Təhsil 365 - Logo Mobile

Arxeoloji tədqiqatlarda müasir ölçmə texnologiyalarının tətbiqi ilə bağlı təlim keçirilib - FOTO

7517.10.2025 - 12:07
Arxeoloji tədqiqatlarda müasir ölçmə texnologiyalarının tətbiqi ilə bağlı təlim keçirilib - FOTO

AMEA Arxeologiya və Antropologiya İnstitutunun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru Zaur Həsənov və institutun doktorantı Nərmin Məmmədli “Geototal MMC” və Çinin “Gintec” şirkəti tərəfindən təşkil olunan “Gintec texnologiyaları ilə yeni ölçmə imkanları” adlı təlimdə iştirak ediblər.

İnstitutdan “Tehsil365"ə bildirilib ki, təlim Çin geodeziya mütəxəssisləri tərəfindən aparılıb, iştirakçılara müasir ölçmə texnologiyalarının tətbiqi və yeni nəsil cihazların funksional imkanları barədə ətraflı məlumat təqdim olunub.

Tədbirin məqsədi geodeziya və topoqrafiya sahəsində istifadə olunan “Gintec” markalı avadanlıqların yeni modellərinin təqdimatı, onların texniki xüsusiyyətlərinin nümayişi və mütəxəssislərlə təcrübə mübadiləsinin aparılması olub.

Qeyd edək ki, Arxeologiya və Antropologiya İnstitutu topoqrafik xəritələrin yaradılması məqsədilə “Gintec” şirkətinin istehsal etdiyi GNSS “G40 Plus” cihazını satınalma vasitəsilə əldə edib. Zaur Həsənovun rəhbərliyi altında bu avadanlıq vasitəsilə Azərbaycan Elm Fondu tərəfindən maliyyələşdirilən “Qarabağın Dəmir dövrü kurqanları: Füzuli rayonu Yedditəpə abidəsi və ətraf ərazilərin arxeoloji tədqiqi” adlı layihə çərçivəsində Qarabağda arxeoloji tədqiqatlar aparılacaq. Layihənin 2025-ci ilin noyabr ayında başlanması və iki il müddətində davam etməsi planlaşdırılır. Təlimdə iştirak institut əməkdaşları üçün praktiki biliklərin artırılması, müasir ölçmə texnologiyalarının arxeoloji tədqiqatlarda tətbiqinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Aydan Ələkbərova

Xəbər Lenti

Zəngilan şəhərinin işğaldan azad edilməsindən 5 il ötür19.10.2025 - 19:58
Aytən Oqtayqızı:"Musiqi ilə məşğul olan uşaqlar daha emosial və empatik olurlar"19.10.2025 - 19:58
İlkin Məmmədkərimov: “Bu gün jurnalistlər reytinq naminə keyfiyyəti qurban verirlər”19.10.2025 - 19:50
Ağ, sarı, qırmızı yoxsa yaşıl: hansı soğan ən faydalıdır?19.10.2025 - 19:35
Ən faydalı payız tərəvəzləri bunlardır19.10.2025 - 19:20
Azərbaycanın iki çimərlik güləşçisi dünya çempionu olub19.10.2025 - 19:05
İlahə Məmmədova:"Musiqi sırf ruhla bağlıdır" 19.10.2025 - 19:00
İtaliyalı ekspert: Azərbaycanın mədəniyyətlərarası diplomatiyası birinci vitse-prezident Mehriban Əliyevanın Vatikana səfərində öz əksini tapdı19.10.2025 - 18:50
Əncir-təbiətin ən qədim və sirli meyvəsi19.10.2025 - 18:37
Yazıçı Roy Yakobsen vəfat edib19.10.2025 - 18:29
Təhsil müəssisələrinin məzun etdiyi kadrlar ilə müasir əmək bazarının ehtiyac varmı?19.10.2025 - 18:27
Dendrologiya İnstitutu iqlim dəyişmələrinin çay və sitrus bitkilərinə təsirini araşdırır19.10.2025 - 18:17
Azərbaycanda kitaba maraq artır19.10.2025 - 18:02
Dünyanın ən yaşlı ağacı: Methuselah19.10.2025 - 18:00
Müəllimlərin maddi və sosial vəziyyəti, karyera inkişafı imkanları və gənc nəslin bu peşəyə marağının artırılması üçün islahatlar19.10.2025 - 17:47
Macarıstanda Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib19.10.2025 - 17:47
İnnovasiyadan beynəlxalq partnyorluğa: MDU və TED Universiteti arasında razılaşma imzalandı19.10.2025 - 17:35
“Sənaye içində universitet” modeli Mingəçevirə gəlir: MDU və OSTİM anlaşdı19.10.2025 - 17:33
“Sea Breeze Walk of Fame”də Tahir Salahovun ulduzu açılıb19.10.2025 - 17:13
Dünyanın ən böyük kitabxanaları19.10.2025 - 17:00
Usaq psixologiyasi19.10.2025 - 16:45
Luvr muzeyində qarət: İmperatriça Evgeniyanın tacı oğurlanıb19.10.2025 - 16:33
Böyük asteroid Ayla toqquşdu19.10.2025 - 16:30
Parisdə Üzeyir Hacıbəylinin yubileyi münasibətilə konsert keçirilib19.10.2025 - 16:26
Altıncı hissimiz harada yerləşir? - Hamıda var19.10.2025 - 16:15
1-ci Uşaq Rəqs Festivalı keçiriləcək19.10.2025 - 16:14
ChatGPT-yə verilməsi qadağan edilən 8 sual19.10.2025 - 16:00
Mirror neurons: niyə başqalarının hisslərini özümüz kimi yaşayırıq?19.10.2025 - 15:49
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşəcəklər19.10.2025 - 15:45
Perfeksionizm tələsi: hər şey mükəmməl olmalıdırmı?19.10.2025 - 15:38
Avstriya mətbuatında Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə məqalə dərc olunub19.10.2025 - 15:30
Duyğuları gizlətmək: “mən güclüyəm” maskasının arxası19.10.2025 - 15:15
Milli Kitabxanada “Həsən Həsənov - 85” adlı ənənəvi kitab sərgisi açılıb19.10.2025 - 15:15
Sumqayıtda "İndoneziya günü" keçirilib19.10.2025 - 15:00
Tənha olmağın psixologiyası: tək qalmaq, yoxsa tənha hiss etmək?19.10.2025 - 14:46
Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar19.10.2025 - 14:40
Qatlanan "iPhone"un buraxılışı təxirə salınır19.10.2025 - 14:25
Overthinking — çox düşünmək xəstəliyi19.10.2025 - 14:23
iPhone 17 Pro Max alanlar PEŞMAN OLDULAR19.10.2025 - 14:10
İstanbulda Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd edilir19.10.2025 - 14:00
Uşaqlarda aqressiya özünə inamsızlıqdan və özünü təsdiq edə bilməməkdən yaranır19.10.2025 - 13:50
Bölgələrdə müəllim çatışmazlığı davam edir19.10.2025 - 10:50
İmtahan stressi nəticələrə təsir edir19.10.2025 - 10:40
Moskvada Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş konsert keçirilib19.10.2025 - 10:40
Süni intellekt təhsildə yeni mərhələ yaradır19.10.2025 - 10:30
Beyin sağlamlığına diqqət19.10.2025 - 10:30
Tanınmış yazıçı vəfat etdi 19.10.2025 - 10:10
Yuxusuzluq yeni “sakit pandemiya” adlandırılır19.10.2025 - 10:00