Tənha olmaq və tənha hiss etmək eyni şey deyil. İnsan bəzən izdiham içində də özünü boş hiss edə bilər. Bu, sadəcə insanın yanında kimsə olmaması deyil — emosional əlaqə çatışmazlığıdır.
“Tehsil365” araşdırıb ki, psixologiyada tənha hiss etmənin əsas səbəbləri üçdür:
1. Duyğuların paylaşılmaması — “məni heç kim anlamır” düşüncəsi.
2. Sosial müqayisə — başqalarının xoşbəxt göründüyü illüziyası.
3. Öz dəyərini başqalarının münasibətindən ölçmək.
Halbuki tək qalmaq, çox vaxt şəfa prosesidir. Beyin və ruh dincəlmək üçün səssizliyə ehtiyac duyur. Tək qalmaq, öz səsini eşitmək və kim olduğunu xatırlamaq deməkdir.
Əgər tənha hiss edirsənsə, bu sənin yanlış birisən demək deyil. Sadəcə, emosional enerjini çox paylaşmısan və indi bərpa vaxtıdır. Özünlə vaxt keçirməyi öyrənmək — emosional yetkinliyin göstəricisidir.
Unutma, tək qalmaq boşluq deyil, yenidən dolmaq üçün bir fürsətdir.

