Təhsil 365 - Logo Mobile

“Gələcəyin memarı gənclər, gənclərin ilhamı isə müəllimlərdir.”

14921.10.2025 - 17:30
“Gələcəyin memarı gənclər, gənclərin ilhamı isə müəllimlərdir.”

“Gələcəyin memarı gənclər, gənclərin ilhamı isə müəllimlərdir,” – deyə Siyəzən Rayon Mikayıl Müşfiq adına 2 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Məlahət Mehdili “Təhsil365”ə müsahibəsində bildirib.

O, fikirlərində bildirib:

“2002-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini bitirmişəm, hazırda isə müəllimlik fəaliyyətimi davam etdirirəm. Peşə fəaliyyətim boyunca bir müəllim olaraq ana dilinin incəliklərini, zənginliyini və tədris etdiyim fənnin dərinliklərini şagirdlərimə aşılamışam. Bunu bu gün Respublikamızın müxtəlif ali məktəblərində təhsil alan tələbələrimin nailiyyətləri, onların minnətdarlıqla dolu xoş geri dönüşləri təsdiqləyir.

Belə bir məsəlimiz var: “Niyyətin hara, mənzilin ora.” Hələ uşaq ikən əlimə qələm alıb sinif jurnalı təşkil etməyim, ora siyahı yazıb müəllimlik etməyim, sən demə, gələcəkdə öz peşəsini sevən bir müəllimə çevriləcəyimə vəsilə olacaqmış.

Bu il müəllim olaraq fəaliyyət göstərməyimin 24 ili tamam olur. Bütün bu illər ərzində müxtəlif mövzularda “Açıq dərslər” təqdim etmiş, şair və yazıçılarımızın yaradıcılıq gecələrini təşkil etmiş, sosial layihələrə qoşulmuş, II Qarabağ müharibəsində əldə etdiyimiz Qələbənin şərəfinə rayon səviyyəsində “Zəfər Günü” adlı böyük tədbirin təşkilatçısı və aparıcısı olmuşam. Şagirdlərimin ədəbiyyata, incəsənətə, aktyorluğa olan gizli həvəslərini aşkara çıxarmaqda hər zaman həvəsli olmuşam. Bu gün onların uğurlarına sevinirəm, özümlə və onlarla fəxr edirəm.

Boş vaxt keçirməyi sevməyən və özünü inkişaf etdirməyə meyilli biri, cəmiyyətdə bir çox insandan daha üstün olur – deyərək bu gün də özünüinkişafla və gələcəyə yönəlik planlarla bağlı hazırlıqlar görməkdəyəm. Mənə görə, əsl müəllim öz vəzifəsinin məsuliyyətini, çətinliyini və müqəddəsliyini dərk etməli, gələcək nəslin rifahı naminə heç bir çətinlikdən qorxmamalı, fədakarlığı öz stimuluna çevirməlidir.

Bu gün mən, əsl müəllim kimi, dövlətimin, cəmiyyətin və dünyanın tələblərini əsas götürərək, müasir məktəblinin maraqlarını yüksək səviyyədə təşkil etməyi hədəfləyirəm.

Unutmayaq: “Şagird hər mənada müəlliminə inanmalıdır.” Müəllim isə qarşısındakı vəzifənin məsuliyyətini anlamalı, bunun üçün səylə çalışmalı və cəmiyyətin nümunə götürə biləcəyi bir şəxsiyyət olmalıdır.

Bu gün mən, həyatıma birbaşa və ya dolayısı ilə toxunmuş, savadını və əməyini mənə sərf etmiş, üzərimdə haqqı olan bütün müəllimlərimə minnətdaram.

