Təhsil 365 - Logo Mobile

Bakıda “Yaşıl təhsil” üzrə ilk regional seminar keçirilir

7920.10.2025 - 13:28
Bakıda “Yaşıl təhsil” üzrə ilk regional seminar keçirilir

Oktyabrın 20-də Bakıda Elm və Təhsil Nazirliyi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) birgə təşkilatçılığı ilə “Yaşıl təhsil” mövzusunda ilk regional seminar öz işinə başlayıb.

Tehsil365” xəbər verir ki, seminarda Azərbaycan, Qazaxıstan, Tacikistan, Özbəkistan və Qırğız respublikaları təmsil olunur.

İki günlük seminarın əsas məqsədi iqlim dəyişikliyinə qarşı dayanıqlı gələcək naminə təhsil sistemlərinin transformasiyasını təşviq etmək, milli kurikulumlarda iqlim və davamlı inkişafla bağlı məzmunların sistemli şəkildə əhatəsini genişləndirmək, “yaşıl məktəb” modelinin tətbiqi istiqamətində siyasət dialoqu aparmaqdır.

STEAM İnnovasiya Mərkəzində baş tutan seminarın açılış mərasimində elm və təhsil nazirinin müavini Həsən Həsənli, İSESKO-nun Bakı Regional Ofisinin direktor müavini Məryəm Qafarzadə, İSESKO-nun Təhsil sektorunun rəhbəri Heddi Jatu Sey çıxış ediblər.

Elm və təhsil nazirinin müavini Həsən Həsənli çıxışında bildirib ki, Azərbaycanın 2030-cu ilədək inkişaf strategiyasında “yaşıl” və dayanıqlı inkişaf əsas hədəflərdən biri kimi müəyyən edilib. Strategiya enerji keçidindən tutmuş alternativ enerji mənbələrindən istifadəyə və təhsil proqramlarında müvafiq dəyişikliklərin aparılmasınadək bir sıra istiqamətləri əhatə edir.

Nazir müavini qeyd edib ki, STEAM təhsilinin genişlənməsi bu strateji sənədlərin icrası nəticəsində mümkün olub. Həsən Həsənli iqlim dəyişikliyi və təhsildə qlobal çağırışların öhdəsindən gəlmək üçün regional əməkdaşlığın vacibliyini vurğulayıb, həmçinin su ehtiyatlarından səmərəli istifadə və bu istiqamətdə həyata keçirilən maarifləndirmə layihələrinin iqlim dəyişikliklərinə qarşı mübarizədə mühüm rol oynadığını bildirib.

İSESKO-nun Bakı Regional Ofisinin direktor müavini Məryəm Qafarzadə çıxış edərək bildirib ki, təhsil dəyişiklik yaratmaq üçün ən güclü və davamlı qüvvədir. O qeyd edib ki, iqlim böhranı dünyanın, təbiətin və cəmiyyətlərin gələcəyini təhdid edir. Bu səbəbdən biz ənənəvi tədris yanaşmalarından kənara çıxaraq davamlılıq, ekoloji məsuliyyət və iqlim dözümlülüyünü təhsil sistemlərinin mərkəzinə daxil etməliyik. ‘Yaşıl təhsil’ sadəcə bir konsepsiya deyil, zərurətdir.

Məryəm Qafarzadə vurğulayıb ki, Cənubi Qafqaz, Mərkəzi Asiya və qonşu regionları əhatə edən İSESKO-nun Bakı Regional Ofisi təhsilin iqlim dəyişikliklərinə qarşı mübarizədə aparıcı rol oynaması üçün vacib platformadır.

