Təkmilləşdirilmiş xarici dil fənn kurikulumunun pedaqoji heyətə kommunikasiyası çərçivəsində 22 oktyabr saat 15:00-da Təhsil İnstitutunun Dil fənlərinin proqramları şöbəsinin əməkdaşı Gülnar Cəfərlinin moderatorluğu ilə “Xarici dil fənn kurikulumu: yazı məzmun xətti (ingilis dili nümunəsində)” mövzusunda vebinar keçiriləcək.
“Tehsil365” xəbər verir ki, vebinarda spiker qismində Kaliforniya Dövlət Universitetinin professoru Dr. Nathan Carr və Bakı Mühəndislik Universitetinin Xarici dillər kafedrasının müdiri, dosent Nərminə Əliyeva çıxış edəcəklər.
Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.