Təhsil 365 - Logo Mobile

BDU-da Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunan “Filologiya üzrə elm müsabiqəsi” keçiriləcək

10822.10.2025 - 16:20
BDU-da Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunan “Filologiya üzrə elm müsabiqəsi” keçiriləcək

Bakı Dövlət Universiteti Filologiya elmi sahəsində tədqiqat aparan BDU-nun magistrant, doktorant və əməkdaşları arasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş “Filologiya üzrə elm müsabiqəsi” elan edir.

“Tehsil365” xəbər verir ki, müsabiqənin məqsədi Filologiya elmi sahəsində tədqiqat aparan, 2025-ci ildə yüksək elmi nəticələrə nail olmuş, təsir (impakt) faktorlu, beynəlxalq bazalarda indekslənən nüfuzlu nəşrlərdə elmi əsərləri dərc edilmiş, elmi işlərinə istinad olunmuş, həmçinin yüksək elmi-təşkilati fəaliyyəti ilə fərqlənmiş BDU-nun magistrant, doktorant və əməkdaşlarının mükafatlandırılmasıdır.

Müsabiqənin qalibləri diplom və pul mükafatları ilə təltif ediləcəklər:

1-ci yer:

  • 1 nəfər (2 000 manat);

 2-ci yer:

  • 1 nəfər (1 500 manat);

 3-ci yer:

  • 1 nəfər (1 000 manat);

 Müsabiqədə iştirak etmək üçün tələblərin 2025-ci ildə dərc olunmuş elmi məqalələrinin ümumi sayı 3-dən az olmamalı, o cümlədən ən azı 1 məqalə “Scopus”, “Web of Science”, “Philosopher's Index”, “Copernicus”, “Ulakbim” və digər nüfuzlu beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərindən (bazalarından) birinə daxil olan jurnallarda dərc olunmalıdır.

Müsabiqəyə təqdim olunan iddia sənədləri:

  1. 2025-ci ildə dərc olunmuş məqalələrin əsli və/və ya surəti (PDF formatda, DOI və internet linki göstərilməklə);

  2. 2025-ci ildə dərc olunmuş monoqrafiya və kitablar, icmallar (əsli və/və ya surəti, PDF formatda);

  3. 2025-ci ildə alınmış ixtiralar, patentlər (surəti);

  4. Elmi işlərə 2025-ci ildə olunan istinadların sayı (müəllif(lər)in özünə istinadları istisna olmaqla) (H-indeksi, “Scopus”, “Web of Science” və “Google Scholar”  üzrə statistika (linklər göstərilməklə)); 

  5. Multidisiplinar və tətbiqi xarakterli elmi işlər (dəqiq əsaslandırılmaqla);

  6. Respublika və beynəlxalq səviyyəli elmi konfrans, simpozium və digər tədbirlərdə (o cümlədən, onlayn olmaqla) iştirak (adını və linkini dəqiq göstərməklə, elmi tədbirin proqramının və tezislərinin müvafiq hissələrinin surətlərini əlavə etməklə);

  7. Ölkədaxili və xarici qrantlar üzrə işlər (2025-ci ildə, dəqiq göstərilməklə);

  8. Dövlət Proqramlarının yerinə yetirilməsində iştirak (2025-ci ildə, dəqiq göstərilməklə);

  9. Dövlət təltifləri və ya mükafatları (2025-ci ildə, sənədlərin surətləri təqdim olunmaqla);

  10. Respublika və xarici (“Web of Science”, “Scopus”, “Philosopher's Index”, “Copernicus”, “Ulakbim” və digər nüfuzlu beynəlxalq bazalara daxil olan) elmi jurnallarda təmsilçilik (redaktor, redaktor müavini, məsul katib, redaksiya heyətinin üzvü – dəqiq göstərilməklə, internet linkləri əlavə olunmaqla);

  11. Kitab (nüfuzlu nəşriyyatlarda nəşr edilmiş) redaktoru və ya rəyçisi (əsli və ya ilk əsas səhifələrinin surətləri təqdim olunmaqla);

  12. 12. Respublika və xaric ölkələrin nüfuzlu nəşriyyatlarında dərc olunmuş nəşrlərdə, həmçinin ölkədaxili və beynəlxalq layihələrdə resenzent fəaliyyəti (məqalələr, qrant layihələri və s.);

  13. Müdafiələrdə opponentlik fəaliyyəti (2025-ci ildə, dəqiq göstərilməklə);

  14. Elmi-təşkilati işlərlə bağlı (dissertasiya şurası, dissertasiya şurasının elmi seminarı və s. kimi digər) fəaliyyət (2025-ci ildə, dəqiq göstərilməklə);

  15. Respublika, regional və beynəlxalq elmi təşkilatlarda, cəmiyyətlərdə və ittifaqlarda üzvlük və ya rəhbərlik (dəqiq göstərilməklə, internet linkləri əlavə edilməklə).

