Təhsil 365 - Logo Mobile

BDU-da akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş “Kimya üzrə elm müsabiqəsi” keçiriləcək

10822.10.2025 - 16:25
BDU-da akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş “Kimya üzrə elm müsabiqəsi” keçiriləcək

Bakı Dövlət Universiteti Kimya elmi sahəsində tədqiqat aparan BDU-nun magistrant, doktorant və əməkdaşları arasında görkəmli alim və ictimai xadim, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, SSRİ Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, kimya elmləri doktoru, akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş “Kimya üzrə elm müsabiqəsi” elan edir.

“Tehsil365” xəbər verir ki, müsabiqənin məqsədi Kimya elm sahəsində tədqiqat aparan, 2025-ci ildə yüksək elmi nəticələrə nail olmuş, təsir (impakt) faktorlu, beynəlxalq bazalarda indekslənən nüfuzlu nəşrlərdə elmi əsərləri dərc edilmiş, elmi işlərinə istinad olunmuş, həmçinin yüksək elmi-təşkilati fəaliyyəti ilə fərqlənmiş BDU-nun magistrant, doktorant və əməkdaşlarının mükafatlandırılmasıdır.

Müsabiqənin qalibləri diplom və pul mükafatları ilə təltif edilirlər:

1-ci yer:

  • 1 nəfər (2 000 manat);

 2-ci yer:

  • 1 nəfər (1 500 manat);

 3-ci yer:

  • 1 nəfər (1 000 manat);

 Müsabiqədə iştirak etmək üçün tələblərin 2025-ci ildə dərc olunmuş elmi məqalələrinin ümumi sayı 3-dən az olmamalı, o cümlədən ən azı 2 məqalə “Web of Science” və/və ya “Scopus” bazalarına daxil olan jurnallarda dərc olunmalıdır.

Müsabiqəyə təqdim olunan iddia sənədləri:

  1. 2025-ci ildə dərc olunmuş məqalələrin əsli və/və ya surəti (PDF formatda, DOI və internet linki göstərilməklə);

  2. 2025-ci ildə dərc olunmuş monoqrafiya və kitablar, icmallar (əsli və/və ya surəti, PDF formatda);

  3. 2025-ci ildə alınmış ixtiralar, patentlər (surəti);

  4. Elmi işlərə 2025-ci ildə olunan istinadların sayı (müəllif(lər)in özünə istinadları istisna olmaqla) (H-indeksi, “Scopus”, “Web of Science” və “Google Scholar”  üzrə statistika (linklər göstərilməklə)); 

  5. Multidisiplinar və tətbiqi xarakterli elmi işlər (dəqiq əsaslandırılmaqla);

  6. Respublika və beynəlxalq səviyyəli elmi konfrans, simpozium və digər tədbirlərdə (o cümlədən, onlayn olmaqla) iştirak (adını və linkini dəqiq göstərməklə, elmi tədbirin proqramının və tezislərinin müvafiq hissələrinin surətlərini əlavə etməklə);

  7. Ölkədaxili və xarici qrantlar üzrə işlər (2025-ci ildə, dəqiq göstərilməklə);

  8. Dövlət Proqramlarının yerinə yetirilməsində iştirak (2025-ci ildə, dəqiq göstərilməklə);

  9. Dövlət təltifləri və ya mükafatları (2025-ci ildə, sənədlərin surətləri təqdim olunmaqla);

  10. 10. Respublika və xarici (“Web of Science”, “Scopus”, “ERIH PLUS”, “Philosopher's Index”, “Copernicus”, “Ulakbim”, “PsycINFO”, “EconLit” və digər nüfuzlu beynəlxalq bazalara daxil olan) elmi jurnallarda təmsilçilik (redaktor, redaktor müavini, məsul katib, redaksiya heyətinin üzvü – dəqiq göstərilməklə, internet linkləri əlavə olunmaqla);

  11. Kitab (nüfuzlu nəşriyyatlarda nəşr edilmiş) redaktoru və ya rəyçisi (əsli və ya ilk əsas səhifələrinin surətləri təqdim olunmaqla);

  12. Respublika və xaric ölkələrin nüfuzlu nəşriyyatlarında dərc olunmuş nəşrlərdə, həmçinin ölkədaxili və beynəlxalq layihələrdə resenzent fəaliyyəti (məqalələr, qrant layihələri və s.);

  13. Müdafiələrdə opponentlik fəaliyyəti (2025-ci ildə, dəqiq göstərilməklə);

  14. Elmi-təşkilati işlərlə bağlı (dissertasiya şurası, dissertasiya şurasının elmi seminarı və s. kimi digər) fəaliyyət (2025-ci ildə, dəqiq göstərilməklə);

  15. Respublika, regional və beynəlxalq elmi təşkilatlarda, cəmiyyətlərdə və ittifaqlarda üzvlük və ya rəhbərlik (dəqiq göstərilməklə, internet linkləri əlavə edilməklə).

