‘‘Müasir dövrdə müəllim olmaq əvvəlki illərə nisbətən xeyli çətinləşib. Şagirdlər artıq informasiya texnologiyalarına çıxışı olan və dünya xəbərlərini izləyə bilən bir mühitdə təhsil alırlar. Bu isə müəllimlərdən daha geniş bilik və bacarıq tələb edir’’.
Təhsil eksperti Məzahir Məmmədli “Tehsil365” saytına açıqlamasında bildirib ki, bugünkü müəllim yalnız dərs keçən deyil, həm də geniş bilik və bacarıqlara malik olmalıdır:
“Bugünkü müasir müəllim çox standartlara cavab verməlidir. Bir qədər elmə xəbəri olmalıdır, ixtisası üzrə kifayət qədər məlumatlı olmalıdır. O sınıfa girəndə, yəni yuxarı sınıf şagirdləri ondan özlərinin kifayət qədər məlumatlı aparmamalıdırlar.”
“Dövrün informasiyasını demək olar ki, içində olmalıdır və əlaqələndirə bilməlidir. Yeri gəlsə, dünyada baş verən siyasi proseslərdən də xəbərdar olmalıdır. Artıq hər bir kəsin əlində smartfonlar və planşetlər var və dünya inteqrasiya olunmuş bir məkan halına gəlib. Hər bir ölkədən istənilən təcrübəni öyrənmək mümkündür.”
“Ona görə də bugünkü günün müəllimi kifayət qədər bilikli, bacarıqlı, informasiya texnologiyalarına adaptasiya olmuş, uyğunlaşmış olmalıdır. Sinfə girəndə güvənli, arxayın və məhsusiyyətli olmalıdır ki, ətrafını özünün yaxşı müəllim olmağına inandıra bilsin.”
Ekspert əlavə edib ki, müasir müəllim şagirdləri texnologiya və informasiya məkanına uyğun hazırlayan lider kimi də fəaliyyət göstərməlidir