Müasir tədris üsullarında fərdi öyrənmənin təşkili, biliklərin avtomatik qiymətləndirilməsi və şagirdlərə fərdi dəstək göstərilməsi süni intellektin əsas üstünlüklərindən sayılır.
“Tehsil365”ə açıqlamasında təhsil eksperti Aysel Hacıyeva bildirib ki, bu texnologiyanın tətbiqi təhsil sistemində tamamilə yeni mərhələnin başlanğıcıdır.
“Süni intellekt şagirdin öyrənmə tempini analiz edir, onun zəif tərəflərini müəyyənləşdirir və fərdi tədris planı hazırlayır. Bu, müəllimə vaxt qazandırır və tədrisin effektivliyini artırır,” – deyə Hacıyeva vurğulayıb.
Ekspert əlavə edib ki, süni intellektin faydalı tətbiqi üçün müəllimlərin bu istiqamətdə təlimlər keçməsi və məktəblərin texnoloji infrastrukturunun gücləndirilməsi vacibdir:
“Texnologiya müəllimi əvəz etmir, sadəcə onun işini asanlaşdırır. Əsas olan balanslı yanaşmadır,” – deyə ekspert qeyd edib.