Müsabiqənin keçirilmə müddəti:

1.  Müsabiqədə iştirak etmək üçün müvafiq sənədlər və digər müşayiətedici materiallar 2025-ci il 22 oktyabr tarixindən başlayaraq elektron formada və ya kağız şəklində qəbul olunur;

2.  Müsabiqədə iştirak etmək üçün müvafiq sənədlər və digər müşayiətedici materialların qəbulu üçün son tarix 2025-ci il 21 noyabr saat 17:00-dır.

Müsabiqəyə sənədlərin təqdim olunması:

1.  İddiaçılar müsabiqədə iştirakla bağlı hüquqi sənədləri və digər müşayiətedici materialları (elektron formada) [email protected] elektron poçt ünvanına təqdim etməlidirlər.

2.  Müsabiqədə yalnız BDU-nun magistrant, doktorant və əməkdaşları fərdi şəkildə iştirak edə bilərlər.

3.  Müsabiqə kollektiv mükafatlandırmanı nəzərdə tutmur, hər bir elmi əsər (məqalə və s.) müsabiqəyə yalnız bir iddiaçı tərəfindən təqdim oluna bilər və bunu həmmüəllif(lər)lə yazılı şəkildə razılaşdırmalı və bu, müsabiqə sənədlərinə əlavə edilməlidir.

4.  Müsabiqəyə təqdim olunan elmi iş (məqalə və s.) və digərləri (ixtira, patent) müəlliflər qrupu tərəfindən yerinə yetirilmişdirsə, Azərbaycan vətəndaşı olan və xarici həm-müəlliflərin müsabiqənin şərtləri və bu müsabiqədə iştirak haqqında tam məlumatlandırılması üzrə məsuliyyəti elmi işi müsabiqəyə təqdim edən iddiaçı daşıyır.

5.  Müsabiqədə mükafatlandırılan işlər 2025-ci ildə BDU üzrə elan ediləcək digər müsabiqələrə təqdim edilə bilməz.

Sənədlərin və digər müşayiətedici materialların düzgünlüyünə məsuliyyəti təqdim edən iddiaçı daşıyır. Müsabiqənin keçirilməsi qaydaları və müddəti çərçivəsindən kənar təqdim olunan sənədlər müsabiqənin texniki ekspertiza mərhələsindən keçmir və əsas ekspertiza mərhələsinə buraxılmır. Müsabiqəyə kağız formada təqdim edilmiş sənədlər bir qayda olaraq geri qaytarılmır. Müsabiqədə iştirak məqsədilə, o cümlədən ekspertiza mərhələsində düzgün olmayan sənəd, imza və məlumatların təqdim olunması iddiaçının bu müsabiqədən və gələcəkdə keçiriləcək müsabiqələrdən kənarlaşdırılmasına əsas yaradır.

Əlavə məlumat üçün:

Tel: (+994 12) 510 59 77

(+994 12) 539 64 58

E-mail: [email protected]