Müsabiqənin keçirilmə müddəti:

1.  Müsabiqədə iştirak etmək üçün müvafiq sənədlər və digər müşayiətedici materiallar 2025-ci il 22 oktyabr tarixindən başlayaraq elektron formada və ya kağız şəklində qəbul olunur;

2.  Müsabiqədə iştirak etmək üçün müvafiq sənədlər və digər müşayiətedici materialların qəbulu üçün son tarix 2025-ci il 21 noyabr saat 17:00-dır.

Müsabiqəyə sənədlərin təqdim olunması:

1.  İddiaçılar müsabiqədə iştirakla bağlı hüquqi sənədləri və digər müşayiətedici materialları (elektron formada) elm-innovasiyalar@bsu.edu.az elektron poçt ünvanına təqdim etməlidirlər.

2.  Müsabiqədə yalnız BDU-nun magistrant, doktorant və əməkdaşları fərdi şəkildə iştirak edə bilərlər.

3.  Müsabiqə kollektiv mükafatlandırmanı nəzərdə tutmur, hər bir elmi əsər (məqalə və s.) müsabiqəyə yalnız bir iddiaçı tərəfindən təqdim oluna bilər və bunu həmmüəllif(lər)lə yazılı şəkildə razılaşdırmalı və bu, müsabiqə sənədlərinə əlavə edilməlidir.

4.  Müsabiqəyə təqdim olunan elmi iş (məqalə və s.) və digərləri (ixtira, patent) müəlliflər qrupu tərəfindən yerinə yetirilmişdirsə, Azərbaycan vətəndaşı olan və xarici həm-müəlliflərin müsabiqənin şərtləri və bu müsabiqədə iştirak haqqında tam məlumatlandırılması üzrə məsuliyyəti elmi işi müsabiqəyə təqdim edən iddiaçı daşıyır.

5.  Müsabiqədə mükafatlandırılan işlər 2025-ci ildə BDU üzrə elan ediləcək digər müsabiqələrə təqdim edilə bilməz.

Sənədlərin və digər müşayiətedici materialların düzgünlüyünə məsuliyyəti təqdim edən iddiaçı daşıyır. Müsabiqənin keçirilməsi qaydaları və müddəti çərçivəsindən kənar təqdim olunan sənədlər müsabiqənin texniki ekspertiza mərhələsindən keçmir və əsas ekspertiza mərhələsinə buraxılmır. Müsabiqəyə kağız formada təqdim edilmiş sənədlər bir qayda olaraq geri qaytarılmır. Müsabiqədə iştirak məqsədilə, o cümlədən ekspertiza mərhələsində düzgün olmayan sənəd, imza və məlumatların təqdim olunması iddiaçının bu müsabiqədən və gələcəkdə keçiriləcək müsabiqələrdən kənarlaşdırılmasına əsas yaradır.

Əlavə məlumat üçün:

