Təhsil 365 - Logo Mobile

“Gəncənin mədəni irsi gənclərin gözü ilə” mövzusunda forum tipli tədbir keçirilib

11517.10.2025 - 08:40
“Gəncənin mədəni irsi gənclərin gözü ilə” mövzusunda forum tipli tədbir keçirilib

Gəncə şəhər Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Gəncənin mədəni irsi gənclərin gözü ilə” mövzusunda forum tipli tədbir keçirilib.

Tehsil365”xəbər verir ki, 16 oktyabr tarixində Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi və Gəncə Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin, Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 nömrəli kitabxana filialının və Gəncə Gənclər Evinin dəstəyi ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Gəncənin mədəni irsi gənclərin gözü ilə” mövzusunda forum tipli tədbir təşkil olunub.

Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin əməkdaşları, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəis müavini, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbə müdiri, KOBİA-nın Gəncə-Qazax regional koordinatoru, Gəncə Dövlət Tarix və Mədəniyyət Qoruğunun direktoru, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin əməkdaşları, ali təhsil və orta ixtisas təhsil müəssisəsinin tələbələri iştirak ediblər.

Tədbirdən öncə iştirakçılar “Ümumilli Lider Heydər Əliyev və Azərbaycan Mədəniyyəti - 100”, Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 nömrəli kitabxana filialının təşkil etdiyi “Milli mənəvi dəyərlərimiz milli kimliyimizdir” adlı və Gəncə şəhər Uşaq və İncəsənət Məktəbinin şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.

Daha sonra bədii hissədə sağlamlıq imkanları məhdud olan yeniyetmələrin ifasında “Günəş” rəqs qrupunun rəqsi izlənilib.

Rəsmi hissədə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbir panel müzakirələri ilə davam etdirilib. Gəncə Gənclər Evinin əməkdaşı Xuraman Ağayevanın moderatorluğu keçirilən paneldə tarix üzrə fəlsəfə doktoru, etnoqraf Nurlana Həmzəyeva, “CAVAD XAN” Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Həsənov, AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Əlimuxtar Muxtarov, Gəncə Regional Turizm İdarəsinin rəisi Fariz Qarayev, Əməkdar jurnalist, ”Tomris” qadın cəmiyyətinin yaradıcısı, publisist Nüşabə Əsəd Məmmədli, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin baş məsləhətçisi Xəlil İbrahimov, Gəncə şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhərin mədəni irsinin qorunması şöbəsinin baş məsləhətçisi Fidan Qaziyeva, Nizami Gəncəvi Muzeyinin direktoru Teymur Əliyev, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin gənclərlə iş sektorunun baş məsləhətçisi Maarif Quliyev və Gəncə şəhər Heydər Əliyev Mərkəzinini direktoru İlknur İsgəndərova iştirak ediblər.

Panel mütəxəssislərin fikir mübadiləsi ilə davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Mövzuya uyğun olaraq iştirakçı gənclər üçün intellektual viktorina təşkil olunub, qaliblərə “BookZone” Kitab Evi tərəfindən hədiyyələr təqdim olunub.

Forum tipli tədbirə 180 nəfərdən artıq iştirakçı qatılıb.

