Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri “Qarabağ Kuboku” Milli Mətbəx İrsi Çempionatında uğurla çıxış ediblər.
“Tehsil365” xəbər verir ki, Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası tərəfindən təşkil edilən bu mötəbər yarışda mərkəzin “Aşpaz” ixtisası üzrə təhsil alan tələbələri dolma, plov, regional qənnadı məmulatları və komanda nominasiyalarında iştirak edərək bürünc medallar və sertifikatlarla təltif olunublar.
Mərkəzin məzunu İlkin Əliflinin “Qızıl medal” və “Qızıl kubok”a layiq görülüb.