İSESKO-nun Təhsil sektorunun rəhbəri Heddi Jatu Sey çıxışında bildirib ki, bu dövrdə təhsil artıq sadəcə öyrətmək vasitəsi deyil, həm də cəmiyyətlərin və sistemlərin transformasiyası üçün əsas gücə çevrilməlidir. Heddi Jatu Sey qeyd edib ki, İSESKO Kembric Universiteti ilə əməkdaşlıq çərçivəsində “Yaşıl təhsil siyasəti” sənədini hazırlayıb və bu sənəd üzv dövlətlərə iqlim dəyişikliyi ilə mübarizədə dəstək məqsədi daşıyır. O bildirib ki, İSESKO-nun təhsil sahəsindəki bölmələri üzv dövlətlərin iqlim fəaliyyətini təhsil proqramlarına daxil etməsi üçün böyük səylə çalışır.

Açılışda həmçinin İSESKO və Kembric Universitetinin nümayəndələri tərəfindən “Yaşıl təhsil çərçivəsi və onun regional əhəmiyyəti” mövzusunda təqdimat olub.

Çıxışlardan sonra seminar öz işini interaktiv sessiyalarla davam etdirib. Sözügedən ölkələrin nümayəndələri “Yaşıl təhsil” üzrə milli təcrübə və nailiyyətlərini təqdim ediblər. Sessiyalar zamanı tədris proqramlarının, müəllim hazırlığının və məktəb infrastrukturunun “yaşıl təhsil” prinsipləri ilə uyğunlaşdırılması üzrə regional əməkdaşlığın vacibliyi vurğulanıb.

Qeyd edək ki, seminarın ikinci günündə beynəlxalq ekspertlərin iştirakı ilə “Təhsil siyasətinin formalaşdırılması” mövzusunda interaktiv panel müzakirəsi təşkil ediləcək. Panel müzakirəsində qlobal təhsil siyasətinin formalaşdırılmasında atılan əsas addımlar, milli kontekstə uyğun və dayanıqlı təhsil sisteminin qurulması, həmçinin iqlim dəyişikliyi və “yaşıl təhsil”lə bağlı aktual məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Seminarın yekununda İSESKO və Elm və Təhsil Nazirliyi tərəfindən regional səviyyədə ümumi tövsiyələrin hazırlanması və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi nəzərdə tutulub.

