Təhsil 365 - Logo Mobile

Bakıda “Yaşıl təhsil” üzrə ilk regional seminar keçirilir

10520.10.2025 - 15:29
Bakıda “Yaşıl təhsil” üzrə ilk regional seminar keçirilir

Oktyabrın 20-də Bakıda Elm və Təhsil Nazirliyi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) birgə təşkilatçılığı ilə “Yaşıl təhsil” mövzusunda ilk regional seminar öz işinə başlayıb. 

“Tehsil365” xəbər verir ki, seminarda Azərbaycan, Qazaxıstan, Tacikistan, Özbəkistan və Qırğız respublikaları təmsil olunur. 

İki günlük seminarın əsas məqsədi iqlim dəyişikliyinə qarşı dayanıqlı gələcək naminə təhsil sistemlərinin transformasiyasını təşviq etmək, milli kurikulumlarda iqlim və davamlı inkişafla bağlı məzmunların sistemli şəkildə əhatəsini genişləndirmək, “yaşıl məktəb” modelinin tətbiqi istiqamətində siyasət dialoqu aparmaqdır. 

STEAM İnnovasiya Mərkəzində baş tutan seminarın açılış mərasimində elm və təhsil nazirinin müavini Həsən Həsənli, İSESKO-nun Bakı Regional Ofisinin direktor müavini Məryəm Qafarzadə, İSESKO-nun Təhsil sektorunun rəhbəri Heddi Jatu Sey çıxış ediblər. 

Elm və təhsil nazirinin müavini Həsən Həsənli çıxışında bildirib ki, Azərbaycanın 2030-cu ilədək inkişaf strategiyasında “yaşıl” və dayanıqlı inkişaf əsas hədəflərdən biri kimi müəyyən edilib. Strategiya enerji keçidindən tutmuş alternativ enerji mənbələrindən istifadəyə və təhsil proqramlarında müvafiq dəyişikliklərin aparılmasınadək bir sıra istiqamətləri əhatə edir.

Nazir müavini qeyd edib ki, STEAM təhsilinin genişlənməsi bu strateji sənədlərin icrası nəticəsində mümkün olub. Həsən Həsənli iqlim dəyişikliyi və təhsildə qlobal çağırışların öhdəsindən gəlmək üçün regional əməkdaşlığın vacibliyini vurğulayıb, həmçinin su ehtiyatlarından səmərəli istifadə və bu istiqamətdə həyata keçirilən maarifləndirmə layihələrinin iqlim dəyişikliklərinə qarşı mübarizədə mühüm rol oynadığını bildirib.

İSESKO-nun Bakı Regional Ofisinin direktor müavini Məryəm Qafarzadə çıxış edərək bildirib ki, təhsil dəyişiklik yaratmaq üçün ən güclü və davamlı qüvvədir. O qeyd edib ki, iqlim böhranı dünyanın, təbiətin və cəmiyyətlərin gələcəyini təhdid edir. Bu səbəbdən biz ənənəvi tədris yanaşmalarından kənara çıxaraq davamlılıq, ekoloji məsuliyyət və iqlim dözümlülüyünü təhsil sistemlərinin mərkəzinə daxil etməliyik. ‘Yaşıl təhsil’ sadəcə bir konsepsiya deyil, zərurətdir. 

Məryəm Qafarzadə vurğulayıb ki, Cənubi Qafqaz, Mərkəzi Asiya və qonşu regionları əhatə edən İSESKO-nun Bakı Regional Ofisi təhsilin iqlim dəyişikliklərinə qarşı mübarizədə aparıcı rol oynaması üçün vacib platformadır.

İSESKO-nun Təhsil sektorunun rəhbəri Heddi Jatu Sey çıxışında bildirib ki, bu dövrdə təhsil artıq sadəcə öyrətmək vasitəsi deyil, həm də cəmiyyətlərin və sistemlərin transformasiyası üçün əsas gücə çevrilməlidir. Heddi Jatu Sey qeyd edib ki, İSESKO Kembric Universiteti ilə əməkdaşlıq çərçivəsində “Yaşıl təhsil siyasəti” sənədini hazırlayıb və bu sənəd üzv dövlətlərə iqlim dəyişikliyi ilə mübarizədə dəstək məqsədi daşıyır. O bildirib ki, İSESKO-nun təhsil sahəsindəki bölmələri üzv dövlətlərin iqlim fəaliyyətini təhsil proqramlarına daxil etməsi üçün böyük səylə çalışır. 