Əli İbrahimov

Xəbər Lenti

“TəhsilPlus” kartları müəllimlərə verilir04.03.2026 - 12:49
İranın Küveytə dron hücumu zamanı 11 yaşlı qız ölüb04.03.2026 - 12:38
Birinci kurs tələbəsinin quruluş verdiyi tamaşanın premyerası olub - FOTOLAR04.03.2026 - 12:27
Akif Marifli: Çanaqqala zəfəri türk xalqlarının birlik və həmrəyliyinin parlaq nümunəsidir - FOTOLAR04.03.2026 - 12:16
Professor Nadir Məmmədli: Bakı Qurultayı türk xalqlarının mədəni birliyinin tarixi təməlidir - FOTO04.03.2026 - 12:05
Sağlamlıq imkanı məhdud olan bu qədər şagird buraxılış imtahanı verəcək04.03.2026 - 11:51
BDU-nun 10 tələbəsinə “Həmkarlar İttifaqı təqaüdü” verilib - FOTO04.03.2026 - 11:46
Xarici dil üzrə fəlsəfə doktoru imtahanında 89 nəfər müəyyən edilmiş şərtləri ödəyib04.03.2026 - 11:40
Turizmdə düzgün planlaşdırma və inteqrasiya olunmuş yanaşma yerli dəyərlərin qorunmasına xidmət edə bilər - FOTO04.03.2026 - 11:34
Professor: Birinci Türkoloji Qurultayın elmi irsi bu gün də aktuallığını qoruyub saxlayır - FOTO04.03.2026 - 11:27
Ali məktəbin qabiliyyət imtahanında dəyişiklik olacaq? 04.03.2026 - 11:20
DİM-də TOEFL iBT imtahanı keçirilib04.03.2026 - 11:10
BMU-nun 8 tələbəsi adlı təqaüdə layiq görülüb - FOTO04.03.2026 - 11:00
Milli yaddaşın qorunması: ADU-da tarixi həqiqətlər və mədəniyyət nümunələri təqdim edilib - FOTOLAR04.03.2026 - 10:50
Həyat elmlərində süni intellekt qərarverici amil kimi: hibrid model mexanizmlərinin qurulması04.03.2026 - 10:42
Nazir: Direktorun əsas fəaliyyəti sırasında tədrisin keyfiyyətinin yüksəldilməsi yer almalıdır - FOTO04.03.2026 - 10:35
Bakı və Ankara arasında folklor körpüsü: Yeni elmi hədəflər - FOTO04.03.2026 - 10:28
“Elm günü”nə həsr olunmuş seminar: “BDU – Azərbaycanın elmi potensialında” - FOTO04.03.2026 - 10:20
8 Martda müəllimlərə hədiyyə qadağan edilib04.03.2026 - 10:09
“Ayı” adlı tamaşanın premyerası keçirilib - FOTO04.03.2026 - 10:00
"İmtahan dövründə psixoloji dəstək vacibdir" - Validə Tağıyeva04.03.2026 - 09:55
“Dərslərdə öyrəndiklərim mənə gündəlik həyatda kömək edir” - Yusif Quliyev 04.03.2026 - 09:45
Uşaqların psixoloji sağlamlığı məktəbdə düzgün dəstəkdən asılıdır - Arzu Fərəcova04.03.2026 - 09:35
Azərbaycan Universitetləri - ARAŞDIRMA 04.03.2026 - 09:25
"Məktəb fobiyası uşaqların təhsilinə təsir edir" - Psixoloq Fəridə Qulamova04.03.2026 - 09:15
Tarixi hadisələrin dəyişməsi elmi araşdırmalarla bağlıdır — Səbuhi Kamal04.03.2026 - 09:05
Martın 9-da buraxılış imtahanı keçiriləcək - BÖLGƏLƏR04.03.2026 - 09:02
EATDA-da "ZEISS" şirkətinin təmsilçisi ilə görüş keçirilib04.03.2026 - 09:00
Gözə xeyir olan təbii qidalar04.03.2026 - 08:55
Yaddaşı və diqqəti yaxşılaşdıran məhsullar nələrdir?04.03.2026 - 08:48
Nazir yeni təyin olunan məktəb direktorları ilə görüşüb04.03.2026 - 08:38
5 dəqiqəlik yuxu sağlamlıq üçün faydalıdır04.03.2026 - 08:30
Bu içkilər yaddaşı möhkəmləndirir04.03.2026 - 08:20
24 saata qripdən sağalmağın qızıl qaydası04.03.2026 - 08:14
"ChatGPT" silinir, istifadəçilər "Claude"a keçirlər04.03.2026 - 08:05
ARTİ-nin üç əməkdaşına fəlsəfə doktoru elmi dərəcəsi verilib04.03.2026 - 07:56
“Peşə seçimi” testlərində iştirak etmək üçün qeydiyyat04.03.2026 - 07:48
Bağırsaq sağlamlığı üçün ən pis qidalar hansılardır?04.03.2026 - 07:40
Sağlamlıq İdmançılar ramazanda necə qidalanmalıdır?04.03.2026 - 07:33
Alimlər ağciyər xərçənginin zəif tərəfini tapıb04.03.2026 - 07:25
Günəşdə nəhəng plazma atılması qeydə alınıb04.03.2026 - 07:16
Bu günün hava proqnozu 04.03.2026 - 07:08
Valideyn Şikayətləri Üçün Yeni Rəqəmsal Platforma Təklif Edilir04.03.2026 - 07:00
Hökumət Geridə Qalan Bölgələrdə Təhsil Nəticələrini Yaxşılaşdırmaq Üçün Yeni Proqramlar Başladır04.03.2026 - 06:36
Məktəblərin Maaş Artımı Məhdud Qalacaq: Təhsil Nazirliyi Hesablamalarını Açıqladı04.03.2026 - 06:18
2008-ci il Ağdərə toqquşması04.03.2026 - 06:00
Elçin Həmidov — Sevilən sənətkarın xatirəsi anılır04.03.2026 - 05:42
İrina Zaretska — Olimpiya mükafatçısı və çoxqat oyunlar çempionu04.03.2026 - 05:18