Abituriyentlərin ali məktəblərə qəbul imtahanları zamanı keçirdikləri stress son illərdə psixoloqlar və təhsil mütəxəssisləri tərəfindən diqqət mərkəzindədir.
“Tehsil365”ə açıqlamasında təhsil eksperti Rüfət Məmmədov imtahan stressinin təkcə emosional deyil, həm də tədris nəticələrinə birbaşa təsir etdiyini bildirib.
“Bilik və bacarıq kifayət qədər olsa belə, gərginlik və qorxu nəticəsində bir çox abituriyent potensialını tam şəkildə göstərə bilmir. İmtahan həm bilik, həm də psixoloji dözümlülük sınağıdır,” – deyə Məmmədov qeyd edib.
Ekspert təklif edib ki, məktəblərdə psixoloji dəstək mərkəzləri fəaliyyət göstərsin və abituriyentlər üçün motivasiya təlimləri təşkil olunsun:
“Gənclər stresslə mübarizə aparmağı öyrənməlidirlər. Bu bacarıq onlara təkcə imtahanda deyil, həyatda da uğur qazandıracaq,” – deyə o əlavə edib.