Açılışda həmçinin İSESKO və Kembric Universitetinin nümayəndələri tərəfindən “Yaşıl təhsil çərçivəsi və onun regional əhəmiyyəti” mövzusunda təqdimat olub.

Çıxışlardan sonra seminar öz işini interaktiv sessiyalarla davam etdirib. Sözügedən ölkələrin nümayəndələri “Yaşıl təhsil” üzrə milli təcrübə və nailiyyətlərini təqdim ediblər. Sessiyalar zamanı tədris proqramlarının, müəllim hazırlığının və məktəb infrastrukturunun “yaşıl təhsil” prinsipləri ilə uyğunlaşdırılması üzrə regional əməkdaşlığın vacibliyi vurğulanıb.

Qeyd edək ki, seminarın ikinci günündə beynəlxalq ekspertlərin iştirakı ilə “Təhsil siyasətinin formalaşdırılması” mövzusunda interaktiv panel müzakirəsi təşkil ediləcək. Panel müzakirəsində qlobal təhsil siyasətinin formalaşdırılmasında atılan əsas addımlar, milli kontekstə uyğun və dayanıqlı təhsil sisteminin qurulması, həmçinin iqlim dəyişikliyi və “yaşıl təhsil”lə bağlı aktual məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.  

Seminarın yekununda İSESKO və Elm və Təhsil Nazirliyi tərəfindən regional səviyyədə ümumi tövsiyələrin hazırlanması və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi nəzərdə tutulub.