Könül Əsgərova

Xəbər Lenti

Emin Əmrullayev Şuşada tədris prosesini izləyib11.03.2026 - 19:57
Sabah 13 dərəcə isti olacaq11.03.2026 - 19:55
"iPhone 18"lərdə hansı yeniliklər olacaq?11.03.2026 - 19:48
Fəsil dəyişərkən sağlamlığı qorumaq üçün nələrə diqqət edilməlidir?11.03.2026 - 19:45
Adil Kərimli Türk dünyasının teatr nümayəndələri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib11.03.2026 - 19:42
"Azərbaycan Kinosu: Yığcam Ensiklopediya (1898 – 2025) kitabının təqdimat mərasimi keçirilib11.03.2026 - 19:38
Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq müzakirə olunub11.03.2026 - 19:34
Şəki teatrında hazırlanmış “Dar ağacı” tamaşası “Qızıl Dərviş” mükafatına layiq görülüb11.03.2026 - 19:30
Qlobal Bakı Forumunun iştirakçıları üçün iftar süfrəsi açılıb11.03.2026 - 19:22
Azərbaycan kinosunun yığcam ensiklopediyası hazırlanıb11.03.2026 - 19:15
Bağçaya ilk dəfə başlayan uşaqlarda adaptasiya prosesini asanlaşdırmaq üçün nə etmək lazımdır?11.03.2026 - 19:08
Məktəbəqədər dövrdə uşaqların emosional inkişafını dəstəkləmək üçün hansı metodlar istifadə olunur?11.03.2026 - 19:02
RFO-nun yarımfinal turunun nəticələri açıqlandı 11.03.2026 - 19:00
Məktəblərdə təhsil və mədəniyyət birləşdirilməlidir11.03.2026 - 18:52
Şərqi Zəngəzurun işğaldan azad edilmiş ərazilərində 1100-dən çox şagird təhsil alır11.03.2026 - 18:50
BMU tələbəsi İtaliyanın nüfuzlu universitetinə qəbul olub11.03.2026 - 18:44
“Məktəb ictimai müzakirədə” layihəsi çərçivəsində növbəti görüş keçirilib11.03.2026 - 18:40
Hikmət Məmmədov: İbtidai təhsil mütləq ana dilində aparılmalıdır11.03.2026 - 18:38
Adil Qeybulla: Xəstəliklərin qarşısını almaq üçün mütəmadi profilaktik müayinələr vacibdir11.03.2026 - 18:33
Texnologiya üzrə sertifikasiya test nümunələri təqdim edilib11.03.2026 - 18:32
Texnologiya üzrə sertifikasiya test nümunələri təqdim edilib11.03.2026 - 18:30
DİM-də təlim təşkil olunub11.03.2026 - 18:28
DİM-in nümayəndələri Niderlandda təlimdə iştirak ediblər11.03.2026 - 18:24
Tarix müəllimlərinin sertifikasiyasında suallar hansı məzmunu əhatə edəcək? - Açıqlama 11.03.2026 - 18:20
Bakı məktəbində ictimai müzakirələr11.03.2026 - 18:18
Əmək və əhalinin sosial müdafiə naziri Laçında vətəndaşların müraciətlərini dinləyib11.03.2026 - 18:14
STK-da “Bahar nəfəsli sənət izləri” adlı tədbir keçirilib11.03.2026 - 18:10
FHN: Yanğın təhlükəsizliyi ilə bağlı aidiyyəti qurumların koordinasiyalı fəaliyyəti vacibdir11.03.2026 - 18:07
Sənətşünas-alim: Açıq dərslər tələbələrə öz bacarıqlarını nümayiş etdirmək imkanı verir11.03.2026 - 18:04
Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə qiymətləndirmə çərçivəsi təqdim edildi 11.03.2026 - 18:00
Bakıda körpələr evi-uşaq bağçası istifadəyə verilib11.03.2026 - 18:00
Mədəniyyət nazirinin Hacıqabul rayonunda vətəndaş qəbulunun vaxtı dəyişdirilib11.03.2026 - 17:57
Ağıllı ayaqqabıların sirri açıqlandı - Qızıl medal qazanan layihənin təfərrüatları11.03.2026 - 17:55
Texnologiya üzrə sertifikasiya test nümunələri təqdim edilib11.03.2026 - 17:55
Naxçıvan idmançıları bu il 50 medal qazanıb11.03.2026 - 17:47
Müəllimlər olmadan güclü təhsil sistemi mümkün deyil – Tallin Sammitindən mesajlar11.03.2026 - 17:45
Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə qiymətləndirmə çərçivəsi təqdim edildi11.03.2026 - 17:45
Gəncədə kino günləri başlayıb11.03.2026 - 17:43
Əqli mülkiyyət təlimlərini müvəffəqiyyətlə bitirən BANM əməkdaşlarına sertifikatlar təqdim olunub11.03.2026 - 17:38
IV “Maarifçi” təcrübə proqramına qeydiyyat başlayır11.03.2026 - 17:35
“Windows 12”la bağlı bəzi məlumatlar sızdırıldı – Bu tarixdə çıxacaq11.03.2026 - 17:35
Paytaxt məktəbində ictimai dialoq və maarifləndirici təşəbbüslər11.03.2026 - 17:32
2026-cı ildə yeni smartfon almadan əvvəl bu 5 şeyə diqqət edin11.03.2026 - 17:25
Martın 12-i ilə bağlı rəsmi məlumat11.03.2026 - 17:25
BDU tələbələri beynəlxalq məhkəmə müsabiqəsində hüquqi mövqelərini müdafiə ediblər11.03.2026 - 17:24
Hər il 7 milyon insan bu səbəbdən vaxtından əvvəl ölür11.03.2026 - 17:20
“Gənc istedadlar” liseyinin 23 şagirdi RFO-nun finalına vəsiqə qazanıb11.03.2026 - 17:18
Ödənişli “WhatsApp” paketinin xüsusiyyətləri açıqlandı11.03.2026 - 17:15