Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində Almaniyadan gələn təlimçi Monika Martinin iştirakı ilə “Peşə Təhsil Mərkəzi və Şirkətlər arasında koordinasiya” mövzusunda təlim təşkil olunub.
“Tehsil365” xəbər verir ki, təlimin əsas məqsədi peşə təhsil müəssisələri ilə işəgötürən müəssisələr arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsinin təşviqi və dual təhsil modelinin tətbiqi imkanlarının müzakirəsi olub.
Görüş zamanı Almaniya təcrübəsi əsasında formalaşan dual təhsil sisteminin üstünlükləri, gənclərin əmək bazarına uyğun hazırlanması və təhsil müəssisələri ilə şirkətlər arasında əlaqələrin daha effektiv qurulması yolları haqqında geniş fikir mübadiləsi aparılıb.
Təlim iştirakçıları əldə etdikləri bilik və təcrübənin gələcək fəaliyyətlərində faydalı olacağını vurğulayıblar.