Tel: (+994 12) 510 59 77

(+994 12) 539 64 58

E-mail: elm-innovasiyalar@bsu.edu.az

Əli İbrahimov

Xəbər Lenti

ADNSU-da “Geoloji sahə işlərinə hazırlıq” mövzusunda təlim keçirilib29.10.2026 - 20:17
ADU-da Fəaliyyət Planı müzakirəsi keçirilib.29.10.2026 - 19:39
LDU Tələbələri Ankarada29.10.2026 - 19:10
LDU-da Multikulturalizm Seminarı29.10.2026 - 19:06
Rauf Ağamirzəyev: Bakıda tıxacların həlli üçün ilk növbədə səkilər abadlaşdırılmalıdır29.10.2026 - 19:06
BDU Liseyində Beynəlxalq Nailiyyət29.10.2026 - 18:56
BDU Professoru Vəfat Etdi29.10.2026 - 18:55
BDU Beynəlxalq Əməkdaşlığı Genişləndirir29.10.2026 - 18:53
ADNSU-ya Sertifikat Verildi29.10.2026 - 18:49
ADNSU-da Karyera Görüşü keçirilib29.10.2026 - 18:47
Tələbələr üçün Maarifləndirici Sessiya keçirilib29.10.2026 - 18:44
Kamal Abdulla Forumda Çıxış Etdi29.10.2026 - 18:42
ADU-da Beynəlxalq Görüş baş tutdu29.10.2026 - 18:29
BMU-da fizika üzrə Nobel mükafatına həsr olunan elmi seminar29.10.2026 - 17:52
AzTU və Müdafiə Sənayesi Nazirliyi arasında əməkdaşlıq baş tutdu29.10.2026 - 17:51
“Hər şeyi müəllimdən gözləməyin”—Misir Mərdanov29.10.2026 - 17:47
SDU ilə Coğrafiya İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb29.10.2026 - 17:44
1950-ci illərdən bu günə qədər Azərbaycan incəsənətini əhatə edən “ENQRAM” sərgisi açılıb.29.10.2026 - 17:39
Xalq artisti Zaur Rzayev vəfat edib29.10.2026 - 17:23
Mir Şahin Ağayev: “Bu vəhşiliyi törədənlərin heç biri Azərbaycan Qanunundan kənarda qalmayacaq”29.10.2026 - 17:20
Məktəbdə şagirdlər popkorndan zəhərlənib?29.10.2026 - 17:09
ADA Univesiteti və ABŞ-nin Corc Vaşintqon Universitetinin İkili Diplom Proqramı üzrə Rəhbər Komitənin görüşü keçirilib29.10.2026 - 16:53
Qərbi Kaspi Universiteti ilə İtaliyanın LUM Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb29.10.2026 - 16:49
Arxeoloq Qafar Cəbiyev: "Arxeoloji tədqiqatlar ölkənin bütün ərazilərində getməlidir"29.10.2026 - 15:08
“Sənət dialoqu” layihəsi çərçivəsində növbəti görüş29.10.2026 - 15:06
Fərid Hüseyn: Xaqani Şirvaninin yaradıcılığına həsr olunmuş ikicildlik nəşri çapa hazırlamışam29.10.2026 - 15:04
Azərbaycanın multikultural modeli Moskva Yəhudi İcmasının diqqətində29.10.2026 - 14:54
Azərbaycan İstanbulda 6-cı “Korkut Ata” Türk Dünyası Film Festivalında təmsil olunacaq29.10.2026 - 14:53
Mark Drobinski L.və M.Rostropoviçlərin ev-muzeyini ziyarət edib29.10.2026 - 14:51
Azərbaycanın yeni dövr müzəffər hərb tarixinə aid dəyərli nəşr: “23 saat 43 dəqiqə”29.10.2026 - 14:47
Silahşünaslıq həm də xalqın maddi-mədəni irsinin göstəricisidir — Milli Xalça Muzeyində elmi konfrans29.10.2026 - 14:45
Kot-d’İvuar nümayəndəsi: Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu yeni əməkdaşlıq imkanları yaradır29.10.2026 - 14:43
Daşkənddə iki dahi mütəfəkkirin irsi – Azərbaycan-Özbəkistan dostluğunun parlaq təzahürü kimi geniş təhlil edilib29.10.2026 - 14:41
Kənd təsərrüfatı naziri ADNSU Biznes Məktəbində olub29.10.2026 - 14:37
Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək29.10.2026 - 14:36
Nazirlik Mərkəzi Asiya Beynəlxalq Təhsil Forumunda iştirak edib29.10.2026 - 14:33
Bu marşrutlardan istifadə edənlərə şad xəbər29.10.2026 - 14:32
Professor vəfat edib29.10.2026 - 14:31
Sabah Bakıda hava yağmursuz olacaq29.10.2026 - 14:29
Mətbuat Şurası Bakıda məktəbdəki insidentlə bağlı açıqlama yayıb29.10.2026 - 14:27
LDU-da beynəlxalq foruma həsr olunmuş seminar keçirilib29.10.2026 - 14:26
BMU-da fizika üzrə Nobel mükafatına həsr olunan elmi seminar29.10.2026 - 14:24
“TikTok”, “Instagram” və “Snapchat”a yaş məhdudiyyəti gəlir29.10.2026 - 14:23
Ali məktəb tələbələri üçün “İctimai diplomatiya” adlı dərslik çap olunub29.10.2026 - 14:22
Məktəbdə jurnalistlərə hücum edənlərə cinayət işi açılıb29.10.2026 - 14:20
Edinburq Universitetində Dövlət Proqramı təqaüdçüləri ilə görüş keçirilib29.10.2026 - 14:18
Ceyranbatanda 10 məktəbli zəhərlənib29.10.2026 - 14:17
Ekspert:” İctimai nəqliyyatda sıxlığın azaldılması üçün kompleks tədbirlər görülməlidir”29.10.2026 - 14:14