Fatimə Quliyeva

Xəbər Lenti

Ata 2 aylıq körpəsini döyüb öldürdü15.11.2025 - 12:30
Yaşar Nurinin qızı vəfat etdi15.11.2025 - 12:15
"ARB" və "ARB 24" telekanalları "ARB 24 MMC"-nin tərkibində fəaliyyətlərini davam etdirir15.11.2025 - 12:11
Çiyələyi çox yemək allergiya riskini artırır‐ həkimlər xəbərdarlıq edir15.11.2025 - 12:10
Ürək üçün faydalı çay15.11.2025 - 12:00
Süni intellekt məktəblərdə müəllim çatışmazlığını azalda bilər15.11.2025 - 12:00
Telefon bağımlılığı şagirdlərin diqqətini 30% azaldır15.11.2025 - 11:47
Milli Qəhrəman atası olan Əməkdar artist Akif Mirabov vəfat edib15.11.2025 - 11:45
Onlayn dərslər yazı bacarıqlarını zəiflədirmi ?15.11.2025 - 11:37
Yalta və Potsdam konfranslarının 80 illiyinə baxış” mövzusunda elmi konfrans keçirilib15.11.2025 - 11:30
Rusiya məktəblərində hərbi təhsil genişləndilir15.11.2025 - 11:15
Yatmazdan əvvəl telefona baxmaq yuxu sağlamlığını həqiqətən təsir edirmi?15.11.2025 - 11:00
Sabahdan məktəblərdə payız tətili başlayır15.11.2025 - 10:45
Məktəbdə zorakılıq hallarında psixoloq nə etməlidir?15.11.2025 - 10:30
“Globalinfo”nun fəaliyyətə başlamasından 3 il ötür15.11.2025 - 10:15
Tələbələr arasında minifutbol turnirinə yekun vurulub15.11.2025 - 10:00
Lavrovun tam dərc edilməyən müsahibəsi İtaliyada başqa nəşrdə yayıldı15.11.2025 - 10:00
Dekabrda 9 gün iş olmayacaq15.11.2025 - 09:45
Gəncədə 17 yaşlı piyada maşın vurması nəticəsində ölüb15.11.2025 - 09:30
Tam orta məktəblərdə qadın direktorların sayı sürətlə artır15.11.2025 - 09:15
Plasido Dominqo Heydər Əliyev Mərkəzində çıxış edib15.11.2025 - 09:10
İngiltərədə şagird azlığı problemi: 12% yer boş qalıb15.11.2025 - 09:00
Milli Kitabxanada ənənəvi kitab sərgisi açılıb15.11.2025 - 08:45
“Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli filminin təqdimatı olub15.11.2025 - 08:30
“Zəfər” elm müsabiqəsinin qalibləri bəlli olub15.11.2025 - 08:15
Bakıda ananın azyaşlı qızına verdiyi işgəncələr: Bədəni yandırılıb, kəmərlə döyülüb 15.11.2025 - 08:00
Naxçıvanda tanınmış rəssam və heykəltəraş vəfat edib15.11.2025 - 07:45
Bu məktəblərdə pilot ixtisaslar tədris olunacaq15.11.2025 - 07:30
Varşava Universitetində Azərbaycanın qədim xəritələrindən ibarət unikal qalereya açılıb15.11.2025 - 07:15
Gəncədə 15 yaşlı oğlanı maşın vuraraq öldürdü15.11.2025 - 07:00
Xırdalanda 17 yaşlı oğlan siqaretə görə tanışını bıçaqladı15.11.2025 - 06:45
Kristofer Nolanın yeni filminin çəkilişi üçün 600 kilometrdən çox kinolent istifadə edilib15.11.2025 - 06:30
Azərbaycanda süni intellekt aparıcı qismində İKT xəbərlərini təqdim edəcək15.11.2025 - 06:15
Süni intellektə qeyri-adi bacarıq yükləndi15.11.2025 - 06:00
"Disney" hər kəsə video yaratmaq imkanı verəcək15.11.2025 - 05:45
Kibertəhlükəsizlik məktəblərdə zəruri fənn ola bilər 15.11.2025 - 05:35
Harri Potter" ulduzunun şəxsi əşyaları hərracda15.11.2025 - 05:30
Bananı çox yemək ürək sağlamlığına zərər vura bilər - araşdırma15.11.2025 - 05:25
Dəri xərçəngindən qorunmağın sadə üsulu açıqlandı15.11.2025 - 05:15
Bu namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər15.11.2025 - 05:14
Bu günün hava PROQNOZU15.11.2025 - 05:08
Bu günün hava proqnozu açıqlanıb 15.11.2025 - 05:00
Avstraliya beynəlxalq tələbə siyasətində yeni istiqamət alır15.11.2025 - 04:45
Müəllim məktəbliləri kəmərlə bağlayaraq döyüb?15.11.2025 - 04:30
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi15.11.2025 - 04:15
Sumqayıtda uşaq bağçasında baxıcı dərs vaxtı öldü15.11.2025 - 04:00
14 Noyabr 1680-ci ildə tarixə düşən kəşf – ilk teleskopla müşahidə olunan komet14.11.2025 - 19:30
Anar Qədiməliyev: Növbəti on il ərzində bizi tamamilə yeni peşələr gözləyir14.11.2025 - 19:15