Peşə təmayüllü siniflərdə təhsil alan XI sinif şagirdlərinin nəzəri biliklərinin ölçülməsi məqsədilə imtahan keçirilib.
“Tehsil365” xəbər verir ki, 13 oktyabrda Azərbaycan Respublikasının Təhsil İnstitutunun Peşə və ömürboyu təhsilin proqramları şöbəsi tərəfindən Peşə təmayüllü siniflərin təşkil edildiyi 80 ümumi təhsil müəssisəsində təhsil alan XI sinif şagirdlərinin X sinifdə təhsil aldıqları ixtisas üzrə qazandıqları nəzəri biliklərin ölçülməsi məqsədilə imtahan keçirilib.

