Universitetlərimizin beynəlxalq reytinqlərdə öz mövqələrini möhkəmlətməsi də buna bariz nümunədir.Hər il dövlət büdcəsindən təhsilə ayrılan vəsait artır və bu da məktəblərin yenilənməsində, maddi texniki bazanın yaxşılaşmasında özünü göstərir.
Bu fikirləri “Tehsil365” ə açıqlamasında təhsil üzrə ekspert Elçin Süleymanov deyib.O, bildirib ki:
“Azərbaycanda həm ali,həm orta təhsilin inkişafı ilə əlaqədar son illərdə kifayət qədər adımlar atılıb.Bunlar məktəblərdə müəllim seçimi, eyni zamanda məktəbəqədər müəssisələrdə müəllim seçiminin mərkəzləşmiş aparması,ali təhsildə qəbul planın artırılması və dövlət sifarişçiliklərinin artırılması,ikili dövlət proqramları və s. əhəmiyyətli adımlardır.Eyni zamanda universitetlərimizin beynəlxalq reytinqlərdə öz mövqələrini möhkəmlətməsi də buna bariz nümunədir.Hər il dövlət büdcəsindən təhsilə ayrılan vəsait artır və bu da məktəblərin yenilənməsində, maddi texniki bazanın yaxşılaşmasında özünü göstərir. Bundan sonra atılacaq adımları keyfiyyət artırılmasından əlaqəli ola bilər. Burda resursların daha effektiv istifadəsi,eyni zamanda dövlət özəl tərəfdaşlığı, universitetlərin biznes qurumları ilə birgə tədqiqatlarının aparılması və bunun cəmiyyətini, iqtisadiyyətini inkişafına yönlənməsi istiqamətində ola bilər.Eyni zamanda xaricdə təhsil alan dövlət proqram məzunlarının ölkəyə qayıdışını təmin etmək, onların qazandıqları təcrübə və elmi potensialından ölkə iqtisadiyyatının inkişafına istifadə etmək,eyni zamanda universitetlərdə tədqiqat qruplarının formalaşması və dünya səviyyədə tədqiqatlarının ortaya çıxmasına bir zəmini yaratmaq düşünürəm ki, faydalı olardı.Bir başqa istiqamət isə məqsədli maniyyələşmələr, müxtəlif tədqiqatlarının həcmi artında bilər”.