Təhsil 365 - Logo Mobile

“Xaricdə təhsil almaq istəyən hər bir gənc üçün düzgün ixtisas və universitet seçimi onun gələcək karyerasına təsir edən ən vacib addımlardan biridir”-ekspertdən açıqlama

10722.10.2025 - 18:30
“Xaricdə təhsil almaq istəyən hər bir gənc üçün düzgün ixtisas və universitet seçimi onun gələcək karyerasına təsir edən ən vacib addımlardan biridir”-ekspertdən açıqlama

Xaricdə təhsil prosesi yalnız başqa bir ölkədə oxumaq deyil, həm də gəncin gələcək karyerasını və həyat yolunu müəyyən edən mühüm bir seçim mərhələsidir.

Mövzu haqqında “Tehsil365”ə təhsil eksperti İlkin Məmmədkərimov açıqlama verib. O qeyd edib ki, xaricdə təhsil almaq istəyən gənclər üçün ixtisas seçimi çox mühüm və məsuliyyətli bir mərhələdir. Bu proses adətən fərdi şəkildə aparılır və abituriyentin maraqları, bacarıqları, eləcə də gələcək planları nəzərə alınır. Xaricdə təhsil şirkətləri bu mərhələdə mühüm rol oynayır və abituriyentə doğru istiqamət göstərməyə kömək edirlər.

“İxtisas seçimi zamanı xaricdə təhsil şirkətləri əvvəlcə abituriyentlə fərdi şəkildə işləyir. Azərbaycanda imtahandan kəsilən və ya hələ qərarsız olan tələbələrin hansı sahələrə marağı olduğunu müəyyənləşdirmək üçün onlardan kiçik bir imtahan götürülür. Bu imtahan sərbəst suallar əsasında aparılır və nəticələr əsasında hər bir gəncin hansı sahəyə daha çox meyilli olduğu müəyyən edilir.”

O bildirib ki, İmtahan nəticələri və fərdi maraqlar nəzərə alındıqdan sonra şirkət abituriyentlə birlikdə ixtisas və universitet seçimini həyata keçirir. Yerləşdirmə prosesi zamanı həm universitet, həm də ölkə abituriyentin istəyinə uyğun şəkildə müəyyən olunur. Bu prosesdə əsas məqsəd tələbənin potensialına uyğun olan ixtisası tapmaqdır.

“İxtisas seçimi zamanı konkret bir sahəyə tələbatı müəyyən etmək bəzən çətin olur, çünki bu, hər bir şəxsin marağına və bacarığına bağlıdır. Bununla belə, ixtisas seçərkən iş bazarının tələbatı, qlobal imkanlar, proqramın keyfiyyəti və universitetin nüfuzu da nəzərə alınmalıdır. Güclü analitik bacarıqları olan gənclər üçün mühəndislik və kompüter elmləri, yaradıcılıq və sosial bacarıqları olanlar üçün isə incəsənət, media və psixologiya kimi sahələr daha uyğundur.”

“Bu gün dünyada ən çox tələbat görən ixtisaslar arasında mühəndislik, kompüter elmləri, biznes və idarəetmə, tibb və sosial elmlər yer alır. Xüsusilə süni intellekt, maşın öyrənməsi və kibertəhlükəsizlik kimi müasir sahələr ön plana çıxır.”


O qeyd edib ki, xaricdə təhsil şirkətləri ilə işləyərkən etibarlılığa diqqət etmək vacibdir. Bazarda uzun illər fəaliyyət göstərən “Beynəlxalq Təhsil Mərkəzi” və “Sənəd Xaricdə Təhsil Mərkəzi” kimi şirkətlər etibarlı hesab olunur. Bununla yanaşı, bəzi fırıldaqçı şirkətlərin də mövcud olduğu qeyd edilir, buna görə seçim zamanı araşdırma aparmaq lazımdır.

“Bəzi ölkələrin universitetlərinə (məsələn, Türkiyə, Rusiya, Ukrayna, eləcə də bəzi Avropa və Amerika universitetlərinə) attestatla, imtahansız qəbul mümkündür. Lakin bu zaman dil biliyini təsdiq edən sertifikatlar (IELTS, TOEFL və ya Duolingo) tələb oluna bilər. Bəzi universitetlərdə isə əlavə olaraq GRE, GMAT və SAT kimi beynəlxalq imtahan nəticələri, pasport, sağlamlıq arayışı və müsahibə mərhələsi də tələb olunur.”

Nəticə etibarilə, xaricdə təhsil almaq istəyən hər bir gənc üçün düzgün ixtisas və universitet seçimi gələcək karyerasına təsir edən ən vacib addımlardan biridir. Bu qərar verilməzdən öncə həm şəxsi maraqlar, həm də beynəlxalq təhsil imkanları diqqətlə nəzərdən keçirilməlidir.