Əli İbrahimov

Xəbər Lenti

Dövlət İmtahan Mərkəzində növbəti təlim keçirilib20.10.2025 - 18:38
NDU-da Mahirə Hüseynovanın 65 illik yubileyi qeyd olunub20.10.2025 - 18:30
Azərbaycan dili və informatika fənləri üzrə ilk seminarlar keçirilib20.10.2025 - 18:25
BDU məzunu, Nobel Sülh mükafatçısı Bəxtiyar Siracov tələbələrlə görüşüb20.10.2025 - 18:20
“Young Learners” (Azyaşlı öyrənənlər) kvalifikasiya imtahanları keçirilib20.10.2025 - 18:13
Küləkli hava ilə bağlı əhaliyə xəbərdarlıq20.10.2025 - 18:10
DİM-in şöbə müdiri Polşada beynəlxalq təlimdə iştirak edib20.10.2025 - 18:00
BDU könüllüləri Mülki Məhkəmə Simulyasiyası keçiriblər20.10.2025 - 18:00
BDU könüllüləri Mülki Məhkəmə Simulyasiyası keçiriblər20.10.2025 - 18:00
20 oktyabr-Energetiklər Günü 20.10.2025 - 18:00
Qazaxıstanın Nazarbayev Universitetinin professorları ADNSU-da təqdimatla çıxış ediblər20.10.2025 - 17:51
BDU-da “Karyerada ilk addım” adlı təlim20.10.2025 - 17:40
Emin Əmrullayev və Erol Özvar Türkiyə–Azərbaycan Universitetində tələbələrlə görüşüblər20.10.2025 - 17:36
BDU-nun kafedra müdirinin yeni dərs vəsaiti nəşr olunub20.10.2025 - 17:30
Xaricdə təhsil almağın üstünlükləri və çətinlikləri20.10.2025 - 17:28
“Müstəqil türk dövlətlərində dil siyasəti” – Monoqrafiya Qarabağ Universitetinin mühüm elmi nəticələrindəndir20.10.2025 - 17:20
Türkiyə-Azərbaycan Universitetinin Himayəçilər Şurasının növbəti iclası keçirilib20.10.2025 - 17:12
Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasına (IJSO 2025) seçmə imtahanının II mərhələsi keçirilib20.10.2025 - 17:05
Ölmədən öncə oxumalı olduğunuz 5 kitab 20.10.2025 - 17:00
Məktəblilərimiz “Stars of Informatics” müsabiqəsində uğurla çıxış ediblər20.10.2025 - 16:56
ARTİ tərəfindən narkomaniyaya qarşı mübarizə məqsədilə maarifləndirici tədbir həyata keçirilib20.10.2025 - 16:48
BDU və “ARB 24”ün birgə layihəsi olan növbəti “NewsLab” təlim proqramı yekunlaşıb20.10.2025 - 16:44
"Bu dünyaya müəllim olmaq üçün gəlmişəm" - Könül Ağakişiyeva 20.10.2025 - 16:42
V Azərbaycan Astronomiya Olimpiadasının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib20.10.2025 - 16:42
Fransız mətbəxinin ən yaxşı yeməyi üzrə Dünya Kubokunda azərbaycanlı aşpaz 2-ci yerə layiq görülüb20.10.2025 - 16:37
Psixoloq Mətanət Əliyeva: “ Əvvəllər insanlar fiziki yorğunluqdan şikayət edirdilərsə, indi zehni yorğunluqdan əziyyət çəkirlər”20.10.2025 - 16:21
Ortaq tarixi və mədəni köklərə malik olan Azərbaycan və Qazaxıstanı möhkəm qardaşlıq münasibətləri birləşdirir 20.10.2025 - 16:17
Azərbaycan ilə Belarus teatrları arasında qarşılıqlı inteqrasiya və müasir texnologiyaların tətbiqi müzakirə edilib20.10.2025 - 16:12
Ümumdünya Statistika Günü ilə bağlı statistik olimpiadanın qaliblərinin mükafatlandırılması mərasimi keçirilib20.10.2025 - 16:10
Dünyada dəniz səviyyəsi son dörd min ildəkindən daha sürətlə artır20.10.2025 - 16:00
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında musiqili-poeziya xeyriyyə konserti keçirilib20.10.2025 - 15:55
Azərbaycanın müdafiə naziri Özbəkistana səfər edib20.10.2025 - 15:54
Duyğusal yüklənmə: hər şeydən tez yorulmaq nədən xəbər verir?20.10.2025 - 15:49
Naxçıvanda təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” təlimi keçirilib20.10.2025 - 15:48
Milli Kitabxanada “Üzeyir Hacıbəyli. Biblioqrafiya” kitabının təqdimatı keçirilib20.10.2025 - 15:40
Azərbaycan Beşinci İpək Yolu Beynəlxalq Forumunda təmsil olunacaq20.10.2025 - 15:37
Susmaq psixologiyası: niyə bəzən danışmaq əvəzinə susuruq?20.10.2025 - 15:36
Klassik musiqi axşamı - “Gəncliyin sədası”20.10.2025 - 15:35
Dövlət Uşaq Filarmoniyasında “Səsimiz bir, ruhumuz bir” adlı konsert təşkil olunub20.10.2025 - 15:23
Müəllimlikdən prezidentliyə - Tufan Erhürman kimdir?20.10.2025 - 15:20
Müqayisə psixologiyası: niyə özümüzü başqaları ilə ölçürük?20.10.2025 - 15:19
Ötən ay xaricdə təhsil almış 108 nəfərin diplomu tanınmayıb20.10.2025 - 15:15
Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan silsilə ustad dərsləri başa çatıb20.10.2025 - 15:10
Azərbaycan Özbəkistanda beynəlxalq sərgi-festivalda təmsil olunub20.10.2025 - 15:02
Zöhrə Məmmədli: “Uğur səbr, əzm və inamla qazanılır”20.10.2025 - 15:00
“Peşə təhsili gənclərin əmək bazarına inteqrasiyasını sürətləndirir”- EKSPERT20.10.2025 - 14:55
Astanada “Köçəri mahnıları” festivalında Azərbaycan nəğmələri səsləndirilib20.10.2025 - 14:52