Əli İbrahimov

Xəbər Lenti

Nobel mükafatı laureatı Əziz Səncər AMEA-nın rəhbərliyini və kollektivini təbrik edib05.11.2025 - 11:10
Akademik Allaberdi Aşirov: Azərbaycan-Türkmənistan elmi-mədəni əlaqələrinin inkişafında yeni səhifə açılıb05.11.2025 - 11:05
Alimlər ilk dəfə laboratoriyada kosmosdakı sirli od kürələrini yaratdılar05.11.2025 - 11:00
"Kolleclərə qəbul siyasəti əmək bazarının tələblərinə uyğunlaşdırılacaq"05.11.2025 - 10:55
Dövlət Agentliyi tələbələrin köçürülməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib05.11.2025 - 10:45
Azərbaycan Universitetində Vətən müharibəsi qəhrəmanları ilə görüş keçirilib05.11.2025 - 10:35
“Sabahın alimləri” müsabiqəsinə qeydiyyat başlayır05.11.2025 - 10:25
Beyləqanda Kəbirli kənd 1 nömrəli tam orta məktəbin əlavə tədris korpusunun tikintisi yekunlaşıb - FOTOLAR05.11.2025 - 10:14
Dövlət qulluğu imtahanlarından müvəffəqiyyətlə keçənlərə sertifikatların verilməsinə başlanılıb05.11.2025 - 10:09
Sydney Universiteti: generativ Sİ tədqiqatlarda yeni mərhələyə keçdi05.11.2025 - 09:59
Akademik Şahin Mustafayev: AMEA milli elmi düşüncənin daşıyıcısı və varislik prinsipinin canlı təcəssümüdür05.11.2025 - 09:48
“Mən bu ömrü elə belə yaşadım” – ADPU-da professor Mahirə Hüseynovanın 65 illik yubileyi - FOTOLAR05.11.2025 - 09:39
Məktəblərdə süni intellektin inteqrasiyası üçün yeni bələdçi05.11.2025 - 09:27
Professor Dərya Örs: AMEA həm keçmişin qoruyucusudur, həm də gələcəyə aparan bələdçidir05.11.2025 - 09:17
İmtahan stressi ilə necə mübarizə aparmaq olar?05.11.2025 - 09:10
Humanitar Kollecdə Zəfər Gününə həsr olunmuş konsert proqramı təqdim edilib05.11.2025 - 09:00
Birləşmiş ərəb əmirlikləri: gələcək nəsillər qış düşərgəsi 05.11.2025 - 08:50
Avstraliya: Beynəlxalq tələbə vizası ilə bağlı yeniliklər05.11.2025 - 08:39
Hindistanlı tələbələr getdikcə yeni ölkələrə yönəlir05.11.2025 - 08:24
BDU ilə Malayziya İnnovasiya Universiteti arasında anlaşma memorandumu imzalanıb05.11.2025 - 08:15
Bütün məktəblərdə maliyyə savadlılığı dərsləri05.11.2025 - 08:08
Vilayət Muxtar oğlu Quliyevin doğum günü münasibətilə təbrik mesajı05.11.2025 - 08:00
Kolleclərə tələbə qəbulunun nəticələri müzakirə olunub - FOTOLAR05.11.2025 - 07:50
UNICEF-dən xəbərdarlıq: Qlobal təhsil maliyyəsinin azalması 2026-cı ilədək 6 milyon uşağı məktəbdən uzaq sala bilər05.11.2025 - 07:40
BŞTİ məktəbdə qızlar üçün olan sanitar qovşağın qapısının olmaması iddialarına aydınlıq gətirib05.11.2025 - 07:30
Bu gün satirik şair Baba Pünhanın doğum günüdür05.11.2025 - 07:20
Avtomobil 13 yaşlı qızı vurub öldürdü05.11.2025 - 07:10
ABŞ Təhsil Nazirliyindən böyük dəstək: 153 milyon dollarlıq təqaüd və Prezident Təqaüdçüləri elan olundu05.11.2025 - 07:00
Zəngilanda “Zəfərin beş ili: Dövlətçilik və hüququn qələbəsi” konfransı keçirilir - FOTOLAR05.11.2025 - 06:50
İngiltərədə məktəblərdə yeni Ofsted təftiş rejimi narazılıq doğurur – Baş müəllimlər etirazı davam etdirir05.11.2025 - 06:40
Noyabrın 8-də rəqəmsal SAT imtahanı keçiriləcək05.11.2025 - 06:29
5 noyabr 2000 – Azərbaycanda parlament seçkiləri keçirilib05.11.2025 - 06:20
DİM-in könüllülərinə sertifikat təqdim olunub05.11.2025 - 06:10
5 noyabr – Rüstəm xan Xoyskinin doğum günüdür05.11.2025 - 06:00
İngiltərədə məktəb proqramına ipoteka və süni intellekt mövzuları daxil ediləcək05.11.2025 - 05:54
Bu gün 18 dərəcə isti olacaq 05.11.2025 - 05:42
Azərbaycanlı rəqqas İstanbulda keçirilən beynəlxalq müsabiqədə qalib gəlib05.11.2025 - 05:30
Vətən Müharibəsinin 40-cı günü- ZƏFƏR XRONİKASI05.11.2025 - 05:30
Füzuli Dövlət Dram Teatrının direktorunun dəfn yeri məlum olub05.11.2025 - 05:18
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bülbül adına Orta İxtisas Musiqi Məktəbində olub05.11.2025 - 05:16
Gəncədə 15 yaşlı oğlan çay dərəsinə düşdü - Video05.11.2025 - 05:08
Amerikalı yazıçı və jurnalist Ida Minerva Tarbellin doğumundan 168 il ötür05.11.2025 - 04:59
Kosmosdan gələn naməlum zərbə - FOTO05.11.2025 - 04:47
FM stereo dalğasında ilk radio yayımından 69 il ötür05.11.2025 - 04:33
Londonda ilk televiziya reklamının yayımlanmasından 69 il ötür05.11.2025 - 04:21
Yuxunun keyfiyyətinə təsir edən AĞLAGƏLMƏZ AMİL05.11.2025 - 04:10
"Telegram"da qazanmaq üçün yeni FUNKSİYA05.11.2025 - 03:59
ADA-da Məhsul bayramı – “Veysəloğlu”nun tərəfdaşlığı ilə xeyriyyə festivalı04.11.2025 - 19:57