Elnarə Həmidli

Xəbər Lenti

Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Azərbaycan Universitetində infosessiya keçirib23.10.2025 - 19:58
Türkiyə Palatalar və Birjalar Birliyində AHİK nümayəndələri ilə görüş23.10.2025 - 19:52
Layihə rəhbəri: ''STEAM dərsləri müxtəlif proqramlar üzrədir''23.10.2025 - 19:44
BSU-da Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının üzvləri ilə seminar baş tutacaq23.10.2025 - 19:33
ADPU-da müasir müəllim bacarıqları mövzusunda görüş keçirilib23.10.2025 - 19:22
Noyabr ayının qeyri iş günləri23.10.2025 - 19:16
Meksika səfiri ADU-nun tələbələri ilə görüşüb23.10.2025 - 19:09
''Akademiyada həm nəzəri, həm də praktiki biliklərə önəm verilir''-Aysu Surxayzadə23.10.2025 - 19:08
Texnologiya Universitetinin əməkdaşları beynəlxalq təlimi uğurla başa vurublar23.10.2025 - 18:55
ADPU-da “Peşəkar təcrübə proqramı"nın 2-ci çağırışının məzunları təltif olunub23.10.2025 - 18:44
AzTU-da əcnəbi tələbələr üçün maarifləndirici tədbir keçirilib23.10.2025 - 18:32
BANM tələbələri Statistik olimpiadanın qalibi oldular23.10.2025 - 18:30
STEAM təlimi bütün fənlərlə inteqrasiya ediləcək23.10.2025 - 18:27
BDU Bəxtiyar Vahabzadənin 100 illik yubileyi münasibətilə “Filologiya üzrə elm müsabiqəsi” elan edir23.10.2025 - 18:17
Məzahir Məmmədli: "Təhsildə uğurun ölçüsü tək bir meyarla müəyyən edilə bilməz"23.10.2025 - 18:15
Dünya reytinq cədvəllərində yer tapmağa çətinlik çəkən universitetlərimiz üçün gerçək ipucları23.10.2025 - 18:02
Azərbaycan Universitetinin əməkdaşının dərs vəsaiti çap olunub23.10.2025 - 18:00
Bakı Musiqi Akademiyasında “Kənd namusu” operası səhnələşdirilib23.10.2025 - 17:56
“Süni intellekt və yaradıcı texnologiyalar” mövzusunda tələbələrlə görüş keçirilib23.10.2025 - 17:45
DİM "Müxtəlif mebellərin” satın alınması üçün kotirovka sorğusu elan edir23.10.2025 - 17:39
Azərbaycan Universitetinin dosenti Almaniyada keçirilən beynəlxaq elmi konfransda çıxış edib23.10.2025 - 17:30
Elbasanda beynəlxalq konfransda Azərbaycanın mədəni irsi təqdim olunub23.10.2025 - 17:26
“Yaradıcılıqla gəl” - Xalq rəssamları ilə tələbələrin görüşü keçirilib23.10.2025 - 17:15
Dövlət İmtahan Mərkəzi kotirovka sorğusu elan edir23.10.2025 - 17:13
HUFS tələbə mübadiləsi proqramı üzrə 2026 Yaz Semestrinə qəbul elan edilir23.10.2025 - 17:00
Bakıda Macarıstanın Milli Günü münasibətilə konsert proqramı keçirilir23.10.2025 - 16:55
Sarayevoda Zəfər Günü münasibətilə konsert və qəbul keçirilib23.10.2025 - 16:53
Qərbi Kaspi Universitetinin vergi borcu üzə çıxıb23.10.2025 - 16:50
İnklüziv Təhsil Mərkəzində inklüziv tələbələrlə görüş keçirilib23.10.2025 - 16:45
Peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi üzrə imtahana qeydiyyat elan edilib23.10.2025 - 16:40
Builki sertifikasiyada yüksək bal toplayan 6 600-dən çox müəllimin maaşında 35 % artım olacaq23.10.2025 - 16:40
Gələn həftə 1400-dən çox bağça müdiri üçün diaqnostik qiymətləndirmə keçiriləcək23.10.2025 - 16:35
TKTA bəzi tibb ixtisasları üzrə akademik şəhadətnamə alanlara müraciət edib23.10.2025 - 16:30
Bağçalara tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə test imtahanı başa çatıb23.10.2025 - 16:25
Azərbaycanlı zabitə “Tələbələrin şərəf qılıncı” təqdim edilib23.10.2025 - 16:25
Elm və ali təhsil üzrə ictimai dinləmə keçirilib23.10.2025 - 16:20
Elm və təhsil naziri Gədəbəydə vətəndaşları qəbul edib23.10.2025 - 16:15
Azərbaycan və NATO-nun hərbi təhsil üzrə nümayəndələrinin görüşü keçirilib23.10.2025 - 16:10
Elm və təhsil naziri Gədəbəydə vətəndaşları qəbul edib23.10.2025 - 16:10
Peşə təmayüllü siniflərdə monitorinqlərin keçirilməsinə başlanılıb23.10.2025 - 16:05
Builki sertifikasiyada 6 600-dən çox müəllim yüksək bal toplayıb, maaşlarında 35 % artım olacaq23.10.2025 - 16:00
ADNSU-da “Kiberdələduzluqla mübarizə, rəqəmsal təhlükəsizlik və maarifləndirmə” mövzusunda tədbir keçirilib23.10.2025 - 15:55
Hər kəsin içində bir uşaq yaşayır23.10.2025 - 15:55
ADNSU Kitabxana-İnformasiya Mərkəzi “Açıq Əlyetərlilik həftəsi”nin (Open Access Week) elmi resurslarını oxuculara təqdim edir.23.10.2025 - 15:50
Gələn həftədən direktorların işə qəbulu prosesi başlayır23.10.2025 - 15:45
Keçmişi buraxmaq nə üçün bu qədər çətindir?23.10.2025 - 15:40
BDU və Türkiyənin Kilis 7 Aralık Universiteti arasında anlaşma memorandumu imzalanıb23.10.2025 - 15:40
BDU-nun həmtəşkilatçılığı ilə Özbəkistanda Beynəlxalq elmi konfrans keçirilib23.10.2025 - 15:35