət edib:
“Nə mənim kimi imtahanlarda stressli olsunlar, nə də cəmiyyətin düşüncələrinə görə sevdikləri ixtisası dəyişdirsinlər.”
Nəzrin Kərimova gələcəkdə IELTS imtahanını verərək İtaliyanın moda universitetlərində təhsil almaq və eyni zamanda uşaqlara İngilis dili dərsi keçmək arzusundadır.
Sonda o, tələbəlik barədə düşüncəsini belə ifadə edib:
“Tələbə olmaq, oxumaq rahatdır. Əsas olan öz yoluna gedə bilmək üçün özünü tanımaqdır.”

